Avropa İttifaqı Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların başa çatması ilə bağlı Ermənistan və Azərbaycanın müvafiq bəyanatlarını alqışlayır.
Trend bu barədə Avropa İttifaqı Xarici Siyasət Xidmətinin nümayəndəsinin/vitse-prezidentinin bəyanatına istinadən xəbər verir.
“Biz hər iki tərəfin son bir neçə ildə bu istiqamətdə, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə gördükləri işi yüksək qiymətləndiririk. Müvafiq bəyanatlar bölgədə dayanıqlı sülh və təhlükəsizlik yolunda mühüm addım təşkil edir. Bu irəliləyişi qorumaq və bu prosesi hər iki tərəfdən eyni uzaqgörən və kompromisə yönəlmiş yanaşma ilə rəvan şəkildə başa çatdırmaq vacibdir”, - bəyanatda qeyd olunur.
Bundan başqa yazılı bəyanatda qeyd olunur ki, Avropa İttifaqı Ermənsitan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini tam dəstəkləyir və tərəflərə əlavə dəstək göstərməyə hazırdır.