Bazar günü günü, 25 oktyabr 2026
     

İlham Əliyevin çıxışına ermənilərin belə reaksiyası səbəbsiz deyil - hədəf dəqiqdir...

Image


Faiq Ələkbərli: “Erməniləri narahat edən məqamlardan biri odur ki, Azərbaycan Prezidenti erməni faşizminin dəhşətlərini açıb ifşa edir”

“Xirosima atom bombası nəticəsində viran qoyulmuşdu, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar”. Bu sözləri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında deyib.

Prezident Əliyev bildirib ki, Ağdam şəhəri, rayonun bütün kəndləri mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı: "Bu, bir daha düşmənin xislətini göstərir, bizə tamamilə əsassız olan düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik".

Prezident qeyd edib ki, işğal dövründə şəhər tamamilə sökülüb, yerlə-yeksan edilib və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar:"Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim, erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Biz Ağdamı yenidən qururuq və quracağıq".

Prezident İlham Əliyevin Ağdamdakı çıxışı Ermənistan mediasında tamamilə təhrif olunaraq təqdim olunur. Azərbaycan Prezidentinin çıxışında tam yerində işlətidiyi, ifadə etdiyi “ mənfur düşmən”, “erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir” kimi fikirlərini erməni mediası belə qələmə verir ki, bu guya ermənilərə nifrət çıxışıdır. Burda ermənilərə nifrət ruhlu nə var ki? Prezident olanı deyir, ermənilərin etdiyi cinayətləri vurğulayır, bildirir ki, ermənilər Ağdamda misli görünməmiş vəhşiliklər törədib, daşı daş üstündə qoymayıb. Bu reallıqdır.

Çox təəssüflər olsun ki, ermənilər bu reallığı qəbul etmək əvəzinə, Azərbaycana qarşı həqiqətə uyğun olmayan iddialar irəli sürürlər.

Ermənilərin Azərbaycan Prezidentinin çıxışı ətrafında belə yanlış rəy yaratması nə ilə bağlıdır?

“Azərbaycan dövləti heç zaman erməni xalqına nifrət siyasəti yürütməyib, irqçilik bizə yaddır, bizi bunda ittiham etmək gülüncdür”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Prezidentinin Ağdamdakı çıxışı ətrafında erməni mediasının və bəzi erməni siyasilərin yanlış rəy yaratmaq cəhdi qəribə görsənmir, çünki onlar mütəmadi olaraq belə yanlış mövqe sərgiləyirlər. Ermənistanda uzun illərdir irqçi, terror, faşist siyasəti yeridildiyini deyən F.Ələkbərlinin sözlərinə görə, onlar öz adlarını Azərbaycana qoymaq istəyir və əsassız olaraq Azərbaycan hökumətini “irqçi” siyasət yürütməkdə ittiham edirlər. F.Ələkbərli qeyd etdi ki, Azərbaycan dövləti heç zaman diskriminasiya siyasəti yürütməyib, irqi, milli, dini ayrı-seçkilik bizim siyasətə yaddır, bu, Ermənistanın yürütdüyü siyasətdir. “Prezident İlham Əliyevin Ağdamdakı çıxışından ermənilər çox narahat olub. Çünki Azərbaycan Prezidenti çıxışında gerçəyi dilə gətirib, Ağdam şəhərinin ermənilər tərəfindən tamamilə viran qoyulduğunu, hətta Xirosima ilə müqayisədə daha dəhşətli şəkildə yerlə yeksan edildiyini deyib. Gerçəklik budur ki, Ağdam 30 il ərzində tamamilə dağıdıldı, talandı, daşı-daş üstündə qalmadı. Bu da erməni vəhşiliyinin, vandalizminin bir nümunəsdir. Azərbaycan Prezidenti bütün bunları erməni faşizminin, vandalizminin təzahürü, mahiyyəti olaraq ifadə edib. Ağdam və Füzuli şəhərlərini ermənilər tamamilə viran qoyublar. Zəngilan, Cəbrayıl, eləcə də başqa şəhər və kəndlərimizin də bütün tikililərini, yaşayış və inzibati binalarını, mədəniyyət evlərini dağıdıb taladılar, abidələrimizi məhv etdilər. Hətta dağıdılan bu abidələr arasında məscidlər də var, alban xristianlıq dövrünə aid məbədlər də var ki, ya dağıdılıb, ya da təhrif olunublar.

Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ermənilər tərəfindən təhrif edilir, tamamilə başqa yerlərə yozulur. Xüsusilə də, Prezidentin Ağdamda baş verən vəhşilikləri, vandalizmi, erməni faşizmini faşizmin ən yüksək nöqtəsi adlandırması tamamilə düzgün ifadədir. Ötən 30 il ərzində biz erməni faşizminin bütün çalarlarını, tərəflərini görmüşük, bu, Azərbaycan xalqının həyatında özünün ən dəhşətli formasını ortaya qoyub. Ermənilər bunu görmək əvəzinə iddia edirlər ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər guya “irqçiliyi”, “ermənilərə nifrəti” ortaya qoyur. Tamamilə yanlış yanaşmadır, gerçəyi ifadə etmir, Azərbaycan dövləti heç zaman erməni xalqına nifrət siyasəti yürütməyib, irqçilik bizə yaddır, bizi bunda ittiham etmək gülüncdür. Biz torpaqlarımızı işğal edən, kəndlərimizi, şəhərlərimizi viran qoyan, var-dövlətimizi talayıb satan, öz adına çıxan, işğalçılıq düşüncəsindən əl çəkməyənləri ifşa edirik. Azərbaycan Prezidenti erməni vəhşiliyinin, erməni vandalizminin, erməni faşizminin daha dəhşətli olduğunu ifşa edib”.

F.Ələkbərlinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin, əminamanlığın yaranması üçün çalışır, bu yöndə böyük töhfələr verir, Ermənistan isə əksinə, sülhün və sabitliyin yaranmasına qarşı olduğunu ortaya qoyur. “Bölgədə sülhün, əminamanlığın, sabitliyin yaranması üçün Azərbaycan böyük səylər göstərir, bunun üçün də erməni faşizminin kökünün tamamilə kəsilməsinin vacibliyini vurğulayır. Bu gün bölgədə sülhün, sabitliyin ən böyük düşməni erməni faşizmidir ki, onun tamamilə silinməsi zərurətə çevrilib. Erməniləri narahat edən məqamlardan biri odur ki, Azərbaycan Prezidenti erməni faşizminin dəhşətlərini açıb ifşa edir”.

F.Ələkbərli bildirdi ki, Azərbaycan xalqına qarşı soyqırımlar, qırğınlar törətdiklərini, işğal dövründə torpaqlarımızın məqsədli şəkildə viran qoyduqlarını, işğalı davam etdirmək niyyətində olduqlarını Ermənistanın keçmiş prezidentləri Petrosyan, Köçəryan, Sarkisyan özləri etiraf edib. Ekspert vurğuladı ki, 44 günlük müharibədə və 23 saatlıq antiterror tədbirlərində Ermənistanın işğalına son qoyuldu və ermənilər tamamilə ifşa olundular, dünya onların kim olduğunu aydın görə bildi. Azərbaycan ordusunun qələbəsini həzm edə bilməyən qüvvələrin Azərbaycan Prezidentinin fikirlərini məqsədli şəkildə təhrif etməsinin yolverməz olduğunu deyən F.Ələkbərli bildirdi ki, bizim dinc erməni əhali ilə heç bir zaman işimiz olmayıb, ölkəmizdə ermənilər də yaşayır və onlar heç bir ayrıseçkiliklə üzləşmirlər. “Amma bu gün Ermənistan deyilən ölkədə bir nəfər də olsun azərbaycanlı yaşamır. Bu, Ermənistanın milli-dini, irqi ayrıseçkilik siyasətinin təzhürüdür”.

F.Ələkbərli qeyd etdi ki, Ermənistan revanşizm, faşizim siyasətindən əl çəkməzsə, sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olarsa, bundan itirən yalnız bu dövlət özü olacaq. Bu gün Ermənistanda antisülh mövqeyindən çıxış edənlərin çox olduğunu deyən F.Ələkbərli hesab edir ki, onların məqsədi bölgədə dincliyin pozulmasıdır, buna isə Azərbaycan heç vaxt icazə verməz.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ