Bazar ertəsi günü, 09 noyabr 2026
     

Gədəbəy olayının gündəm sualı - xarici şirkətlər milli dəyərlərə və qanunlarımıza necə əməl edir...

Image


“...Burada işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Baxmayaraq ki, pay bölgüsü haqqında saziş əsasında xarici investor Gədəbəydəki qızıl yataqlarını istismar edir, baxmayaraq ki, uzun illər burada çalışır, Azərbaycan qanunlarına, ekoloji tarazlığa - bütün bunlara hörmət edilməlidir. Onu da bildirməliyəm ki, bizim dövlət şirkətimiz “AzerGold” da qızıl yataqları istismar edir. Amma mənə verilən məlumata görə, o sahədə bütün ekoloji normalara riayət edilir. O cümlədən yerli icmalarla təmaslar qurulub, müxtəlif humanitar aksiyalar keçirilir, insanlar kütləvi surətdə işə cəlb olunub. Bax, bu yanaşma Azərbaycan şirkəti tərəfindən göstərilən yanaşmadır. O yanaşma isə xarici şirkət tərəfindən göstərilən yanaşmadır. Budözülməzdir. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər. Əgər bugünə qədər dəvət edilməyiblərsə, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Yenə də deyirəm, bir həftə ərzində mənə və ictimaiyyətə məlumat verilməlidir. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!

Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər? Onları orada ayaqlarından asardılar. Elə iş verərdilər ki, ömürlərinin sonuna qədər həbsxanada yatardılar. Amma burada hesab edir ki, nə istəyir onu da edir. Çünki gedib kimisə görüb, kiməsə salam verib, gedib kiməsə nəsə pay verib. Bunun başqa izahatı ola bilməz. Dözülməz haldır - bütövlükdə həm oradakı təxribatçıların hərəkətləri, həm xarici şirkətin fəaliyyəti, həm də bizim nazirliyimizin fəaliyyəti...” Bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydə baş vermiş hadisələrdən danışarkən  bildirib.

Prezident çıxışında həm Gədəbəydə qızıl yatağını istismar edən xarici şirkət barədə sərt danışdı, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyini ciddi tənqid etdi. Buradan belə sual çıxır: Azərbaycanda fəaliyyət göstərən başqa xarici şirkətlər Azərbaycan qanunlarına, dilimizdən, mədəniyyətimizdən, adət-ənənələrimizdən tutmuş iqtisadi-sosial qanunvericilik aktlarımıza  qədər məsələlərə  nə dərəcədə əməl edirlər? Yəni iş Gədəbəydə qızıl yatağını istismar edən şirkətin fəaliyyətini araşdırmaqla bitmir, burada bu amil də əsasdır. Gədəbəy olaylarından və Prezidentin də çox sərt çıxışından sonra meydana çıxan suallardan biri məhz budur. Gədəbəy hadisələri və Prezidentin bu hadisələr fonunda bəlli xarici şirkətlə bağlı sərt mövqe ifadə etməsi ortaya çox vacib sual çıxarıb ki, ölkəmizdə olan digər xarici şirkətlər dövlətimizin sosial-iqtisadi, mədəni-humanitar qanunlarına və mənəvi dəyərlərinə nə qədər hörmətlə yanaşırlar? Bu sahədə vəziyyət necədir?

  • “Hesab edirəm ki, nazirlik və digər qurumlar o şirkətlərdən Azərbaycan qanunlarına və bütün milli-mənəvi dəyərlərimizə hörmət etməyi tələb etməlidir”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda Azərbaycanın hasilata hazır olan dörd qızıl yatağı var - Kəlbəcər-Söyüdlü, Gədəbəy-Söyüdlü, Daşkəsən-Çovdar, Zəngilan-Vejnəli. “Bu qızıl yataqlarının dördündə də eyni üsulla hasilat gedir. Qızıl hasilatı sionit turşusunun köməyi ilə aparılır. Yəni qızılın suxurlardan çıxarılması prosesi sionit turşusu vasitəsilə həyata keçirilir. Bu sionit turşusu da toplandığı ərazilərdə ciddi problemlər yaradır. Hazırda Gədəbəyin Söyüdlü yatağındakı vəziyyət hamıya aydındır. Prezident bu barədə müşavirədəki çıxışında da bu barədə danışdı. Bildirdi ki, ətraf mühitə cavabdeh qurum olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işə səhlənkar yanaşıb, xarici şirkətin bu ərazidə özbaşına, qaydalara əməl etmədən fəaliyyət göstərməsinə imkan verib. Hadisə ilə bağlı yaradılan dövlət komissiyanın işi başa çatmasa da, indidən ehtimal etmək olar ki, həmin  o sionit turşusunun tullantılarını yığmaq üçün yaradılan gölə turşu axıdılan membran borular bərbad vəziyyətdə olub, nəticədə də kütləvi sızıntılar baş verib. O sızıntılar da çaylara sızaraq Şəmkir su anbarına gəlib çatıb, ora çatana qədər də, 11 il davam edən hasilat prosesində sızıntıların gedib çatdığı çaylardan su içən heyvanlar zəhərlənib, tələfat olub. Düzdür, onun konpensasiyasını veriblər. Amma məsələ burasındadır ki, həmin zəhərlənmənin Şəmkir su anbarına da təsirləri güclüdür. Bu barədə məlumatım belədir. Bildiyim qədər, Daşkəsənin Çovdar qızıl yatağında da Gədəbəydəki vəziyyətdir. Bu barədə konkert məlumatlara malikəm. Daşkəsəndə vəziyyət gərgindir. Orada da sionit turşusu dəlik-deşik membran borularla vannalara axıdılır. Orada da ətraf mühitə təsirlərin qarşısını almaq üçün, demək olar, heç bir tədbir görülmür. Əhali Söyüdlüdəki problemi yaşayır”.

Zəngilanın Vejnəli qızıl yatağında vaxtilə ermənilərin də eyni üsulla qızıl hasil etdiklərini deyən A.Nəsirlinin sözlərlərinə görə, bu da Oxçuçay faciəsinə və digər ekoloji terrora səbəb olub. Ermənilərin bizim ərazimizdə ekoloji terror törətdiyini   deyən A.Nəsirli qeyd etdi ki, Vətən müharibəsinə qədər ermənilər Azərbaycan qanunlarını da, bütün beynəlxalq qanunlara da məhəl qoymayıb. Ermənilərin qanunsuz istismarını ifadə edən bir neçə çirklənmiş göl var. “Qeyd etmək istərdim ki, dünyada sionit turşusunun köməyi ilə qızıl hasilatı təcrübəsinə keçən əsrin 70-ci ilindən başlanılıb. O vaxt üçün bu mütərəqqi bir üsul sayılırdı. Hazırda daha proqressiv, bir qədər xərc tələb edən üsullar mövcuddur. Yəni Azərbaycanın qızıl yataqları alternativ üsullarla istismar edilə bilər. Çox təəssüflər olsun ki, aidiyyəti qurumlar tərəfindən bu, xarici şirkətlərdən tələb olunmur. Əslində sionit turşusu ilə hasilat aparılan ərazidə həmin turşunun toplanaraq zərərsizləşdirilməsi prosesi aparılmalıdır. Amma təəssüf ki, bu, Azərbaycan yataqlarının heç birində həyata keçirilmir. Əgər zərərsizləşdirilmə aparılsa vəziyyət normallaşar. Azərbaycanda hasil edilən qızıl həm də Azərbaycanın ətraf mühitinin, təbiətinin korlanması bahasına həyata keçirilir”.

Xarici şirkətlərin Azərbaycan qanunlarına və mənəvi dəyərlərinə hörmət etməsi məsələsinə gəlincə, A.Nəsirli qeyd etdi ki, bu gün biz bunu müşahidə etmirik, amma vaxtlə Çar Rusiyası dövründə almanlar Gədəbəydə mis hasilatı ilə məşğul olarkən çox maraqlı örnək qoyublar: “Almanlar mis yataqlarını istismar etdikləri dövrdə ətraf ərazilərdəki yaşayış məntəqələrinin abadlaşdırılmasını həyata keçiriblər. O vaxtdan bəri Gədəbəyin elə kəndləri, elə yaşayış məntəqələri var ki, almanlardan sonra orada heç bir abadlıq, quruculuq işləri aparılmayıb. İstənilən normal şirkət hasilat apardığı ərazilərdəki yaşayış məntəqələrində sosial proqram həyata keçirir. Yol çəkir, abadlıq işləri aparır, ağac əkirlər. Yəni oradan pul qazandıqlarına görə bu işləri görürlər. Bu baxımdan, istənilən şirkət hasilat apardığı əraziyə yaxın yaşayış  məntəqələrində sosial layihələr həyata keçirib əhaliyə töhfə verməlidir. Bu bütün dünyada belədir. Amma Gədəbəydə və Daşkəsəndə hasilat aparan xarici şirkətlərin heç biri ətrafda yaşlayan insanlara töhfə vermir, sosial layihələr həyata keçirmir. Hətta kəndlərin içindən keçən yolları mədən maşınları dağıdır, amma xarici şirkətlər o yolları belə təmir etmir. Yəni Azərbaycanda xarici şirkətlər bu şəkildə işləyirlər. Xarici şirkətlər hasilat həyata keçirdikləri ərazilərə yaxın yaşayış məntəqələrində heç bir sosial proqram gerçəkləşdirmirlər, abadlıq, quruculuq işləri aparmırlar, heç bizim dəyərlərə də hörmət edildiyi müşahidə olunmur. Ona görə ki, onlardan tələb eidlmir. Bunu aidiyy.ti qurumlar tələb etməlidir. Cənab Prezident haqlı olaraq xarici şirkətlərin Azərbaycan qanunlarına hörmət etməli olduqlarını bəyan etdi. Hesab edirəm ki, nazirlik və digər qurumlar o şirkətlərdən Azərbaycan qanunlarına və bütün milli-mənəvi dəyərlərimizə hörmət etməyi tələb etməlidir. Həm də onlardan tələb etməlidirlər ki, sözügedən ərazidə yerləşən kəndlərdə sosial proqramlar həyata keçirsinlər. Təəssüflər olsun ki, biz bunu görmürük. Təəssüflər olsun ki, onların hüquqi və mənəvi qanunlarımıza əməl etdikləri müşahidə edilmir.

Eyni zamanda Azərbaycan hökuməti xarici şirkətlərdən tələb etməlidir ki, qızıl hasilatını sionit turşusu ilə deyil, daha müasir üsullarla həyata keçirsinlər” - deyə A.Nəsirli vurğuladı.

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ