Yaxın həftələrdə Azərbaycanla Aİ arasında enerji sahəsində təmaslar gözlənilir. Trend-in məlumatına görə, bunu Aİ-nin enerji məsələləri üzrə komissarı Brüsseldə enerji şurasının fövqəladə iclası ərəfəsində deyib.
"Beynəlxalq tərəfdaşlarımızla daimi iş davam edir. Yaxın həftələrdə mən Əlcəzair, Azərbaycanla enerji dialoqunu bərpa etməyi planlaşdırıram. Beynəlxalq tərəfdaşlarımızın, o cümlədən, ABŞ-ın bizi dəstəkləyə bilməsi üçün də iş aparılır", - deyə o bildirib.