Bazar ertəsi günü, 09 noyabr 2026
     

Zəngəzur dəhlizi üzərində proseslər dəyişir...

Image


Məlumdur ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, bütün regionun nəqliyyat-tranzit potensialının inkişafına daha bir təkan olacaq. Dəhlizlə bağlı yaxın tezlikdə mühüm addımların atılması gözlənilir.

Belə ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Zəngəzur dəhlizi məsələsi müzakirə olunacaq. Türkiyənin “Hürriyət” qəzeti bildirir ki, liderlər həmçinin taxıl sazişinin bərpasını, Suriyadakı durumu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. Sözügedən səfərin avqustun sonunda baş tutması gözlənilir.

Bu ayın əvvəlində isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri  Ceyhun Bayramovu qəbul edərkən Qarabağ məsələsi ilə bağlı son vəziyyətlə yanaşı, Zəngəzur dəhlizinin açılmasını da geniş müzakirə edib. Qardaş ölkə lideri yenidən Ermənistana səslənərək, Ankaranın qəti mövqeyini xatırladıb. Ərdoğan bildirib ki, Zəngəzur dəhlizi tezliklə açılmalı və sülh sazişi imzalanmalıdır: “Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir”. Erməni türkşünas Ruben Safrastyan qeyd edir ki, artıq Türkiyə Moskvaya Zəngəzur dəhlizinin verilməsi ilə bağlı sövdələşmə təklif edir. Onun sözlərinə görə, Türkiyənin irəli sürdükləri Ermənistan-Türkiyə prosesində ilkin şərtlərdir: “Ermənistan suveren haqqımızı itirməmək üçün qırmızı xətlərini saxlamalıdır. Zəngəzur dəhlizinin ya Türkiyənin, ya da beynəlxalq nəzarət altında olması Türkiyə üçün vacibdir”. Türkiyə ilə yanaşı, Rusiya da Zəngəzur dəhlizinin açılmasını vacib sayır. Rus ekspert İqor Korotçenko bu xüsusda bildirir: "Rusiya dəfələrlə bu infrastruktur layihəsinin açılmasının vacibliyini vurğulayıb. Bu, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda da qeyd olunub. Hər halda, Moskva regionda nəqliyyat kommunikasiyalarının açılmasının və üçtərəfli bəyanatda qeyd olunan müddəaların tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır”. Politoloq xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin sonunda Zəngəzur dəhlizinin açılmasından rəsmi şəkildə imtina edib: “Azərbaycan prezidenti İlham Əliyev öz növbəsində dəfələrlə bəyan edib ki, bu proses həyata keçiriləcək, Azərbaycan öz üzərinə düşən işi yerinə yetirir, Ermənistan tərəfi də öz öhdəliklərini həyata keçirməlidir. Zəngəzur dəhlizinin açılmasının alternativi yoxdur”. Digər rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov da bildirir ki, Kreml sözügedən dəhlizə xüsusi önəm verir: “Elə Rusiya ilə Ermənistan arasında Gürcüstan vasitəsilə tranzit əlaqəsinin açılması da Zəngəzur dəhlizini əvəz edə bilməz”. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın digər hissələri ilə, həmçinin Türkiyəni Azərbaycanla, Türkiyəni Rusiya ilə birləşdirmək üçün nəzərdə tutulub: “Hesab edirəm ki, Rusiya ilə Ermənistan arasında Gürcüstan üzərindən kommunikasiyanın açılması həqiqətən mümkündür. Lakin bunun üçün Gürcüstanla münasibətlər inkişaf etdirilməlidir. Rusiya Ermənistandan daha çox Gürcüstan hakimiyyəti ilə ünsiyyətdə və əməkdaşlıqda maraqlı ola bilər”. Hazırda dəhlizə İran əngəl olmağa çalışır. Mövzuya yenidən toxunan İranın “Jamaran” nəşri yazır ki, Zənzəgur dəhlizi reallığa çevrilsə, Azərbaycan Naxçıvana Ermənistanın Zəngəzur vilayətindən, heç bir erməni nəzarət-buraxılış məntəqəsindən keçmədən sərbəst çıxış əldə edəcək. Bu, İran-Ermənistan sərhədini həmişəlik kəsəcək. Məqalədə Naxçıvan Azərbaycanın “Axilles dabanı” kimi göstərilir. Naxçıvan vasitəsilə Türkiyə ilə əlaqələrin Azərbaycan üçün önəmi vurğulanır: “Bu gün İran 15 ölkə ilə qonşudur. Əgər Azərbaycandan Naxçıvana keçid açılsa, o zaman İranın geosiyasəti, eləcə də Qafqaz regionunda milli maraqları əsaslı dəyişikliklərin qurbanına çevriləcək və İranın Ermənistan vasitəsilə Avropaya quru yolla çıxışı həmişəlik bağlanacaq”. İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti Mordexay Kedar isə qeyd edir ki, İran da Zəngəzur dəhlizinə sona kimi müqavimət göstərə bilməyəcək. Ekspert vurğulayır ki, Qarabağda 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanata əsaslanan Azərbaycan Türkiyə ilə həmsərhəd ərazisi olan Naxçıvanla onun özünü birləşdirəcək müasir nəqliyyat dəhlizinin yaradılması üçün Ermənistanın cənubunda, İranla sərhədi boyunca zolağın əldə olunmasını, bu dəhlizin - Zəngəzur dəhlizinin onun suverenliyində olmasa da, nəzarətində olmasını tələb edir: “Azərbaycan və Ermənistan arasında gələcək sülh sazişinin bir hissəsi kimi Zəngəzur dəhlizi dənizə çıxışı olmayan Naxçıvan vilayətini Azərbaycanın əsas hissəsi, Azərbaycanı Türkiyə və Aralıq dənizi ilə birləşdirə bilər. Molla rejimi isə Zəngəzur dəhlizinin Azərbaycanın suverenliyinə qaytarılmasının onu Ermənistan və Rusiyadan ayrı salacağına, rejimin Cənubi Qafqazdakı təsirini kəskin şəkildə azaldacağına və Türkiyənin bölgədəki təsirini xeyli artıracağına görə qəti şəkildə əleyhinədir. Göstərilən səbəbdən Azərbaycanın adıçəkilən dəhliz üzərində suverenliyinin bərpası ölkə üçün böyük əhəmiyyət kəsb edir və Türkiyə bu mühüm məsələdə Bakını dəstəkləyir. Zəngəzur dəhlizi üzərində suverenliyinin bərpası Azərbaycanın uzunmüddətli təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etsə də, ayətullah rejimi buna qəti etiraz edir, çünki sözügedən variantın reallaşması hərbi nüvə proqramına və terror fəaliyyətinə görə tuş gəldiyi sarsıdıcı sanksiyalar qarşısında Tehran rejimini xarici dünyaya çıxış üçün can damarı olan Ermənistanla sərhəddən məhrum edəcək”. Ekspertin  fikrincə, Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyəti fonunda Zəngəzur dəhlizinin Azərbaycana qaytarılması Moskvanın öz ərazisini dəmir yolu ilə İran vasitəsilə Hind okeanına birləşdirmək planlarını puça çıxarır. Əgər hazırkı vəziyyət belə davam edərsə, o zaman Rusiyanın İranda infrastruktur layihələrini maliyyələşdirməklə bağlı bütün planları, eləcə də Ermənistanın İranı dəstəkləmək imkanları iflasa uğraya bilər.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ