Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Ermənistan müharibə konstitusiyasını 2026-cı ilin sonunda dəyişəcək...

Image


Yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi zəruridir. Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib:

“Real Ermənistan 29 min 743 kvadrat kilometr ərazisi olan beynəlxalq ictimaiyyət tərəfindən tanınan Ermənistandır. Bu sistem üçün yeni konstitusiyanın ümumxalq səsverməsi ilə qəbul edilməsi vacibdir, çünki əvvəllər keçirilmiş bütün konstitusiya referendumlarında ciddi legitimlik yoxdur. Yeni konstitusiyanın qəbul edilməsinin strateji məqsədi vətəndaşlığı olmayan millətin qalıq fəaliyyət qaydasından dövlət yaradan xalqın fəaliyyət qaydasına keçiddən ibarətdir”.

Real Ermənistanla bağlı xalqa müraciətində Paşinyanın diqqət yetirdiyi daha bir məqam odur ki, sülh xarici dəstək olmadan qonşular arasında yaşamaq bacarığıdır: “Sülh xarici əlaqələrin son məqsədidir. Sülh bərqərar olduqdan sonra bu, iqtisadi, siyasi və mədəni əməkdaşlıqda özünü ifadə edən xarici əlaqələrin son məqsədi olmaqda davam edir. Sülh, ilk növbədə, regional amildir, çünki sülh və ya onun olmaması ilk növbədə yaxın qonşularla münasibətlərdə, sonra beynəlxalq, daha sonra isə qlobal səviyyədə ifadə olunur. Strateji və uzunmüddətli mənada sülh o zaman mümkündür ki, bu, kənar dəstək olmadan qonşularla əməkdaşlıq mühitində yaşamaq bacarığı ilə ifadə edilməli olan bir bacarıq halına gəlir. Sülh təhlükəsizliyin ən etibarlı təminatıdır. Təhlükəsizliyin təmin edilməsinin ən mühüm komponentləri region ölkələrinin qarşılıqlı asılılığı, ölkənin regional və qlobal təchizat zəncirindəki yeridir”. Burada xatırladaq ki, təxminən bir ay əvvəl Ermənistanın ədliyyə naziri yeni konstitusiyanın mətnini parlament seçkilərinə qədər hazırlayacağına söz verib. Ədliyyə naziri Srbuhi Qalyan bu xüsusda qeyd edib: “Yeni nazir kimi mən hesab edirəm ki, son nəticədə yeni konstitusiya layihəsini hazırlamaq vəzifəsini və məsuliyyətini öz üzərimə götürməliyəm”. Nazir konstitusiyanın preambulasının qorunub saxlanılıb-saxlanmayacağına aydın cavab verməsə də, müzakirələrin gedişatını izləməyi tövsiyə edib. - “Bütün bunlarda hər hansı intriqa, problem axtarmağa ehtiyac yoxdur”. Xatırladaq ki, Azərbaycan Ermənistan konstitusiyasının, daha doğrusu onun preambula hissəsinin dəyişdirilməsini tələb edir. Bakı preambulada Müstəqillik Bəyannaməsinə istinadı problemli hesab edir. Xatırladaq ki, SSRİ-nin süqutundan bir müddət əvvəl, 1990-cı ilin yayında qəbul edilmiş həmin sənəddə “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarına istinad var.

Ermənistan konstitusiyasının preambulasında Qarabağla birləşmə məqsədi əks etdirilən bu bəyannaməyə istinad olduğuna görə, belə hal Azərbaycan ərazilərinə hüquqi iddia deməkdir. Ancaq bəyannamədə birləşmədən başqa, daha bir məqam da var - 1918-ci ildə çar Rusiyasının xarabalıqları üzərində qurulan və tezliklə bolşeviklər tərəfindən zəbt edilmiş ilk Ermənistan respublikasının ənənəsinin davam etdirilməsi haqqında. 1991-ci ildə yaradılarkən dövlət bu respublikanın varisliyini qəbul edib və onun himnini, o cümlədən, üzərində digər simvollarla yanaşı, Bibliya əfsanəsinə görə, daşqından sonra Nuhun gəmisinin dayandığı Ağrı, ermənilərin isə Ararat adlandırdığı dağın təsvir olunmuş gerbini götürüb.

Paşinyan Ermənistanın simvolu kimi bu dağdan imtina etməyi təklif edir. O deyir ki, ölkənin ən hündür dağı Türkiyə ərazisində yerləşən Ararat deyil, Araqatsdır. Araqatsın tarixi adı isə Alagözdür. Ağrı dağı Ermənistanın dövlət simvolu kimi Türkiyəni qıcıqlandırır. 1920-ci illərdə sərhədlər müəyyən olunarkən, Ağrı dağı Türkiyənin ərazusu kimi təsbit olunub. Beləliklə, dağılan iki imperiyanın varisləri olan Sovet Rusiyası ilə Türkiyə Cümhuriyyəti Birinci Dünya müharibəsi başa çatdıqdan sonra münasibətlərini nizamlayıblar. Ermənistanda gerbin digər elementləri - dörd qədim erməni krallığının simvolları - haqqında da Paşinyan deyir ki, onların postsovet respublikası ilə heç bir əlaqəsi yoxdur. Baş nazirin ən yaxın silahdaşlarından biri olan, Ermənistan parlamentinin sədri Alen Simonyan himnin də dəyişdirilməsini təklif edib. Himni dəyişdirmək deputatın çoxdankı layihəsidir. Lakin o, heraldik aslanı “Facebook smaylik”i ilə müqayisə edərək, gerblə də bağlı iradını gizlətməyib. Simonyan “ümumdünya daşqının” sularında yüksələn Ağrı dağının üzərindəki gəmi təsvirini belə səciyyələndirib:

“Ən azından Ermənistan su altında ola bilməz”. İndi Ermənistan hakimiyyəti öz təkliflərini referenduma çıxarmaq niyyətindədir. Onu da xatırladaq ki, Nikol Paşinyan ötən ilin əvvəlində hazırkı konstitusiyanın təhlükələrindən danışıb, 2026-cı il dekabrın 30-dək yeni Konstitusiyanın mətnini hazırlamağı tapşırıb. Nazir Qalyanın sözlərinə görə, konstitusiyanın dəyişdirilməsinin məqsədi daha yaxşı konstitusiyaya sahib olmaqdır. Bunlar fonunda hesab olunur ki, Paşinyanın xalqa müraciətində konstitusiya və sülhə həsr etdiyi bölmə onun etirafıdır ki, Ermənistan gah Rusiya, gah Fransa, gah da ABŞ-a arxalanaraq təhlükəsizliyini təmin edə bilməyəcək, ermənilər üçün sülhün yeganə təminatı qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlərin yaradılmasıdır. Bunun üçün isə birincisi, Paşinyan Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddalarını ehtiva edən bəndləri çıxarmalı, ikincisi, Zəngəzur dəhlizinin reallaşmasına şərait yaratmalı, üçüncüsü, sərhədin “monitorinqi” adı altında Ermənistanda yerləşdirdiyi Qərbin hərbi heyətinin fəaliyyətinə ehtiyac olmadığını bəyan etməlidir. Bunlar edilərsə, Paşinyan ümid etdiyi regional sülhü yaxınlaşdıra bilər. Azərbaycan da bu məsələdə müvafiq addımlar atmağa hazırdır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ