Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Paşinyanın yeni konstitusiya oyunlarının arxasında nə dayanır?..

Image


Ermənistanın sülh müqaviləsini tezliklə bağlamaqdan başqa çıxış yolu qalmadı

Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiya ilə bağlı referendum elan etdiyini bildirib. Paşinyanın sözlərinə görə, ölkənin yeni əsas qanuna ehtiyacı var. Amma bu dəyişikliyin konkret olaraq Azərbaycanın tələblərinə görə edildiyi dilə gətirilmir, gətirilməyəcək də...

Məlum olduğu kimi, iki dövlət arasında hərtərəfli sülhün əldə olunması üçüň Azərbaycanın şərtlərindən biri qonşu ölkənin konstitusiyasının preambulasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması olub.

Belə ki, bu iddialar Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş prinsip və məqsədlərə əsaslanır.

Ermənistanın Müstəqillik Bəyannaməsinin girişində “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarı əsasında” müstəqillik elan edilməsindən bəhs edilir. Konstitusiyanın priambulasında isə yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın Müstəqillik Bəyannaməsinə məlum istinad var. Bu isə o deməkdir ki, rəsmi olaraq konstitusiya səviyyəsində Ermənistan hələ də Qarabağı öz ərazisinin bir hissəsi hesab edir.

Nikol Paşinyan indiyə qədər mövcud reallıqları qəbul etdiyini, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü dövlət səviyyəsində tanıdılarını, ona qarşı heç bir ərazi iddiasının olmadığını bəyan etsə də, indiyə qədər konstitusiya dəyişikliyinə getməkdə həvəsli görünmürdü. Lakin indi dəyişən geosiyasi proseslər, görünür, baş nazirin bu məsələyə mövqeyini dəyişib.

Dünyada son dəyişiklik isə Trampın hakimiyyətə gəlişindən dərhal sonra Rusiya ilə münasibətlərin yenidən bərpa edilməsi və Ukrayna müharibəsinin bitirilməsi üçün cəhdlərin göstərilməsindən ibarətdir. Trampın bu addımları Rusiyaya yeni nəfəs vəd edir. Eyni zamanda, bu addımı ilə Tramp həm də Avropanın yükünü çiyinlərindən atdı. Ermənistana cəsarət verən Brüssel indi daha çox öz daxili problemlərinin həlli ilə məşğuldur, Ermənistan, demək olar ki, yaddan çıxıb.

Paşinyana qarşıdakı mərhələdə indiyə qədər "quyruq göstərdiyi" Moskvadan qorunmaq üçün tədbirlər görmək gərəkir. Çunki Moskvaya yeni nəfəs veriləcəksə, onun Paşinyanla məşğul olmağa vaxtı və imkanı yaranacaq. Ermənistan rəhbərliyi bu yolda ağır duruma düşmüş Avropanı yükləmədən çıxış yolu seçməlidir. Amma onun yenə Avropadan başqa üz tutacağı ünvan yoxdur. Qərbə sığınmaq üçün isə Ermənistan qonşuları ilə nörmal münasibətə sahiblənməlidir.

Trampın qeyri-adi addımı və Paşinyanın indiyə qədərki siyasəti Ermənistanın hər iki tərəfdən - həm Rusiyadan, həm də Avropadan əlini üzüb. Ona görə də Paşinyan Azərbaycanla real sülhə doğru addım atmağı çıxış yolu kimi seçib.

Vaşinqton və Münhenə səfərlərindən sonra Paşinyan başa düşdü ki, ABŞ və Aİ-nin konsolidasiya edilmiş mövqeyindən əsər-əlamət qalmayıb. Onların arasında fərqlər getdikcə artır ki, bu da istər-istəməz digər regionlara və ölkələrə də təsir edəcək.

O ki qaldı Paşinyanın "yeni konstitusiya" ideyasına, bu da baş nazirin Azərbaycanın tələblərinə uyğun konstitusiya dəyişikliyinə fərqli don geyindirməsindən başqa bir şey deyil.

Keçən il Ermənistan hökuməti sərhəd komissiyasının fəaliyyətinin əsasnaməsini təsdiqləyərkən konstitusiyadakı həmin istinadı təfsir etmək üçun Konstitusiya Məhkəməsinə müraciət ünvanladı. Məhkəmə isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın konstitusiya norması statusuna malik olmadığını təsdiqlədi. Yəni konstitusiyada bu sənədin adı çəkilsə belə, onun heç bir hüquqi əhəmiyyəti yoxdur. Beləliklə, Ermənistan hökuməti Azərbaycanın tələbini təmin etməyə çalışdı.

Ermənistan Konstitusiya Məhkəməsi müəyyən etdi ki, Respublika Konstitusiyasında dəyişdirilə bilinməyən müddəalar var və preambula da onlardan biridir. Yəni Ermənistanda siyasi iradə olsa belə, onlar müstəqillik bəyannaməsinə istinad olunan Konstitusiyanın preambulasını dəyişə bilməzlər. Həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistan Konstitusiya Məhkəməsinin qərarının vəziyyəti daha da mürəkkəbləşdirdiyini bəyan etdi. Faktiki olaraq, Paşinyan hökuməti özünü hüquqi dalana saldı. Məhz buna görə Paşinyan indi "yeni konstitusiya"dan danışır. Yəni konstitusiyanin bu maddəsini dəyişmirlər, çünki dəyişmək olmaz, sadəcə yeni konstitusiya yaradırlar.

Nəticə olaraq qeyd edək ki, Paşinyan son geosiyasi proseslərin nəticəsi olaraq Azərbaycanla hərtərəfli sülh müqaviləsinin bağlanması istiqanətində real addımlar atmaq məcburiyyətində qalıb. Son qərar da məhz bununla bağlıdır. Növbəti mərhələdə Ermənistan Avropa mülki müşahidə missiyasını ölkədən çıxarmasa da, sərhəddən geri çəkə, ATƏT-in Minsk qrupunun ləğv edilməsinə də razılaşa bilər. Bütün bu prosesləri Paşinyan bu ilin sonuna qədər tamamlayacaq ki, seçki ilində hər hansı bir problemin yaranma ehtimalını sıfırlaya bilsin.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ