şənbə günü, 12 sentyabr 2026
     

Brüsseldə Azərbaycanın keçmiş "DQ" üzərində suverenliyi bir daha təsdiqləndi...

Image


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il Almatı bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiqləyib:

"İki ölkənin liderləri 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (89,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər".

O əlavə edib ki, iki ölkə arasında sərhədlərin yekun delimitasiyası növbəti danışıqlar yolu ilə razılaşdırılacaq.

Bunu mühüm irəliləyiş saymaq olarmı? Çünki Ermənistan bundan əvvəl də Almatı bəyanatına sadiqliyini ifadə edib, amma Qarabağdakı ermənilərlə bağlı iddialarından əl çəkmir. Bu aldadıcı manevrdi. Həm ərazi bütövlüyünü tanıyır, həm də daxilimizdəki  separat meyillərə açıq dəstək verir. Belə olarmı?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan bundan əvvəlki danışıqlarda da 1991-ci il Almatı bəyannaməsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə etmişdi: “İndi növbəti dəfə ifadə etməsi və həmin Brüsseldə qəbul olunan bəyənatda 86,6 min kv km çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıması bir tərəfdən Ermənistanın keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayətini”  Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsi anlamına gəlir. Amma məsələ ondadır ki, Ermənistan bununla paralel olaraq, yenə də Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquqları məsələsini də gündəmə gətirir. Buradan o aydın olur ki, Ermənistan bütün beynəlxalq təzyiqləri, Azərbaycanın təzyiqlərini, o cümlədən də danışıqlar masasında olan vasitəçilərin təzyiqlərini nəzərə alaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirir. Amma Qarabağ erməniləri məsələsinin Azərbaycanın daxili işi olduğunu ortaya ataraq, bu məsələdə, kənardan da olsa, faktiki onlara dəstək verməyə davam edir. Başqa sözlə desək, problemi birbaşa Qarabağ erməniləri ilə Azərbaycanın üzərinə atır. Ermənistan dünyada belə bir imic yaratmağa çalışır ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma orda olan ermənilər öz hüquqları və təhlükəsizlikləri ilə bağlı sona kimi mübarizə aparmaq istəyindədilər və bu artıq Ermənistanın işi deyil. Təbii ki, söhbət danışıqlarda nəyin razılaşdırılmasından, hansı məsələlərə yox deyilməsindən asılı deyil. Söhbət danışıqlar masasında əldə olunan razılaşmaların hansı səviyyədə icra olunmasından asılıdır. Məsələn, biz bundan əvvəlki danışıqlarda da kommunikasiyaların açılması ilə bağlı, o cümlədən delimitasiya və demarkasiya ilə bağlı Ermənistan tərəfinin öz üzərinə öhdəliklər götürdüyünün şahidi olmuşuq. Amma nəticə etibarı ilə həmin danışıqların üstündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə hər hansı bir irəliləyişə nail olunmayıb”.

Politoloq hesab edir ki, indi də həm bu məsələ, həm Naxçıvana qatar yolunun açılması ilə bağlı razılaşmaların olması haqqında məlumatların verilməsi hələ ermənilərin  qəbul olunan razılaşmaları icra edəcəyi anlamına gəlməməlidir:  “Düşünürəm, Azərbaycan olaraq bizim vəzifəmiz ondan ibarət olmalıdır ki, üçtərəfli bəyanatla razılaşdırılmış, Brüsseldə, Moskvada, ABŞ-da, Praqada əldə olunmuş razılaşmaların icrasına Ermənistanı  məcbur edək. Bunun isə yolu, təbii ki, təkcə danışıqlardan getmir. Çünki biz 30 il ərzində danışıqların nə ilə nəticələndiyinin şahidi olduq. Ona görə də, buna paralel olaraq konkret addımlar atılmalıdır. Addımların bir qismi artıq atılıb. Yəni Laçın yolu üzərində gömrük məntəqəmizi, sərhəd buraxılış məntəqəmizi qoymuşuq. Bundan sonrakı addımlarımız ondan ibarət olmalıdır ki, erməni hərbi birləşmələrinin Azəebaycan ərazilərindən çıxarılmasına nail olaq və o cümlədən də sərhədlərin delimitasiya və demarkasiyasına nail olaq. Bunu Ermənistanla birlikdə edə biləcəyiksə, lap yaxşı. Əgər Ermənistan üzərinə düşən vəzifələrin icrasını yenə də uzadacaqsa, razılaşmaları pozacaqsa, o zaman Azərbaycan təkbaşına bu istiqamətdə fəaliyyət göstərməlidir. Yəni bizim tam hüququmuz çatır ki, son görüşdə beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində, Ermənistanın özünün tanıdığı sərhədlər çərçivəsində öz sərhədlərimizin möhkəmlənməsini təmin edək. Həmçinin, əgər erməni hərbi birləşmələrinin çıxarılması təmin olmayacaqsa, bizim tam hüququmuz çatır ki, öz ərazimizdəki həmin o hərbi birləşmələri çıxarmaq üçün konkret hərbi əməliyyatlar keçirək. Mən konkret düşünürəm ki, Ermənistana arxayın olub, sadəcə danışıqlar yolu ilə məsələlərin həllini gözləmək lazım deyil”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ