çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Naxçıvanla dəmiryolu əlaqəsi, ya Zəngəzur dəhlizi - cənab Mişel ritorikaya düzəliş edəcəkmi...

Image


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan regionda kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpasına yönəlmiş aydın addımlar müəyyən edib:

"Rabitə məsələsinə gəlincə, tərəflər regionda nəqliyyat blokadasının açılmasına və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Hazırda tərəflərin mövqeləri, xüsusən də Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı, bir-birinə çox yaxındır”.

Onun sözlərinə görə, işçi qruplara konkret icra qrafiki əsasında dəmir yolu əlaqəsinin açılması və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılıq əldə etmək tapşırılıb:

"Tərəflər bunun üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyini almağa da razılaşıblar".

Maraqlı yanaşmadır. “Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin bərpası” deyəndə, yəni Zənhəzur dəhlizi yox, yol nəzərdə tutulur? Azərbaycan buna gedərmi?

Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Naxçıvan vasitəsilə dəmiryol əlaqəsinin bərpası deyiləndə təkcə Zəngəzur dəhlizi nəzərdə tutulmur: “Söhbət İrəvandan gələn, Naxçıvandan keçən və sonra yenidən Ermənistan ərazisinin 40 km-lik hissəsini Azərbaycanla birləşdirən dəmiryol xəttindən gedir. Bu 40 km - lik dəmiryol xətti Zəngəzur dəhlizinin tərkib hissəsidir. Bunun dəhliz olduğunu Ermənistan da, Avropa Şurası da müəyyənləşdirmir. Beynəlxalq hüquqa görə, konkret olaraq BMT - nin iqtisadiyyat komitəsinin verdiyi tərifə görə, Zəngəzurdan keçən həmin yol beynəlxalq nəqliyyat dəhlizidir. Bunu heç kim dəyişdirə bilməz. Beynəlxalq nəqliyyat dəhlizi dedikdə, söhbət müxtəlif nəqliyyat növlərindən, avtomobil, dəmir və dəniz yolları vasitəsilə çəkilən dəhlizdən gedir. Bu daşımalar müxtəlif növ nəqliyyat vasitələri ilə aparılır. Ona görə, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat dəhlizi kimi fəaliyyətə başlayacaq və bunun qarşısını heç kim ala bilməz. Brüssel danışıqlarında əsas müzakirə mövzularından biri də bu olub. Bundan əvvəl də bəzi danışıqlar olmuşdu və müəyyən qərarlar qəbul olunmuşdu. Ancaq Ermənistan, həmişə olduğu kimi, imzasına sadiq qalıb, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Ümumiyyətlə, yol və dəhliz anlayışları arasında elə bir ciddi fərq yoxdur. Fərq tərəflərin razılaşmasının nədən ibarət olmasındadı. Bəzən ermənilər elə başa düşürlər ki, Laçın dəhlizi deyəndə Laçın yolunun statusunu qaldırmış olurlar. Ancaq beynəlxalq hüquqda belə bir anlayış yoxdur. Laçın dəhlizi humanitar dəhlizdi və ermənilərə heç bir üstünlük vermir. Bunu nəzərə alan Azərbaycan hakimiyyəti orada nəzarət buraxılış məntəqəsini qurdu. Əgər söhbət 10 noyabr razılaşmasından  gedirsə və bu razılaşmada Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasındakı fərqdən danışılırsa, statusuna görə Zəngəzur dəhlizi daha yüksək statusa malikdir. Çünki 10 noyabr razılaşmasının 9 - cu bəndində Naxçıvandan Azərbaycanın Qərb rayonlarına çəkiləcək həmin yolda maneəsiz hərəkət tələbi var. Yəni ermənilər maneəsiz hərəkəti təmin etməlidirlər. Laçın dəhlizində belə bir şey nəzərdə tutulmayıb. Sadəcə olaraq, bu məsələni bizim mütəxəssislər araşdırıb ermənilərin qarşısına konkret faktlar qoymurlar. Müəyyən izahat işi aparmırlar ki, Laçın dəhlizi ilə bağlı indiyə kimi hansı danışıqlar gedib, hansı tələblər qoyulub. Dəhliz sözü heç kimə heç bir üstünlük vermir. Üstünlüyü tərəflər müəyyənləşdirir. Bundan əvvəl də nəzərdə tutulmuşdu ki, Laçın dəhlizi ilə bağlı ayrıca razılaşma olmalıdır və belə razılaşma da, hələ ki, yoxdur. Belə bir razılaşma olmadığına görə, Laçın dəhlizi heç bir xüsusi statusa malik deyil. Ancaq Zəngəzur dəhlizi üçün konkret göstəriş var. Orada maneəsiz hərəkət təmin olunmalıdır. Bu da noyabr sazişində nəzərdə tutulub. Statusa görə Zəngəzur dəhlizi daha üstündü. Sadəcə olaraq, bu məsələləri aydınlaşdırmaq və ermənilərə də izah eləmək lazımdır. Onu da izah etmək lazımdır ki, dünyada dəhlizlərin rejimi anlayışı yoxdur. Əgər hansısa dəhlizə hansısa üstünlüklər nəzərdə tutulursa, bu yalnız razılaşmalar əsasında nəzərdə tutulur. Razılaşma yoxdursa, dəhlizin yoldan heç bir fərqi yoxdur. Çox təəssüf ki, ermənilər hələ də bunu başa düşməyiblər. Brüssel görüşündə bəhs edilən, Naxçıvandan çəkiləcək dəmiryol xətti barədə söhbətlər çoxdan gedir. Həmin söhbətlərə baxmayaraq, Ermənistan heç bir addım atmayıb və bundan sonra da atacağına inanmıram”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ