Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ukrayna müharibəsi Rusiya ərazisinə keçdi...

Image


Rusiya və Ukraynada davam edən müharibənin tədricən şimal qonşumuzun ərazisinə keçməsi savaşın daha dramatik xarakter daşımağa başladığını göstərir. Bu fonda xatırladaq ki, Moskvanın biznes rayonu ötən həftə iki dəfə dron hücumuna məruz qalıb. Bu rayondakı binalar şüşə və dəmirdən hazırlanıb. Üst qatlardakı pəncərələrə ziyan dəysə də, ölən olmayıb.

Rəsmi Moskva hücumlara görə Kiyevi günahlandırır. Kiyevsə, adətən, Rusiyanın daxilində törədilən hücumlar üçün məsuliyyəti öz üzərinə götürmür. May ayından bəri Moskva və çevrəsində, azı altı dron hücumu törədilib. Baş verənlər Kiyevin dron istehsalındakı irəliləyişi və yaxın gələcəkdə daha şiddətli hücumlar edib-etməyəcəyinə dair suallar doğurur. İyulun 30-da - iki dron hücumunun arasında Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın öz daxilində daha çox hücumlara məruz qalacağına işarə edib. Bəzi ekspertlər bu bəyanatı Kiyevin bu hücumlara görə məsuliyyəti öz boynuna götürməsinin üstüörtülü təsdiqi kimi yozur: “Müharibə tədricən Rusiyanın öz ərazisinə - onun rəmzi mərkəzlərinə, hərbi bazalarına keçir və bu, qaçılmaz, təbii və tam ədalətli bir prosesdir”. Kiyev son bir neçə ayda Rusiyanın Ukrayna sərhədinə yaxın digər regionlarına da zərbələr endirib. Avqustun 4-də Rusiyanın mühüm Qara dəniz limanı olan Novorossiysk hücuma məruz qalıb. 2003-2006-cı illərdə ABŞ-ın Ukraynada səfiri olmuş Con Hörbst deyib ki, Zelenskinin bəyanatı Ukraynanın gələcəkdə daha çox hücumlar törədə biləcəyi və bunun onlara kömək edəcəyi ilə bağlı müəyyən əminlik nümayiş etdirir. Təhlilçilərin fikrincə, Ukraynanın bugünədək gerçəkləşən dron hücumları çox vaxt psixoloji və piar effekti yaratmağa köklənib. Rusiya ictimaiyyəti, əsasən, Kremlin Ukraynaya hücumunu ya dəstəkləyir, ya da bu hücumla razılaşır. Kiyev savaşı rusiyalıların qapısına dirətməklə, ola bilsin, onların öz hökumətlərinə və müharibəyə inamlarını itirməsinə nail olacağına ümid bəsləyir. Ancaq təhlilçilər deyir ki, Ukraynanın Rusiya ərazisində törətdiyi hücumlar aztəsirli “kosmetik” zərbələrdən daha ciddi zərbələrə keçə bilər. ABŞ və onun Avropadakı bəzi müttəfiqlərində Ukraynanın Rusiya ərazisini hədəf alması təşviş doğurur. Onlar özəlliklə Qərbin verdiyi silahlarla gerçəkləşən hücumların savaşı qızışdırıb genişlədəcəyindən rahatsızdırlar. Kiyevin bir çox tərəfdarı belə yanaşmanın yalnız Vladimir Putinin işinə yaradığını düşünür. ABŞ Ukraynaya özünün “Reaper MQ-9” dronlarını və uzunmənzilli yüksək dəqiqlikli raketlərini (ATACMS) verməkdən imtina edib. ABŞ rəsmiləri Ukraynanın bu silahlardan yararlanıb Rusiya ərazisinə zərbələr vura biləcəyindən qorxurlar. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bir neçə ay öncə bildirmişdi ki, Ukrayna Rusiya ərazisində müharibə ilə birbaşa əlaqəsi olan hərbi hədəfləri vurmağa tərəddüd etmir. Başqa Ukrayna rəsmiləri də buna bənzər bəyanatlar veriblər.

Ötən həftəsonu Səudiyyə Ərəbistanında keçirilən sammit ərəfəsində Zelenski administrasiyası baş qərargah rəisinin müavini İhor  Jovkva “Azadlıq” radiosuna müsahibəsində iddia edib ki, “Qlobal Cənub” kimi tanınan Afrika, Latın Amerikası və bəzi Asiya ölkələri Ukraynanın Rusiya ərazisinə hücumlarına dair hər hansı tənqid səsləndirməyib. Ancaq Türkiyəni çıxmaqla, bu ölkələr Ukraynanı silahla təchiz etmirlər. Eyni zamanda Ukrayna özünün uzunmənzilli dron və raket qabiliyyətini gücləndirmək üçün səylərini artırıb. Təhlilçilər Moskvanı hədəfə alan yeni hücumların bunun göstəricisi olduğunu deyir. Vaşinqtonda yerləşən Hadson İnstitutunun aparıcı tədqiqatçısı Can Kasapoğlu bu fonda qeyd edir: “Bu hücumlar Ukraynanın asimmetrik uzunmənzilli hücum silahları dizayn etməklə bağlı qətiyyətini ortaya qoyur. Bu səylər Qərbin hərbi dəstəyinin hazırda qarşılamadığı ehtiyacı ödəmək məqsədi daşıyır”. İsraildə yaşayan hərbi ekspert David Şarp “CurrentTimeTV”yə deyib ki, Ukrayna Rusiyanın Ukrayna şəhərlərində müntəzəm törətdiyi irimiqyaslı dron hücumlarını təkrarlamaq üçün səy göstərir: “Rusiyaya eyni səviyyədə hücumlara hələlik nail olunmayıb. Ukrayna bu məqsədi reallaşdırmaq yolundadır”. Avqustun 5-də Qara dənizdə Rusiya gəmilərini hədəfə alan ikinci uğurlu və iddialı dron hücumundan sonra Danilov Ukraynanın Rusiyanı vurmaq imkanlarının get-gedə gücləndiyini söyləyib: “Hər yeni döyüş missiyasından sonra Ukraynanın döyüş dronları və dəniz dronları daha dəqiq, operatorları daha təcrübəli, döyüş koordinasiyası daha effektiv olur. İstehsalçılar da taktik və texniki xarakteristikaları yaxşılaşdırmaq imkanı qazanırlar. Avqust ukraynalı ovçular üçün ayrıca uğurlu olub”. Can  Kasapoğlunun fikrincə, Ukrayna dronlardan başqa hava hücumundan müdafiə raketlərini də modifikasiya etmək üzərində çalışa bilər. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi təhlilçisi polkovnik Mark Kansian Ukraynanın qısa zaman içində yeni güclü dronlar istehsal edəcəyini real saymır: “Daşıma qabiliyyəti və dəqiqliyi yüksək uzunmənzilli dron düzəltmək çətindir. Bu, bahalı və mürəkkəb işdir”. “The New York Times” qəzeti isə  özünün təhlil və videogörüntülərinə dayanaraq Ukraynanın azı üç dron modeli düzəldib Rusiyaya göndərdiyini yazıb. Ölkədə çox sayda aerokosmik sahənin mütəxəssis və mühəndisi var. Ukrayna dünyanın ən iri hava gəmisinin istehsalçısı olan Antonov Dizayn Bürosunun, məşhur qırıcı təyyarə mühərriki düzəldən “Motor Siç”in olduğu yerdir. Baş nazir Denis Şmihal ötən ay bildirib ki, Ukrayna bu il dron texnologiyalarına investisiyalarını 10 dəfəyədək artıraraq 1 milyard dollara çatdırmağı planlaşdırır. Ukraynanın büdcəsi müharibəyə görə məhduddur. Dron sənayesi qismən özəl qaynaqlardan maliyyələşir. Uzunmənzilli silahların istehsalına gəlincə, Mark  Kansian deyir ki, Ukrayna, özəlliklə Qərbdən dəstək alarsa, potensial olaraq “Neptun” raketlərini modifikasiya edə bilər. O, Rusiyanın daxilində önəmli bir hədəfi vurmaq üçün daşıma gücü böyük qurğularla hücum gerçəkləşdirməyin Ukrayna üçün böyük taktik dəyişiklik olacağını deyib və fikrini belə bitirib: “Müəyyən məqamda onlar bunu edəcəklər. Ukraynada düzəldilmiş silahla vurulan legitim hədəf olduğu müddətdə Qərb sakit qalacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ