“Əgər Nikol Paşinyan “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanımasaydı, Azərbaycan Ermənistana qarşı Haaqa Məhkəməsində iddia qaldıra bilməzdi”. Bu fikri erməni politoloq Stepan Danielyan News.am-in müxbiri ilə söhbətində bildirib.
Onun iddiasına görə, indiki Ermənistan hakimiyyəti Bakıya müvafiq hüquqi əsas verib və Azərbaycan ona dəymiş ziyana görə, elə məbləğ tələb edəcək ki,Ermənistan onu ödəmək imkanında olmayacaq və təzminatı öz əraziləri ilə ödəməli olacaq. Danielyan iddia edib ki, guya Azərbaycan İrana görə, eskalasiyanı davam etdirmir.
“Türkiyəyə gəldikdə o, bu prosesdə birbaşa iştirak etmir, çünki Rusiya ilə hələ də mövcud müqavilələr (Qars və Moskva razılaşmaları) var” - deyə Danielyan vurğulayıb.
Politoloq Ermənistan hakimiyyətinin Azərbaycan və Türkiyənin bütün tələblərini yerinə yetirdiyini qeyd edərək, Ermənistan üzərindən dəhlizin açılmasına yeganə maneə kimi İranın adını çəkib.
Surxay Əliyev