çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanla Ermənistan sülh sazişi yerinə çərçivə sazişi imzalayacaq?

Image


Karnegi Fondunun tədqiqatçısı Tomas de Vaal erməni mediasına açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh sazişindən danışarkən deyib ki, sülh yox, çərçivə sazişi olacaq:

“Qarabağ isə bitdi. Bu, iki liderin ümumi prinsiplər əsasında imzalaya biləcəyi qısa sənəddir, Qarabağ ermənilərinin gələcəyi məsələsi burada yer almayacaq”.

De Vaal bildirib ki, bu sənəddə Naxçıvana yol da əksini tapmayacaq:

“Söhbət texniki sənəddən gedir, ciddi sülhdən yox”.

Sülh müqaviləsinin beynəlxalq təminatlarına gəlincə, onun fikrincə, NATO və ya BMT-dən sülhməramlıların yerləşdirilməsinə ümid etmək olmaz:

“Bakı Qarabağda hansısa yeni beynəlxalq mövcudluq ideyasını qəti şəkildə rədd edir. Rusiya missiyası, yəqin ki, 2025-ci ildə başa çatacaq. Lakin BMT-nin bu missiyanı təsdiq edən qətnaməsi yoxdur. Ümumi problem beynəlxalq çoxtərəfli təşkilatların nüfuzunun düşməsi və Qafqazda regional güclərin, yəni Rusiya, Türkiyə, qismən İran, qismən də Avropa Birliyinin güclənməsidir. Mən BMT-nin qətnaməsi kimi çoxtərəfli yanaşma görmək istərdim. Bu, daha ciddi olardı”.

Tərəflər arasında sülh yox, çərçivə sazişinin imzalanacağı nə qədər real görünür?

Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mümkün deyil sülh sazişinə gedən yolda belə bir çərçivə sazişi imzalansın: “Çünki sülh prosesi tamamilə detallı, incələnmiş şəkildə hazırlanmalıdır. Ona görə də, ola bilsin ki, aralıq versiya kimi qısa formatlı nəsə imzalana bilər. Ancaq burda maraqlı məqam ondan ibarətdir ki, çərçivə sazişinin imzalanması  nəyə xidmət edəcək? Əgər bu Azərbaycanı narahat edən məsələlərlə bağlı Ermənistanın mövqeyini ortaya qoyacaqsa, yaxud tam tərsi olacaqsa, bu sənədin bir əhəmiyyəti var. Azərbaycanı narahat edən  iki əsas məsələ var. Birincisi, Azərbaycanın ərazi bütövlüyünün tanınması. İkincisi, Qarabağ üzərində Azərbaycanın süverenliyinin tanınması. Bunlar Ermənistan tərəfindən həyata keçirələcəksə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaqsa, belə bir sazişin olması mümkündür. Hətta Azərbaycan Prezidenti bununla bağlı əvvəl də demişdi ki, belə bir böyük sənədə ehtiyac yoxdur. Sülh sazişi imzalansın, bitsin bu məsələ. Bilək ki, artıq müharibə şəraitində yox, sülh şəraitindəyik. İkinci Qarabağ müharibəsi də bitib. Yenə də biz Ermənistanla nə müharibə, nə sülh şəraitindəyik. Faktiki olaraq sülh sazişi yoxdur və təxribatlar, atışmalar davam edir. Bu anlamda belə bir çərçivə sazişi imzalana bilər. Yoxsa əgər ortada real bir nəticə yoxdursa, bu sülh sazişi Qərbin, Vaşinqtonun, Brüsselin, ola bilsin ki, dördlü formada - Azərbaycan, Ermənistan, Fransa və Almaniya rəhbərlərinin görüşündə ortaya qoyulacaqsa və burda sadəcə tərəflərin ümumi iddiaları yer alacaqsa, o zaman bu sənəd Soçi və Moskva açıqlamalarından çox fərqlənməyəcək. Faktiki olaraq, Brüssel  və Vaşinqton görüşlərində iştirak edənlərin hansısa bir nəticə ortaya qoymaq kimi fikri olmadığının sübutu sayılacaq. Daha çox göstəriş xarakteri daşıyacaq. Açıqlama verilir  ki, burda Qarabağ ermənilərinin gələcəyi məsələsi yer almayacaq. Yaxud, Naxçıvana keçəcək Zəngəzur dəhlizindən söhbət açılmayacaq. Əlbəttə ki, bu Azərbaycan tərəfindən qəbul edilə bilər. Çünki, əgər bu formatda qoyulsa ki, "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağa hər hansı bir iddiası yoxdur ", o zaman normal qəbul edilə bilər. Qarabağla bağlı məsələ Azərbaycanın daxili  məsələsi kimi gələcəyə buraxılsa, Ermənistan buna qarışmasa, təbii ki, Azərbaycan bu sazişlə razılaşacaq. Zəngəzur dəhlizi ilə bağlı məsələyə gəldikdə isə, müəyyən müddətə qədər uzadıla bilər. Bunun qarşılığında Azərbaycan Laçın dəhlizi ilə bağlı məsələləri gələcəkdə Zəngəzur dəhlizi ilə paralel ortaya qoyaraq, bir nəticə əldə etməyə çalışa bilər. Ancaq bu sənəddə konkret olaraq Zəngəzur dəhlizindən imtina edildiyi və Laçın dəhlizinin açıq olması ilə bağlı müddəa olarsa, bu bizim üçün qəbuledilməz olaraq qalar. Ermənistan Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələyə gələcəkdə də müdaxilə etmə imkanı qazanacaqsa, o zaman çərçivə sənədinin imzalanması bizim üçün indidən əhəmiyyətsiz sayılır. Azərbaycanın manevr imkanlarını dağıda biləcək bir sənədlə Azərbaycan tərəfi heç vaxt razı ola bilməz. Bizə daha çox Ermənistanın Azərbaycanın qırmızı xətlərini tanıması önəmlidir. Bunlar nədir? 1. Azərbaycanın ərazi bütövlüyü. 2.Qarabağ üzərində Azərbaycanın süverenliyi. Əgər bunlar yoxdursa, Azərbaycanın belə bir texniki sülhlə razılaşması heç bir əhəmiyyət kəsb etmir. Qısa sülh sazişi adı altında Zəngəzur dəhlizi məsələsi, Qarabağ məsələsi Azərbaycan-Ermənistan gündəmindən çıxarılıb, gələcəyə daşınarsa, Ermənistan yenə müdaxilə imkanı qazanarsa, biz niyə buna razı olmalıyıq? Bizə hazırda ən vacib olan məsələ odur ki, Ermənistanın Azərbaycan üzərində ərazi iddiası olmasın. Ona görə də, əsas məsələ qısa sülh sazişinin olması yox, həmin sazişdə hansı şərtlərin qoyulmasıdır.   Əvvəl qeyd etdiyimiz iki şərtdən əlavə, Qazaxın  8 kəndinin qaytarılması, delimitasiya - demarkasiya və fərqli nüansları da daxil etməklə, çərçivə sənədinin imzalanması məsələsini nəzərdə saxlaya bilərik”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ