çərşənbə günü, 11 noyabr 2026
     

İrəvan “şpaqatda” - Kreml qəzəblənib, Qərb yaxın gəlmir...

Image


Azərbaycanın Qarabağ məsələsində öz yekun məqsədinə çatacağı, Xankəndi-Laçın yolundakı aksiyanın Bakının istədiyi nəticə ilə bitəcəyi artıq Ermənistanda da açıq etiraf edilir.

Məsələ ilə bağlı erməni politoloq Yervand Bozoyan bildirir ki, əslində, hələ Praqa bəyannaməsini imzalamaqla Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkibində olmasına mahiyyətcə razılaşıb: “İndiki vəziyyətdə isə əsas məsuliyyəti Rusiya tərəfinə yükləmək düzgün deyil, çünki Paşinyanın Praqadakı bəyanatın bəndləri ilə razılaşması son nəticədə indiki vəziyyətə gətirib çıxarıb. Bundan sonra rus sülhməramlıların Laçın yolunda maneəsiz hərəkəti təmin etmək üzrə öhdəliklərini yerinə yetirmədiyini söyləmək, ən azı vicdansızlıqdır, primitiv manipulyasiyadır”.

Erməni ekspert qeyd edir ki, İrəvan daim “günah keçisi” axtarır: “Əgər əvvəllər günahkar ölkənin keçmiş rəhbərliyi idisə, indi rus sülhməramlılarıdır. Ölkə rəhbərliyinin Rusiya ilə bağlı qiymətləndirmələri ikitərəfli münasibətlərə xələl gətirə və etimadın səviyyəsini aşağı sala bilər, münasibətlərin korlanması isə obyektiv olaraq Türkiyə-Azərbaycan tandeminin möhkəmlənməsinə gətirib çıxaracaq. Mənə elə gəlir ki, bu gün Ermənistan hakimiyyətinin əsas məqsədi Mixail Saakaşvili kimi Rusiyadan uzaqlaşmaqdır. Onların şəxsi maraqları bu gün dövlətin maraqları ilə ziddiyyət təşkil edir. İrəvanın bütün ümidləri Qərb paytaxtlarınadırsa, burada da məyus olacaq. Həm ABŞ, həm də Avropa İttifaqı dəfələrlə açıq şəkildə bəyan ediblər ki, Ermənistanın coğrafi mövqeyinə görə onun təhlükəsizliyinə aydın təminat verə bilməzlər”. Bunlar fonunda Rusiyanın da Ermənistandan narazılığının artması müşahidə edilir. Rusiyanın xarii işlər naziri Sergey Lavrovun sonuncu mətbuat konfransında dedikləri bu mənada təsdüfi hesab olunmur. Lavrov qeyd edib ki, Qarabağda Laçın dəhlizi ilə bağlı vəziyyət ən yaxın zamanda tənzimlənə bilər: “Azərbaycanlılar erməni tərəfinin dəhlizlə mina daşıdıqlarına, sonradan isə üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Azərbaycan mövqelərinin yaxınlığındakı əraziləri minaladıqlarına dair məlumatları veriblər və hazırda bizim hərbçilər bu məlumatları öyrənirlər. Orada qarşılıqlı ittihamlar çoxdur...”. Lavrov daha sonra bildirib ki, bugünlərdə Azərbaycan rəsmisi ilə Qarabağ nümayəndələri arasında görüş olub: “Dünən, ya da srağagün Rusiya kontingenti komandanının iştirakı ilə Azərbaycan nümayəndəsi ilə Qarabağ nümayəndələri arasında görüş olub. Düşünürəm ki, bu məsələ ən yaxın vaxtda tənzimlənəcək”. Lavrov bu görüşün təfərrüatları barədə danışmayıb. O əlavə edib ki, Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçən şübhəli avtomaşınları yoxlamaq üçün bütün lazımi imkanları var. Rusiya xarici işlər naziri xatırladıb ki, 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə görə, Laçın dəhlizi ilə hər hansı qeyri-humanitar, qeyri-mülki yüklərin, o cümlədən hərbi yüklərin daşınması qadağandır. Lavrov İrəvana xəbərdarlıq edib ki, Azərbaycanla sərhəddə Bakı ilə razılaşdırılmadan Avropa İttifaqı müşahidəçilərinin yerləşdirilməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilər: “Bizim müttəfiq olmağımıza, missiya göndərilməsinə hazır olmamıza baxmayaraq, erməni tərəfi mülki müşahidəçilərin uzunmüddətli əsasda yerləşdirlməsi barədə Avropa İttifaqı ilə danışmağa üstünlük verir. Bura Azərbaycanla sərhəddir və müşahidəçilər Azərbaycanın razılığı olmadan yerləşdirilsə, bu, sadəcə olaraq əks-nəticə verə bilər. Bu, sərhəddə etimadı möhkəmləndirmək əvəzinə əlavə qıcıqlandırcı vəziyyət yarada bilər”. Rusiyalı nazir bir daha xatırladıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) regiona öz nümayəndələrini göndərməyə hazırdır, amma Ermənistan bundan imtina edir. O vurğulayıb ki, KTMT-nin öz nümayəndələrini göndərmək təklifi hələ də qüvvədə qalır. Sergey Lavrov Ermənistanın Azərbaycanla sərhədinə KTMT missiyasının göndərilməməsi səbəblərinə toxunub. O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan təşkilatın sammitində qəbul olunmuş sənədi imzalamaqdan imtina edib: “Biz İrəvanda keçirilən sammitdə belə bir missiyanın parametrləri barədə sənədi razılaşdırdıq, amma onu qəbul etmək mümkün olmadı. Çünki bizim erməni həmkarlarımız sənəddə Azərbaycanın kəskin ittiham olunmasını istəyirdilər”. Lavrovun sözlərinə görə, KTMT-nin digər üzvləri Azərbaycanın ittiham edilməsi ilə razılaşmayıblar. Beləliklə, həm Laçın yolundakı aksiya, həm də sərhəd məsələsində Lavrovun açıqlamaları Bakının mövqeyinə daha uyğundur.

Rusiyanın “Vestnik Kavkaza” nəşri yazır ki, Kreml ilə münasibətlərini pisləşdirən İrəvan Qərbdən də istədiklərini ala bilməyəcək: “Ermənistan indi Qərb istiqamətində sürətlə uduzur. Məsələn, Paşinyan, Azərbaycan və Gürcüstan liderlərindən fərqli olaraq, Davosda davam edən Dünya İqtisadi Forumuna qatılmayıb və belə mühüm regionlararası forum haqqında panel müzakirəsində olmayacaq. Paşinyan Davosda deyil, çünki Ermənistanın Qərb biznesinə təklif edəcəyi heç nə yoxdur. O, Azərbaycanla müharibədə qisas almaq üçün ancaq pul və silah istəyə bilər. Fransa istisna olmaqla, Qərb bu mövzuda maraqlı olmaqdan əl çəkib. Bakı ilə əməkdaşlığın Avropa üçün faydası İrəvanla nəticəsiz siyasi oyunlardan qat-qat yüksəkdir. Bütün bu hadisələrin fonunda Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb. Nazirlər Laçında magistralın açıq olmasından, hər gün onlarla avtomobilin oradan keçməsindən, etiraz etmək hüququna malik olan Azərbaycan vətəndaşlarının rus sülhməramlıların işinə heç bir problem yaratmamasından danışıblar. Bu söhbət İrəvanın qaldırdığı hay-küyü və saxtakarlığı təkzib edir. Artıq Ermənistandakı dağıdıcı qüvvələr bütün cəbhələrdə uduzur və sabit, dinc Cənubi Qafqaz tərəfdarları bunu ancaq alqışlaya bilər”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:28
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ