Bazar ertəsi günü, 09 noyabr 2026
     

Erməni əsirliyindəki tarixi Qafan abidələri - Oxçu, Babək, Qır qalaları...

Image


Azərbaycanın tarixi ərazilərindən biri də Qərbi Zəngəzurun sinəsində binələnən Qafandır. Adı bəlli türk igidlərinin, oğuz – alp babalarımızın məskəni, Qafqaz Albaniyasının tarixini yaşadan Qafan hazırda erməni tapdağı altındadır. Əsir Qafanın abidələri də əsirdir.

Çox təəssüf ki, Qərbi Azərbaycandakı digər mahallarımız haqda yaradılan vikipediya məqalələrində “qədim erməni mənbələri”nə “istinad etmək” kimi yanlış bir ənənə formalaşıb. “Qədim erməni mənbəsi” deyilən bir nəsnə yoxdur, o “mənbələr” yaxın yüzillikdə Qriqoryan kilsəsi tərəfidən hazırlanan siyasi tələdir, bu tələyə də yüzlərlə tədqiqatçı düşüb, bəzən bizim tədqiqatçılardan da ora ilişənlər olur.

“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında Qafan qalalalarından danışmaq istəyirik. Yazılanlara görə, Qafan ərazisində insanlar bizim eradan əvvəl VI əsrdə məskunlaşıb. Qafan haqda qısa tarixi oçerkdə qeyd edilir: “... Babəkin xilafətə qarşı mübarizəsinin son dövrləri Zəngəzurla, o cümlədən Qafan rayonu ilə bağlı olmuşdur. Qafan rayonunda son zamanlara qədər xarabalıqları qalan Oxçu qalası, Qır qalası, Babək qalası və s. qədim istehkamlar, bu yerlərin Bəzzeyn dağları ilə yaxın ərazilər olması, xürrəm- dinlər hərəkatı ilə bağlı tarixi mənbələrdə Qafan rayonunun ərazisindəki toponimlərin adlarının çəkilməsi və digər dəlillər Qafan rayonunun atəşpərəst babalarımızın məskəni olduğunu bir daha təsdiq edir. Zəngəzurun bu bölgəsi öz coğrafi və strateji mövqeyinə görə III-IV əsrlərdən başlayaraq bir çox dövlətlərin işğalına məruz qalmışdır. Qafan rayonunun adı tarixi mənbələrdə 1034-cü ildən başlayaraq “Kapan” şəklində çəkilir. Çox güman ki, bu ad qədim türk tayfalarından olan peçeneqlərin kapan tirəsinin adı ilə bağlıdır. Kapan, Qafan, Qapan adı ilə Türkiyədə, Azərbaycanda (Qapanlı), Gürcüstanda və Şimali Qafqazda yaşayış məntəqələri vardır. Bu da toponimin tayfa adı ilə, etnosla bağlılığını göstərən əlamətdir. Peçeneqlərin bu yerlərə gəlişindən əvvəl Albaniyanın Sünik vilayətinin ərazisinə daxil olan Qafan mahalı Haband, yaxud Aband adlandırılmışdır. Aband mahalının adı Moisey (Musa) Kalankatlının "Alban tarixi" əsərində Arsağın bir əyaləti kimi qeyd olunur. Bu yerin adı Moisey Xorenatsinin "Tarix"ində də Sisakan vilayətinin Haband bölgəsi kimi göstərilir. Bu şəhərin adı Qafan şəklində ilk dəfə fars mənbələrində Rəşidəddin tərəfindən işlədilmişdir. Orta əsr İran tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini 1345-ci ildə yazdığı "Zeyli-tarixi-güzidə" ("Seçilmiş tarixə əlavə”) kitabında nəql edir: "Əmir Hüseyn Çobaninin oğlu Əmir Qoç Həsən, Əmir Şeyx Həsən Çobanidən daldalanıb Qafan yaxınlığında olan Qarakilsəyə qaçdı və orada gizləndi". Qafan şəhəri XVIII əsrə qədər Kapan qalasından ibarət olmuşdur. Kapan qalası Kapan-Qacaran (oğuzların qacar tayfalarının adı ilə bağlıdır) şosse yolunun üstündə, Oxçuçayın sağ sahilində, indiki Qafan şəhərindən 10 km şimalda yerləşmişdir. Ermənilər öz çirkin niyyətlərinə gələcəkdə nail olmaq məqsədilə azərbaycanlıları aldadıb, onların razılığı ilə torpaqları kilsənin sərəncamına keçirmişlər...”

  • “...Beş Babək qalasından biri”

Qafan rayonunda vaxtilə Oxçu qalası vardı, indi onun qalıb-qalmadığı sual altındadır. Məlumatlara görə, Oxçu qalası Zəngəzur mahalının Qafan rayonunda, Oxçu və Gığı çaylarının qovuşuğunda, Novruzyurd adlı hündür təpəliyin üstündə yerləşir. İnşa olunma tarixi VI-VII yüzillərə aid olan qala Zəngəzurdakı beş Babək qalasından biri hesab edilir. Xustub və Gəzbel dağ zirvələrini bir-birindən ayıran əhəmiyyətli mövqedə yerləşən qalanın iki tərəfi sıldırım dərə, digər iki tərəfi isə ikiqat divarla əhatələnmişdir. Bilgilərə görə, Oxçu qalası 1170-ci ildə Səlcuq türkləri tərəfindən alınarkən dağıdılmış, sonralar təzədən bərpa edilmişdir. 26- 27 bürcü olduğu ehtimal edilən qalanın son vaxtlara qədər 17 bürcü qalmaqda idi. Ümumiyyətlə, qalanın 26-27 bürcü olduğu güman edilir. Qalanın iki tərəfi sıldırım, digər iki tərəfi isə ikiqat hasar divarları vasitəsilə ətraf ərazilərdən ayrılır. Oxçu qalası vulkanik yonulmamış daşlarla, əhəng məhsulu vasitəsilə tikilmişdir. Bu qala ilə üzbəüz Oxçu çayının digər sahilində başqa bir (çox güman ki, keşikçi) qalanın qalıqları vardır. Oxçu qalası uzun illər Sünikin mərkəzi kimi fəaliyyət göstərmişdir. Qala 1170-ci ildə Səlcuq türkləri tərəfindən alınan zaman dağıdılsa da, sonralar yenidən bərpa olunmuşdur. Mənbə kimi Əziz Ələkbərlinin, Musa Urudun və Həmzə Vəlinin yazdıqları göstərilib.

Qır qalasına gəlincə, bu barədə tərtib edilən bu qala da Zəngəzurda, Qafanda yerləşir. Qalanın özü haqda geniş danışılmasa da da onun ətəyində yerləşən X-XIII əsrlərə aid olan Açağu (Açaxlu, Acıllu) kəndi barədə məlumat var.  Kənddə 1897-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz doğma yerlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 120 nəfər, 1939-cu ildə 165 nəfər, 1959-cu ildə 186 nəfər, 1963-cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır. 1968–69-cu illərdə azərbaycanlılar kənddən çıxarılaraq kənd ləğv edilmişdir. İndi ölü kənddir.

  • Ermənilər Bəzzeyn qalasının adını da saxtalaşdırıb...

VII əsrdə tililən Bəzzeyn qalası Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) Qafan rayonu ərazisində yerləşir. Qalanın adı hazırda ermənilər tərəfindən dəyişdirilərək David-bek (Davudbəy) qoyulmuşdur. Davud bəy 1722–1728-ci illərdə bu ərazidə türklərə qarşı vuruşan xristianlara başçılıq edib. İndi David-bek adı ilə dünyaya təqdim olunan Bəzzeyn qalası əslində Ərəb xilafətini lərzə gətirən Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olub. Xilafət ordusu lə Babəkin qoşunu arasındakı son döyüşün də Güney Azərbaycanda, Qaradağ mahalının Kəleybər qəsəbəsi yaxınlığındakı Bəzz qalası yaxınlığında deyil, Qafandakı Bəzzeyn qalası yaxınlığında olduğu fikri bəzi tarixçilər tərəfindən irəli sürülür. Onlar öz fikirlərini belə izah edirlər ki, bu döyüşdə məğlub olan Babək çox da uzağa qaça bilməzdi və tarixi mənbələr də Babəkin Qarakilsə rayonunun Ağdüz kəndindəki Şəkki qalasında sığınacaq tapdığını göstərir. Qala Oxçu çayının sağ və sol sahilində salınmış qalalardan ibarət olduğuna görə ərəblər bu qalanı Bəzzeyn (iki Bəzz) adlandırıblar. Bu isə Bəzzeyn və Bəzz qalalarının hər ikisinin də Babəkin strateji əhəmiyyətli dayaq məntəqələri olduğunu göstərir. Bəzzeyn qalasını qorumaq və ətrafı müşahidə etmək üçün yaxın ərazilərdə bir neçə kiçik qalacıq da inşa edilmişdi. Onlardan biri Darvaza (bəzi mənbələrdə Kilid) adlanan qaladır. Bəzzeyn qalasına hücum zamanı bu qala Afşin, Əbu Səid və Buğa əl-Kəbirin orduları tərəfindən dəfələrlə dağıdıldığından dövrümüzə xarabalıqları çatmışdır. Bu qala həm də Babək qalası kimi tanınır.

Bəzzeyn qalasından 2,5 km aşağıda Oxçu çayının sahilində, Xüstub və Gəzbel dağlarının arasındakı dərin, dar dərədə isə Çiraxor qalası yerləşir. Çiraxor qalasının əsas funksiyası isə Darvaza qalasını qorumaq olmuşdur.

Gördüyünüz kimi, Qafqandalı Bəzzeyn qalası da erməni saxtakarlığına məruz qalıb, qalanın tarixi, adı saxtalaşdırılıb. Ulu Babəkdən bizə miras qalan bu qala da tariximizin bir parçasıdır. İnanırıq ki, Qafan qalaları barədə ətraflı tədqiqatlar aparılacaq və yanlış məlumatlar tamamilə aradan qaldırılacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ