Bazar ertəsi günü, 09 noyabr 2026
     

“Artsax”dan əli üzülən ermənilər “Marsax” iddiasına düşdülər – Parisin başı dərddə...

Image


Ermənilərə xas xüsusiyyətlərdən biri  köçüb məskunlaşdıqları yerləri sonradan özlərinin qədim torpaqları adlandırmasıdır. Bu hal Qafqazda da yaşanıb və Azərbaycan bundan bilavasitə zərər görən ölkələrdən biridir. Amma ermənilərin bu gün Türkiyə, Gürcüstan, Rusiya, hətta Avropada torpaq iddiaları olması da heç kimə sirr deyil.

Məlumdur ki, ermənilər Rusiyanın bəzi vilayətlərinin “qədim erməni diyarı” olduğunu sübuta yetirməyə çalışırlar. Bir müddət əvvəl erməni ekspert  Qalust Qriqoryan belə bir iddia ilə çıxış etmişdi ki, Rusiyada bir çox şəhərləri məhz ermənilər salıb: “Ermənilər Krasnodar vilayətinin şərqində 200 minlik böyük şəhər olan Armaviri “unutmamalıdırlar”. Armaviri 1839-cu ildə Rusiya ilə vuruşan çərkəzlərin arasındakı “Çərkəz erməniləri” salıb. Şəhər Böyük Ermənistanın qədim paytaxtının adını daşıyırdı. Həmçinin digər böyük erməni şəhəri indiki Rostov-Donun ən böyük rayonlarından biri olan Naxçıvan-na-Donudur. 1928-ci ilə qədər Nor-Naxçıvan ayrıca erməni yaşayış məntəqəsi idi. Müasir Rusiya ərazisində erməni şəhərlərini çox sadalamaq olar. Ancaq onları xatırlamaq deyil, həm də doğma limana qayıtmağa hazır olmaq daha vacibdir. İndiki halda hər birimiz bu haqda düşünməliyik”. Bundan başqa, Gürcüstanın Samtsxe Cavaxeti bölgəsinə də ermənilərin iddiası heç kimə sirr deyil. Gürcü siyasətçilər isə Ermənistanın bu addımını qonşulara xəyanət kimi qiymətləndirir və belə addımların bölgədə yeni gərginlik ocağı yaratmağa yönəlmiş addım olduğunu bildirirlər. Ermənistan baş naziri Nikol Paşinyan isə etiraf edir ki, orta məktəblərdə Türkiyənin Ağrı dağının “Ermənistanın ən böyük dağı” olaraq öyrədilməsi davam edir. Paşinyan bunun Ermənistanın Türkiyəyə ərazi iddiası kimi anlaşıldığını söyləyib: “Şagirdlərlə görüşəndə ​soruşdum ki, uşaqlar, Ermənistanın ən hündür dağı hansıdır? Yarısı, yarıdan çoxu dedi ki, Ararat (Ağrı). İndi gəlin buna digər tərəfdən baxaq. Ararat Türkiyənin beynəlxalq səviyyədə tanınan ərazisindədir. Bəs Ermənistandakı uşaqlar bu məlumatı haradan alırlar? Məktəblərdə dərslərdə öyrənirlər. Yəni hökumətin həyata keçirdiyi təhsil siyasəti nəticəsində. Bu uşaq desə ki, Ermənistanda ən yüksək dağ Araqat yox, Araratdır, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarının olması demək olmayacaqmı?”. Ermənistan Türkiyənin Şərqi Anadolu bölgəsinə, eləcə də bu ərazilərdə yerləşən Ağrı vilayətinə separatçı iddialar irəli sürür. Avropada da ermənilər ərazi iddialarından əl çəkmir. Xüsusən  də Ermənistanın “böyük bacısı” olan Fransaya ermənilərin ərazi iddiaları vaxtaşırı gündəmə gəlir. Məsələn, ermənilər Fransanın ən böyük şəhərlərindən biri olan Marselə torpaq iddiasındadırlar və hətta bildirirlər ki, Marselin adı qədim erməni sözü olan Marsaxdır.

Qeyd edək ki, Marseldə ermənilərin sayı 100 min nəfərdən çoxdur. Bu gün Marseldə 12 erməni kilsəsi, ticarət palatası fəaliyyət göstərir. Son onilliklərdə Azərbaycan və Gürcüstandan Marselə köçənlər hesabına ermənilərin sayı şəhərdə artıb. Maraqlıdır ki, ermənilər iddia edirlər şəhər eramızdan əvvəl 523-cü ildə qədim erməni tayfaları tərəfindən salınıb. Marsax adlanıb. Bu əraziyə sonradan gələn yunanlar, fokiyalılar və kiçik asiyalılar erməniləri sıxışdırıblar və öz ata yurdlarından qovublar. İndi erməni tarixçilər tarixi ədaləti bərpa edib, Marselin qədim Marsax olduğunu sübut etməyə çalışırlar. Daha sonra nə olacağını Qarabağ savaşının səbəbini bilənlər asanlıqla proqnozlaşdıra bilərlər. Bqu fonda rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktori İqor Korotçenko da maraqlı bir açıalma ilə çıxış edib. O, ironiya ilə qeyd edib: “Marsel qədim erməni şəhəridir. Buna görə də Fransa prezidenti Emmanuel Makron elə bir şərait yaratmalıdır ki, dünyanın hər yerindən ermənilər sərbəst şəkildə gəlib orda məskunlaşsınlar. Fransa büdcəsi hesabına köçən hər bir erməniyə 20 min avro da ödəniş edilməlidir.  Marselə yeni gələn ermənilərin hər biri sadələşdirilmiş prosedur əsasında Avropa İttifaqı vətəndaşlığını alacaq. Marsel ətrafı ilə birlikdə xüsusi statusa malik, öz parlamenti və adı olan, özünü idarə edən muxtar ərazi vahidi statusunu almalıdır – Marsax Respublikası. İdeoloq Sərkis Çaturyanın çoxdan gözlədiyi dənizə çıxış da olacaq. Paris hər il Marsaxa 500 milyon avro məbləğində subsidiya verməlidir. Əgər Makron inadkar olarsa və Marsax əhalisinin öz müqəddəratını təyinetmə ilə bağlı ədalətli tələbinə mane olarsa, soyqırım siyasətinə görə Fransaya qarşı beynəlxalq sanksiyalar tətbiq edilməlidir”. Bundan əvvəl də ermənilər üçün canfəşanlıq edən Fransaya prezident İlham Əliyev tövsiyələr vermişdi: “Fransa əgər erməniləri bu qədər çox düşünürsə, onlara dövlət qurmaq istəyirsə onda elə Marsel şəhərini ermənilərə versin. Marsel şəhərində çoxlu sayda erməni yaşayır. Qoy elə Marsel şəhərində onlar özlərinə Dağlıq Qarabağ respublikası qursunlar”. Bundan başqa, prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib ki, hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik: “Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq”.

Bu gedişlə Marselə erməni iddialarının daha da artacağı şübhə doğurmur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ