Bazar ertəsi günü, 09 noyabr 2026
     

Taxtı laxlayan Makron çarəni sosial şəbəkələri bağlamaqda görür...

Image


Paris ətrafındakı Nanter qəsəbəsində Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsindən sonra Fransanı kütləvi iğtişaşlar bürüsə də, hakimiyyət bunun öhdəsindən gəlməkdə acizlik nümayiş etdirir. Əvəzində zorakılıqla prosesin qarşısının alınmasına daha çox cəhdlər edilir.  

Həbslər və dağıntılar Fransada Nanter şəhərində polis tərəfindən bir yeniyetmənin güllələnməsindən sonra baş verən qarşıdurmaların ardından başlayıb. Nahel kimi tanınan yeniyetmə Əlcəzair əsilli idi və fəallar onun etnik mənsubiyyətinə görə öldürüldüyünü deyir. Bu hadisə Fransada polisin etnik və irqi qərəzliliyi ilə bağlı uzun müddətdir davam edən müzakirələri yenidən alovlandırıb. “SOS Racisme” hərəkatının üzvü Treysi Ladji bu xüsusda bildirir: “Bunlar siz kökləriniz əcnəbi olan fransız olduğunuz halda baş verir. Fransada doğulsaq belə, biz fransız hesab edilmirik və onlar yalnız dərimizin rənginə baxırlar. Hakimiyyət, polis heç bir səbəb olmadan kimsəni öldürə bilməz. Buna son qoyulmalıdır”. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Bürosu da bəyanat yayaraq bildirib ki, baş verənlər Fransa hüquq-mühafizə orqanlarında irqçilik və ayrıseçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyin vaxtının çatdığını göstərir. Qurumun sözçüsü Ravina Şamdasani qeyd edib ki, qətllə bağlı artıq istintaq başlayıb: “Bu hadisə ölkənin hüquq-mühafizə orqanlarında dərin kök salmış irqçilik və ayrıseçkilik probleminin həlli barədə ciddi düşünülməsi üçün bir fürsətdir.

Biz dinc toplaşmaq hüququna hörmət etməyin zəruriliyini vurğulayırıq. Biz Fransa hakimiyyətini polisin nümayişlərdə zorakılıqla mübarizə aparmaq üçün güc tətbiqinin qanunilik, mütənasiblik, ayrıseçkiliyə yol verməmək və hesabatlılıq prinsiplərinə uyğun olmasını təmin etməyə çağırırıq. Qeyri-mütənasib güc tətbiqi halları dərhal araşdırılmalıdır”. Amma bu çağırışa əməl etmək əvəzinə, Fransa polisi etirazçılara divan tutmaqda davam edir. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək aksiyalarda iştirak edən 3 625 nəfər saxlanılıb. Onlardan  1 124-ü azyaşlıdır. Bugünə kimi 380 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və bu, yekun rəqəm deyil. Polis zorakılığına etirazçılar müxtəlif formada cavab verir. Belə ki, Fransada etiraz aksiyasının iştirakçıları iyunun 27-dən bəri mindən çox mağazanı və 200 ticarət mərkəzini yandırıb və qarət edib. Bu rəqəmləri ölkənin iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Brüno Le Mer BFMTV telekanalının efirində səsləndirib. Onun sözlərinə görə, iğtişaşlar zamanı 250 bank ofisi, 450 tütün dükanı, 200 ticarət mərkəzi və mindən çox mağaza hücuma məruz qalıb. Nazir zərər çəkən sahibkarların bir müddət vergi və sosial ödəmələrdən azad ediləcəyini deyib. Bundan başqa, hakimiyyət orqanları iğtişaşların ziyan vurduğu biznesə sığorta kompaniyaları ilə bağlı məsələlərin həllində kömək göstərəcək. Fransa prezidenti Emmanuel Makron isə bunlar fonunda sosial şəbəkələri hədəfə alıb: “Son günlərin hadisələrində internet platformaları və sosial şəbəkələr mühüm rol oynayır. “Snapchat”, “TikTok” və bir sıra digər platformalarda həm zorakı xarakterli toplantıların təşkil edildiyini, həm də zorakılığın bir növ təqlid edildiyini gördük. Bu, yeniyetmələr arasında bir növ reallıqdan uzaqlaşmağa səbəb olur. Bizdə bəzən belə bir təəssürat yaranır ki, bəziləri onları məst edən video oyunlardakı küçələrdə yaşayır”. Makron Yelisey sarayında iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə keçirdiyi görüşdə gələcəkdə böhranlı vəziyyətlərdə ölkədə sosial şəbəkələrin bağlanacağını istisna etmədiyini bildirib: “Biz gənclərin auditoriyasının sosial şəbəkələrdən istifadəsini təhlil edib, tətbiq edilməli olan qadağalar barədə düşünməliyik. Böhranlar baş verəndə onları tənzimləməyi və ya söndürməyi bacarmalısan”. O vurğulayıb ki, bu məsələ ilə bağlı ayıq müzakirə lazımdır: “Sosial media qanunsuz toplantılar və ya sui-qəsd cəhdləri üçün istifadə edildikdə, müzakirə ediləcək çox şey var”. Beləliklə, Fransa antidemokratik addım ataraq, sosial şəbəkələri bağlamağı düşünür. Yelisey sarayında hesab edirlər ki, təhlükəsizlik qurumlarının etirazçılara qarşı zorakılığa əl atması, onları gözyaşardıcı qazlara qərq etməsi və digər üsullarla susdurmağa çalışması onları gec-tez aksiyalardan çəkindirəcək. Lakin bütün bunlar əhalini mövqeyindən döndərmir, əksinə, Makron hakimiyyətinə etiraz edənlərin sayı getdikcə artır. Ölkədə aparılan rəy sorğularının nəticələri göstərir ki, vətəndaşlar Makron hakimiyyətindən, belə demək olarsa, canlarını qurtarmaq istəyirlər. Fransa küçələrində yaşanan xaos da bundan xəbər verir. Bu ölkədə baş verənlər belə bir fikir yürütməyə əsas verir ki, hadisələr sonda Makronun hakimiyyətdən vaxtından əvvəl getməsinə gətirib çıxara bilər.

Hazırda Fransa hökuməti çətin bir sualla üzləşib: Hakimiyyəti ictimai nəqliyyatı dayandırmağa və ya gecə saatlarında komendant saatı tətbiq etməyə məcbur edən zorakılığı necə dayandırmaq olar? Yalnız təhlükəsizliyin təmin edilməsinə yönəlmiş yanaşma, hər şeydən əvvəl, cəmiyyətdə son illərdə yığılmış, iqtisadi böhranla müşahidə olunan narazılıq fonunda işə zəif köməkdir. Siyasi yol da asan deyil: Makron təkcə sələflərinin səhvlərini təkrarlamaqda ittiham olunmur. O, əhalinin kütləvi etirazlarına baxmayaraq, məsələn, pensiya islahatını həyata keçirərək, son dərəcə qeyri-populyar fiqur olub. Kopenhagendə nəşr olunan “Berlingske” qəzeti yazır ki, cəmiyyətdə açılan uçurum çoxlarının inanmaq istədiyindən daha geniş və dərindir: “Fransa əhalisinin müəyyən hissəsi başqalarının arzuladığı Respublikanın bir hissəsi olmaqdan imtina edir. Fransadakı ifrat sol siyasətçilərin etdikləri kimi, zorakılığı yoxsulluğa və ya struktur irqçiliyinə aid etmək olmaz. Həmçinin prezident Emmanuel Makron kimi baş verənlərə görə sosial şəbəkələri və ya video oyunları günahlandırmağın mənası yoxdur. Fransızlar onilliklər boyu davam edən bölücülük və paralel cəmiyyətlərin meydana gəlməsini necə aradan qaldıracaqlarını düşünməlidirlər. İmmiqrasiya ilə əlaqədar olaraq, Fransa müstəmləkə zehniyyətini saxlayır: Afrika əsilli mühacirlərdən Fransa bayrağına milli sədaqət tələb olunur. Lakin Britaniya modeli, özünün kosmopolit yanaşması ilə, görünür, immiqrantları cəmiyyətə və hətta dövlət strukturlarına inteqrasiya etmək üçün daha yaxşı iş görüb (böyük Britaniya parlamentində miqrant ailələrindən olan siyasətçilərin yetişə biləcəyi postlara baxın). ... Nəticə belədir: vətəndaşlarla siyasətçilər arasında uçurum müəyyən qrupların və ya elitaların xeyrinə dərinləşməməli, ümumi mənafeyimiz naminə azaldılmalıdır. Yunanıstanla bağlı da bunu nəzərə almalıyıq”.  Bu gün Fransanın böyük şəhərlərinin ətraflarında vəziyyət əsl səfaləti xatırladır. Şəhərətrafı küçələrdə zorakılıq inteqrasiya siyasətinin iflasa uğradığını, həmçinin sistemli irqçiliyin Fransa polisinin sıralarında kök saldığını göstərir. Heç bir Fransa hökuməti bu problemi həll etmək üçün zəhmət çəkməyib. Nəticə də indiki hadisələrə gətirib çxarıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ