Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Ordusunun durmadan silahlanması Ermənistanı yenidən qorxuya saldı

Image


“Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir.

Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır. Biz qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik”. Bu fikirlər Prezident İlham Əliyevin “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlət başçısının bu fikirlərindən bir daha görünür ki, Azərbaycan qarşıdakı dövr ərzində ordusunu daha da gücləndirməyə, onu müasir silahlarla təmin etməyə hazırdır. Elə bu da Ermənistanda ciddi narahatlıq yaradıb. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Azərbaycanla çoxları hərbi əməkdaşlığa hazırdır, Ermənistanın maraqları isə heç kəsi, hətta müttəfiqlərini belə maraqlandırmır. Bütün dünya Rusiya ilə Ukrayna arasında davam edən hərbi qarşıdurmanı seyr edərkən bizim regionda da mühüm hadisələr baş verir ki, bu da dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Azərbaycan yenə ordusunu yeni silahlarla gücləndirir. “ADEX-2022” Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi bunu bir daha təsdiqlədi. Artıq məlum olub ki, Azərbaycan Türkiyə və İsraillə yeni silahların alınması ilə bağlı müqavilələr imzalayacaq. Bunu müdafiə sənayesi naziri Mədət Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan həm Türkiyə, həm də İsrail şirkətləri ilə əməkdaşlığı davam etdirir: “Türkiyə ilə birgə elə silahlar üzərində işləyirik ki, 10-15 il sonra üçün nəzərdə tutulub. Yəni biz gələcəyə baxırıq. Hətta 20 il qabağa baxırıq. Bu, dövlət başçısının tapşırığıdır”. Azərbaycan bu silahları kimə qarşı istifadə edəcək? Cavab bəllidir - əsas düşməni olaraq gördüyü Ermənistana qarşı. Azərbaycan prezidenti İlham Əliyevin “Dəmir yumruq”la bağlı mütəmadi təhdid dolu bəyanatlarını necə xatırlamamaq olar?! Bəli, İtaliyada və digər Avropa ölkələrində məmnuniyyətlə qarşılanan qonşu dövlətin başçısı reallıqda istədiyinə nail olmaq üçün güc üsullarından da istifadə edir. İndi biz artıq eşidirik ki, Azərbaycan və Türkiyə müdafiə sənayesində birgə istehsal yaratmağı planlaşdırır. Azərbaycan naziri Mədət  Quliyev bu xüsusda bildirib: “Türkiyədə müdafiə sənayesi çox sürətlə inkişaf edir, bu gün ölkədə silah istehsalı ilə məşğul olan 1500-ə yaxın şirkət var. Türkiyənin 7 şirkəti müdafiə sənayesi üzrə dünyanın TOP-100 istehsalçısı sırasına daxil edilib”.

Türkiyə ilə Azərbaycanın bu birgə hərbi istehsalının nə qədər həcmli ola biləcəyini başa düşürsünüzmü?! Maraqlıdır ki, bu baxımdan biz Ermənistan rəhbərliyindən gözlənilən əks bəyanatları eşitməmişik. Bundan daha çox, rəsmi İrəvan Azərbaycanla sülhə hazırlaşır. Paşinyan artıq sülh bəyanatının imzalanmasının şərtlərini açıqlayıb. Ölkəmizin rəhbərliyinin planları hamıya və hər kəsə aydındır. Bu, Bakı və Ankaranın istəyi fonunda kapitulyasiya adlanır. Bakı və Ankara öz niyyətlərini açıq şəkildə nümayiş etdirirlər, güclü və əsaslı hərbi əməkdaşlığı inkişaf etdirirlər. İsrailin də bu işdə Azərbaycana kömək etməsi adi haldır. Yəhudi dövləti uzun müddətdir ki, Azərbaycanla əməkdaşlıq edir. İsrailin motivləri sadə və başadüşüləndir, o, Azərbaycanı müttəfiq kimi görür. Ancaq burada bizi başqa bir şey maraqlandırır. Həmin Mədət Quliyev bildirib ki, Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq bir çox sahələrdə inkişaf edir. Bakı silah tədarükü ilə bağlı mütəmadi olaraq Moskvaya müraciət edir. Bunu necə başa düşmək olar? Axı Rusiya indi Ukrayna çöllərində öz hərbi potensialını aktiv şəkildə israf edir! Amma gördüyümüz kimi, müharibə müharibədir və Azərbaycana silah satışı qrafikə uyğun gedir. Bu da bizim “strateji müttəfiqimizin” mövqeyi! O, bütün istiqamətlərdə Ermənistana xəyanət kursunu davam etdirir. Ancaq bununla təkcə Rusiya məşğul deyil. Məlum olur ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitri Pantusla görüşüb. Minskin bu elçisi “ADEX 2022” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün xüsusi olaraq Bakıya gəlib. Və tamamilə məntiqlidir ki, tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Belarusun Azərbaycana nə təklif edə biləcəyi ayrıca müzakirə mövzusudur. KTMT-yə üzv olan iki dövlətin Ermənistana xəyanət etməsi faktı önəmlidir. Onlar açıq-aşkar Azərbaycanı aktiv şəkildə silahlandırırlar. Qərb isə yenə susur. İsrail və Rusiya silahları ilə silahlanmış Türkiyə-Azərbaycan tandeminin güclənməsini görmək istəmir.  Bunlar Ermənistanın  düşdüyü vəziyyətin mürəkkəbliyini göstərir. Və baş verənlərdə daha çox günahkar olan birini axtarmaq Ermənistan üçün onsuz da faydasızdır”.  

Erməni mediasında yer alan bu fikirlər Azərbaycanın silahlanmasından qarşı tərəfin nə dərəcədə narahat olduğunu açıq göstərir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ