Bazar ertəsi günü, 09 noyabr 2026
     

Güney Azərbaycandan ölkəmizə kütləvi köç başlaya bilər...

Image


Son günlərdə İranla bağlı gündəmə gələn əsas məsəslələrdən biri də bu  ölkədə əhalinin kəskin su çatışmazlığı problemi ilə üzləşməsidir. Bu hal Cənubi Azərbycanda da özünü getdikcə qabarıq formada büruzə verir. Məsələn, Təbriz şəhərində içməli su qıtlığı etirazlara səbəb olub.

Hökümət ölkədə davam edən şiddətli isti hava dalğası nəticəsində iki günlük rəsmi tətil elan etməyə məcbur qalıb.
Qeyd edək ki, son bir həftə ərzində Təbriz şəhərinin müxtəlif yerlərində içməli suyun təchizatı ilə bağlı kəsintilər yaşanmaqdadır. Məlumata görə, şəhərin bir çox rayonunda içməli su təchizatına məhdudiyətlər tədbiq edilir. Təbriz şəhərində baş verən vəziyyətlə bağlı artan narazılıq yerli mətbuat orqanı “Nəsr”də hakimiyyəti tənqid edən məqalədə öz əksini tapıb. Həmin məqalədə su təchizatının uzunmüddətli pozulması ilə bağlı narahatlıq qeyd olunur. Yazıda sakinlərin isti hava dalğası, quraqlıq, pisləşən həyat şəraiti və inflyasiya daxil olmaqla bir çox problemlə qarşı-qarşıya olduğu vurğulanır. “Şəms Təbriz” adlı bir başqa mətbuat orqanı isə şəhərdə baş verən vəziyyəti “Təbriz sakinlərinin əsəbləri üzərində parad” adlandırıb. Şərqi Azərbaycan Su və Kanalizasiya Şirkətinin rəhbəri Məhəmməd Xani Təbrizdə baş verən su qıtlığını şiddətli istilər ərzində həddindən artıq istehlakla əlaqələndirərək, istehlakın 20 faiz artdığını və bu durumun su təzqiyinin azalmasına və kəsintilərə səbəb olduğunu açıqlayıb. Xani şirkətin yeni su mənbələri əldə etməsi nəticəsində su qıtlığının qısa müddət ərzində həll edildiyini, vəziyyətin normallaşdığını bildirib. Qurum rəhbəri, həmçinin, sakinlərə xəbərdarlıq edib ki, gələcəkdə su azalmalarının qarşısını almaq üçün su istehlakına nəzarəti həyata keçirsinlər. Məhəmməd Xani Təbrizin başlıca su mənbəyi olan Nəhənd su anbarının quruması fonunda yeni su tədarüklərinin haradan gələ biləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb. Su anbarı adətən ilin bu vaxtları dolu olsa da, yerli mətbuat orqanları hövzənin hazırki durumunu “Nahan səhrası”  adlandırır. Qeyd edək ki, son həftələrdə, Zəhədan və Əhvaz da daxil olmaqla İranın bir çox şəhərində su qıtlığının yaşandığı bildirilir. Böyük şəhərlərlə yanaşı, Kürdistan əyalətinin Divandərah şəhərdində də su kəsintiləri baş verməsi etirazlarla ilə nəticələnib. Mütəxəssislər iqlim dəyişikliyinin İranda quraqlıq və selləri gücləndirdiyi fikrindədir. Onlar tez-tez baş verən quraqlıq və sellərin ölkədə qida təhlükəsizliyini təhdid edə biləcəyini deyirlər. İran Meteorologiya Təşkilatının hesablamalarına görə, ölkə ərazisinin 97%-i müxtəlif dərəcələrdə quraqlıqdan əziyyət çəkir. Cənubi Azərbaycandan olan ekspert  Rza Talibi bunlar fonunda Urmiyə gölündə yaşanan ekoloji fəlakətin İranın iflasa uğrayan su idarəçiliyi siyasətini göstərən nümunələrdən biri olduğunu bildirib: “İslam Cümhuriyyətinin su siyasəti ümumiyyətlə iflasa doğru gedir. Sadəcə Urmiyə gölü deyil, digər bölgələrdə də fərqli dövlət qurumlarının su idarəçiliyində və paylanmasında ayrıseçkilik görünür. Suyun dağıtımı, o cümlədən Urmiyə gölünün su haqqı ilə bağlı qərarları Ali Su Şurası verir. Ancaq su haqqı mövzusunda enerji nazirliyi və SEPAH kimi orqanlar bu qərarlara uyğun davranmır”.

Cənubi Azərbaycanın bir çox bölgəsində əhali illərdir Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkir. Ekspertlər gölün sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirir. Hələ prezident Həsən Ruhani dönəmində fəaliyyət göstərən Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri bir neçə il öncə Aral gölünün quruması ilə meydana gələn dəri və tənəffüs xəstəlikləri, bəzi digər ölümcül xəstəliklərin Urmiyə gölü ətrafında da göründüyünü bildirmişdi. Rza Talibi isə ekoloji fəlakətin sadəcə Güney Azərbaycana deyil, Kürdüstan və Gilan kimi vilayətlərə də təsir edəcəyini vurğulayıb: “Urmiyə gölünün quruması və Azərbaycanda ekoloji fəlakətin yaranması sadəcə türk əhaliyə təsir etmir. Bu çevrə fəlakəti torpaq və ya hava olaraq Kürdüstan vilayəti və hətta Gilan və Luristan vilayətlərinə də çata bilər”. O, keçmiş illərdə İranın Azərbaycan və Əhvaz bölgələrində dövlətin su idarəçiliyi siyasətinə qarşı təşkil olunan kütləvi aksiyalara diqqət çəkərək bildirib: “Bu çevrə fəlakətləri ilə bağlı etirazların fiqurlarına baxdığımızda, özəlliklə üç bölgədə, keçmiş illərdə ərəb bölgəsində və bəzən lurların yaşadığı bölgələrdə gördük. Amma daha öncədən, davamlı olmasa da, enişli-yoxuşlu şəkildə Azərbaycan bölgəsində indiyə qədər davam edən türklərin etirazları olub”. Talibi İslam Respublikasına müxalif qüvvələrin Urmiyə gölü mövzusunda səssiz qalmalarını tənqid edir: “Müxalifət buna səssiz qalır. Ümumiyyətlə, suçu Azərbaycanın iç bölgəsi və türklərin üzərinə atır. Müxalifət Urmiyə gölü məsələsini Azərbaycan bölgəsinin məsələsi və türkün hakimiyyətlə, mərkəzlə bir problemi olaraq görürlər və bunu sadəcə bizimlə hakimiyyət arasında bir güc məsələsinə dönüşdürürlər. Halbuki, gələcək 10 ildə fərqli millət və fərqli qruplardan olan milyonlarla insan bundan təsirlənəcək və bunun məsuliyyəti buna qayğısız şəkildə davranan qrupların üzərində olacaq”. Qeyd edək ki, İranın su iflasının əsas drayveri su ehtiyatlarının davamlı idarə olunması üçün lazımi struktur komponentlərin olmamasıdır. Bu arada İranla Əfqanıstan arasında su mənbələri uğrunda davam edən gərginlik daha da şiddətlənir.  “Taliban” rəhbərliyi bölgədəki quraqlıq səbəbilə Hilmənd çayı üzərindəki bəndlərdə suyun miqdarının azaldığını və suyun İrana çatmadığını iddia edir. İran isə bildirir ki, texniki heyət bəndlərə baş çəkməli və bu problemi təsdiqləməlidir. 1973-cü ildə imzalanmış müqavilə ilə Əfqanıstan və İran arasında “Hilmənd Su Yolu” marşrutunda su problemi həll olunub. Son illərdə Əfqanıstanda baş verən quraqlıq səbəbindən İrana axan suyun miqdarının azalması Tehran rəhbərliyini narahat etməyə başlayıb. Belə götünür ki, bu məsələnin həllini tapmaması İranla Əfqanıstan arasında münasibətləri daha da gərginləşdirəcək. İndilikdə isə su çatışmazlığı İrandan müəyyən köçlərə rəvac verir. Perspektivdə  bu fonda Güney Azərbaycandan ölkəmizə də müəyyən axının olması istisnalıq təşkil etmir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ