Cümə axşamı günü, 12 noyabr 2026
     

Qarabağa gələn erməni milyarder Paşinyana savaş açdı, Rusiyanı Qərbə satdı…

Image


Məlum olduğu kimi, bu günlərdə erməni əslilli rusiyalı milyarder  Ruben Vardanyan Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisinə köç edib. Bununla bağlı yaydığı videomüraciətdə Vardanyan Rusiya vətəndaşlığını qurban verdiyini, Qarabağa köçdüyünü, oradakı ermənilərin “xilası” üçün fond yaratdığını açıqlayıb. Amma proseslərin gedişi göstərir ki, Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarı verməsi heç də xeyriyyəçilik məqsədi daşımır.

“Çirkli pulların yuyulması”nda, qanunsuz silah alverində və narkotik alverində iştirak edən bu şəxs ilk növbədə Ermənistanda hakimiyyəti devirib baş nazir postunu tutmaq niyyətindədir. Bunu onun özü də açıq etiraf edir. Eyni zamanda belə görünür ki, Vardanyan geosiyasi proseslərə də baş qoşub, hətta milyardlarını qazandığı Rusiyaya qarşı da üsyan etmək istəyir. Qeyd edək ki, Vardanyan  Xankəndidə bir sıra səs-küylü bəyanatlar verib. O bildirib ki, Ermənistanda Qarabağa və Qarabağ xalqına qarşı nifrət var və o bunu aradan qaldırmaq üçün hər şeyi edəcək: “Ermənistanda Qarabağa və Qarabağ xalqına qarşı nifrət var və biz hər şeyi edəcəyik ki, Ermənistanda yaşayan ermənilər Qarabağa gəlib oranı görsünlər”. Vardanyan əmindir ki, onun varlığı Qarabağ sakinlərini onların tək olmadığına inandıracaq. O ciddi olduğunu və qarabağlıları atmayacağını bildirib. Həmçinin deyib ki, Rusiya vətəndaşlığından imtina Qərbin sanksiyaları təhlükəsilə əlaqədar deyil, çünki ona qarşı sanksiyalar tətbiq edilməyib. O, jurnalistlərin suallarını cavablandırarkən Ermənistanda, baş nazir postu da daxil olmaqla, dövlət postu tuta biləcəyini istisna etməyib. Lakin elə rus politoloqlar məsələyə fərqli prizmadan yanaşır. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirir ki, Vardanyan Rusiyada milyardlar qazanıb və Avropa və ABŞ-a çoxlu pullar çıxarıb: “İndi Rusiyaya qarşı sanksiyalar Vardanyanı bu pullardan və daşınmaz əmlakdan məhrum edə bilər. Ona görə də, o, anti-Rusiya sanksiyalarından yayınmaq üçün Rusiya vətəndaşlığından imtina edir. Elə göstərir ki, guya özünü qarabağlılara qurban verir. Əslində isə məsələ başqadır. O elə görüntü yaradır ki, guya qarabağlılara özünü qurban verib Qarabağa köçür. Eyni zamanda özü də Rusiya vətəndaşlığından imtina edərək əslində anti-Rusiya sanksiyalarından yayınır. ABŞ və Avropa İttifaqının ona qarşı sanksiyalar tətbiq etməməsini təmin etmək üçün o, Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə bağlı ABŞ və Fransanı fəal şəkildə tərifləməyə başlayır. Bu qədər elastik mənəviyyat prinsipləri! Vardanyana hər şeyi verən Rusiyadan qaçmaq qəhrəman addım kimi təqdim olunur”. Markov Rusiyada olan bir sıra digər erməni milyarderlərin də eyni addımı atmasının istisna olmadığını bildirib. Rusiyalı hərbi ekspert İqor Korotçenko da Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçməsinə münasibət bildirib:

“Əslində, söhbət separatçı anklavda kənar nəzarətin tətbiqindən gedir. Vardanyan yəqin ki, məhz belə “kənar menecer” kimi fəaliyyət göstərəcək. Bu, həm də de-fakto “qara ləkə” vurulmuş Paşinyanın mövqelərinin və təsirinin kəskin şəkildə zəifləməsini nəzərdə tutur. Qeyd edək ki, Vardanyan təkcə uğurlu biznesmen, dollar milyarderi, ağıllı və bacarıqlı menecer deyil, həm də geniş beynəlxalq əlaqələri olan, lazım gələrsə, həm Yelisey sarayına, həm də Ağ Evə sərbəst girişi təmin edə bilən şəxsdir. Vardanyanın Rusiyanın ən yüksək siyasi elitasının bəzi nümayəndələrinə də birbaşa çıxışı var. Ruben Vardanyan ciddi oyunçudur, indi özünü siyasətdə sınamaq və ictimai siyasi xadim olmaq qərarına gəlib. Vardanyanın həm şəxsi, həm də diasporun onun üçün toplaya bildiyi böyük maliyyə resursu var. Hadisələr sürətlə inkişaf edir. Oyunda “stavka” çox yüksəkdir. Vardanyanın və onun arxasında duran qüvvələrin təşəbbüsü Moskvanın Cənubi Qafqaz regionunda uzunmüddətli maraqlarına cavab vermir. Amma Parisin və Vaşinqtonun maraqlarına xidmət edir və uyğun gəlir”.

Rusiyanın məşhur ictimai-siyasi nəşri oaln “Svobodnaya pressa”da dərc edilən “Rubik kubu” adlı məqalədə də Vardanyanın Rusiyaya qarşı qüvvələr üçün alət olduğu bildirilir. Nəşr Vardanyanın Qarabağa köçməsini bir növ “zəlzələ” kimi qiymətləndirib. “Svobodnaya pressa” ümumi qəbul olunmuş versiyanı diqqətə çatdırır: Vardanyan Ermənistanın baş naziri kürsüsünə gəlişini Qarabağdan başlamağı planlaşdırır: “Ermənistanda tamamilə anti-Rusiya mövqeyində olan Paşinyan hakimiyyətə gələndə Vardanyan Ermənistan və Rusiyanın siyasi meydanında görünmür və eşidilmirdi. Və o, Marqarita Simonyan, Karen Şahnazarov, Semyon Baqdasarov və erməni diasporunun digər tanınmış simalarından fərqli olaraq, Paşinyanın anti-Rusiya siyasətinə münasibət bildirməyib. Vardanyan böyük siyasətdə iştirak üçün ilk real müraciətini Qarabağ müharibəsi zamanı edib. Orada vəziyyət çıxılmaz idi. Azərbaycan ordusu bütün cəbhələrdə Qarabağa qalib gəldi. Daha sonra Ruben Karlenoviç Putinə açıq məktubla müraciət edərək, Ermənistanın maraqlarını qorumaq üçün Rusiya ordusunun göndərilməsini istəyib. Üstəlik, o bu mövqeyi dəstəkləmək üçün bir dənə də olsun sağlam arqument gətirməyib. Ruben Vardanyan o vaxt Qarabağ haqda düşünmürdü. Əks halda, o daha təsirli bir məktub yazardı – “ümumbəşəri dəyərlər” haqqında sadələşdirilmiş ifadələrlə yox. Məsələn, çox “əzabkeş xalqını” xilas etməyi xahiş edərdi və ya buna bənzər bir şey. Bu gözlənilməz jest onun bir çox həmkarını şoka salıb. Xarakterik olan odur ki, Rusiyada yaşayan erməni diasporunun nümayəndələrinin heç biri Vardanyanın əməlində qınaq obyekti görməyib. Görünür, kiçik vətən sevgisi ümumi geosiyasi dünyagörüşünə kölgə salır, strateji proqnozlar verməyi mümkünsüz edir. Qanın səsi sağlam düşüncədən güclüdür. Bəs minnətdarlıq? Kimə? Rusiyaya? Yox, eşitməmişik… Vardanyana hər şeyi verən Rusiyadan qaçış qəhrəmanlıq kimi təqdim olunur. Əminəm ki, indi çoxları Vardanyanın yolu ilə gedəcək. Növbə kimindir? Başqa kim Rusiyadan hiyləgərcəsinə qaçıb eyni vaxtda xaricdəki aktivlərini saxlaya bilər? Bütün sevgi budur. Vətənə də, pula da. Üstəlik, rus əsgərləri Qarabağ ermənilərini qorumaqda davam edir. Ruben Karlenoviç özü də videomüraciətində onlara minnətdarlığını ifadə edir. Bu isə onun Fransada Ermənistan-Azərbaycan danışıqlarına başlamasına heç də mane olmur, lakin Rusiyanın Zaqafqaziyada maraqlarına obyektiv zərər vurur. Bu arada fransızlar bankirin can atdığı sülhməramlıları gündəmə gətirsə və öz hərbi kontingentini Qarabağa göndərsə, iş istər-istəməz Kabildəki amerikalılarla eyni olacaq”. Beləliklə, rus ekspertlərin açıqlamaları göstərir ki, Vardanyan Rusiya üçün də ciddi təhdid mənbəyidir. Xatırladaq ki, Vardanyan öz fəaliyyətinin bir qismini vaxtilə işğal altında olmuş Azərbaycan torpalarında gerçəkləşdirib. Qarabağın təbii resurslarının talanıb daşınmasında  rol alıb. Onun Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən tutulub istintaqa cəlb edilməsi üçün hər cür əsas var. Bu prosesdə Rusiya sülhməramlı qüvvələri də aktiv iştirak etməlidir. Axı, Vardanyan indi Rusiyanın da regional maraqlarına qarşı çıxıb və bölgədə faktiki, Qərb agenti kimi çıxış edir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ