Bazar ertəsi günü, 09 noyabr 2026
     

Dünya mediası ermənilərin Qarabağda “humanitar böhran” yalanlarını ifşa edir

Image


Qarabağda qalan ermənilərin “humanitar böhran”la üzləşməsi barədə Ermənistanın yaratdığı mif artıq dünya boyunca ifşa edilməkdədir. Beynəlxalq ictimaiyyət, əslində, hansısa “humanitar böhran”ın olmadığını aydın müşahidə edir.

Bundan başqa, avqustun 8-də  Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir. Digər tərəfdən, Ağdam-Xankəndi yolundan istifadənin mümkünlüyü ilə bağlı Azərbaycanın təklifi hələ də qüvvədədir. Ekspertlər qeyd edir ki, humanitar yüklərin bu marşrutla çatdırılması daha məqbuldur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin  qərargahı da Bərdədə yerləşir və oradan Xankəndiyə 71 kilometr məsafə var. Beləliklə, həmin yol həm qısadır, həm də dağlardan keçmədiyi üçün relyef cəhətdən əlverişlidir. Lakin BQXK-nın İrəvandakı qərargahı Xankəndidən 330 kilometr məsafə uzaqlıqdadır. Bütün bunlar fonunda açıq görünür ki, Qarabağda hansısa blokadadan söhbət gedə bilməz. Elə dünya mediası da məsələyə bu prizmadan nəzər salır. Məsələn, Malayziyanın nüfuzlu “New Straits Times” qəzetindəki “Ermənistanın işğaldan sonrakı dövr reallığını qəbul etməsi Azərbaycan ilə daha yaxşı gələcək vəd edir” sərlövhəli məqalədə Ermənistanın “humanitar yardım” manipulyasiyasının əsl mahiyyətindən bəhs olunur. Müəllif son 3 ilə yaxın müddət ərzində iki ölkə arasında sülh istiqamətində olan prosesdə Ermənistan və havadarlarının səmimiyyətsizliyindən söz açaraq, Ermənistanın sürətlə silahlanması, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycana məxsus regionda hələ də qanunsuz hərbi birləşmələrini saxlamaqda davam etməsi, danışıqlar prosesində hələ də başqa ölkələrin cəsarətləndirmələri ilə vaxt udmağa çalışması, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi kimi faktları diqqətə çatdırır. Yazıda. bundan başqa, Ermənistan rəhbərliyinin “humanitar yardım” teatrı təşkil edərək, Azərbaycandan icazə almadan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında 21 yük avtomobilini saxlamaqla Azərbaycanı bütün dünyaya “humanitar ehtiyaclarına mane olan mənfi dövlət” kimi təqdim etməyə çalışması, Azərbaycanda saxlamaqda davam etdiyi qanunsuz silahlı birləşmələr məsələsi, Zəngəzur dəhlizi öhdəliyi və mina problemini ört-basdır etməyi, eləcə də daxili siyasətdə müxalifətin təzyiqini azaltmağı planlaşdırması diqqətə çatdırılır. Reallıqda isə hansısa “humanitar böhran”ın olmadığı qeyd edilir.

Norveçin nüfuzlu “Aftenposten” nəşrində dərc olunan “Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür” sərlövhəli məqalədə Qarabağdakı ermənilərin guya “humanitar fəlakət”lə üzləşmələri barədə erməni yalanlarından bəhs edilib. Yazıda “Laçın” dövlət sərhədində buraxılış məntəqəsinin yaradılmasından sonra Qarabağdakı ermənilərin guya blokadada qalmaları barədə əsassız iddiaları müəllifin topladığı, Qarabağdakı ermənilərin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə alt-üst edilib. Yazıda vurğulanıb ki, Azərbaycana qarşı guya Qarabağdakı erməni əhalisini qida, su, dərman, yanacaq və elektrik enerjisi ilə təmin olunmadan dünyanın qalan hissəsindən təcrid etməsi ilə bağlı əsassız ittihamlar irəli sürülür. Lakin Azərbaycan ermənilərin bütün ehtiyaclarını ödəməyə hazırdır. Azərbaycan Qarabağa malların daşınması üçün Ağdam rayonu ilə Xankəndi arasındakı açıq yoldan istifadə olunmasını təklif edir. Lakin bu təklifi qəbul etməyən ermənilərin “humanitar böhran” və “blokada” iddialarının sırf siyasi manipulyasiya olduğu xüsusi vurğulanıb. Ermənistan KİV-nin, eləcə də ermənilərin bəzi havadarlarının da bu siyasi manipulyasiyalardan faydalanmağa və erməni yalanlarını daha da şişirtməyə çalışdıqları bildirilib. Müəllifin Qarabağın erməni sakinlərinin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdən topladığı paylaşımlar onların “blokada” şəraitində yaşamaları, “humanitar fəlakət” ilə üzləşdikləri yalanlarını tamamilə ifşa edir: “Xankəndi, mənim sosial mediadakı axtarışlarıma əsaslansaq, arzulanan yer kimi görünür. Ümid edirəm ki, norveçli jurnalistlər araşdırma aparmaq üçün təşəbbüs göstərəcəklər”. BP Azərbaycan şirkətinin Hökumətlə işlər üzrə baş müşaviri, Qarabağ müharibəsi veteranı Qivami Rəhimli həmin məqalə ilə bağlı şərhində ermənilərin yalan danışmaq “istedadı” barədə qeyd edib: “Ermənilərin tarixi faktları saxtalaşdırmaq, qərəzli iddiaları, xüsusən də guya onların əzablara məruz qalması barədə yalanları şişirtmək ənənəsi bu gün də davam edir. Ermənisayağı saxta xəbərlər media orqanlarına yol tapmaqla beynəlxalq ictimaiyyətin diqqətini yayındırır. Yəni Ermənistanın Spitak rayonunda baş verən zəlzələ zamanı “Azadlıq Radio”sunun qeyd etdiyi kimi, “...ermənilərin zəlzələdən xilasetmə işləri barədə xəbərləri həqiqət sayıla biləcək qədər çox yaxşı idi”. Ermənilərin uydurma xəbərləri bu gün də həmin köhnə qaydada yayılmaqda davam edir. Amma köhnə bir məsəldə deyildiyi kimi: “Şahid həqiqəti deyəndə insanların həyatını xilas edir; yalan danışanda insanlara xəyanət edir”. Fransanın “Le Monde” qəzeti də erməni yalanlarına xüsusi diqqət çəkir. Qəzetdə prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun müsahibəsi dərc edilib. Jurnalist Emanuel Qrinzspanın Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət, xüsusilə də Laçın yolu ilə bağlı suallarını cavablandıran Elçin Əmirbəyov Qərb mətbuatında yer alan və guya yolun bağlanması ilə əlaqədar əsassız iddialara cavab verib. Belə ki, prezidentin xüsusi nümayəndəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq, Laçın yolunun humanitar məqsədlər üçün istifadə edilməli olduğunu, lakin iki il yarım müddət ərzində Ermənistanın bu yoldan qeyri-qanuni məqsədlər, o cümlədən Azərbaycan ərazisinə silahlı qüvvələrini, habelə silah-sursat göndərmək üçün istifadə etdiyini bildirib. O, Qarabağda yaşayan ermənilərin sayının 120 min göstərilməsinin həqiqətə uyğun olmadığını və əslində, orada cəmi 50 min erməninin, o cümlədən 10 min qanunsuz erməni silahlı qüvvələrinin olduğunu vurğulayıb. Azərbaycan prezidentinin xüsusi nümayəndəsi müxbirin “Erməni hərbçilərini öz vətəndaşınız hesab edirsinizmi” sualına cavab olaraq, bu ermənilərin Azərbaycan ərazisinə üçtərəfli bəyanata zidd olaraq, qeyri-qanuni daxil olan Ermənistan silahlı qüvvələrinin üzvləri olduqlarını qeyd edib. Azərbaycan tərəfinin bu səbəbdən aprelin 23-də beynəlxalq hüquqa uyğun olaraq Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaratdığını söyləyib. Laçın yolundan hazırda tibbi ləvazimatların keçdiyi və humanitar məqsədli yüklərin Azərbaycanın Ağdam və Füzuli ərazisindən keçməsi təklifinin isə ermənilər tərəfindən qəbul edilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. E.Əmirbəyov vurğulayıb ki, həqiqətən də vəziyyət təqdim edildiyi kimi faciəvi olsaydı, insanlar humanitar yardımın hansı istiqamətdən gəldiyinə əhəmiyyət verməzdi. Demək ki, qondarma üzdəniraq “hakim dairələr” orada yaşayan ermənilərin əksəriyyətini girov saxlayır, çünki sosial şəbəkələrdə narazılıqlar eşidilir. Qondarma hakim qüvvələr bu vəziyyətdən Azərbaycan əleyhinə beynəlxalq səviyyədə təzyiq məqsədilə istifadə etmək istəyirlər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ