Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin komandanı general-leytenant Abdullah Katırcının səlahiyyət müddəti başa çatıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bu arada Monitorinq Mərkəzinin Türkiyə kontingentinin yeni komandanı da məlum olub. Müdafiə Nazirliyindən məlumat verilib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.