Cümə axşamı günü, 12 noyabr 2026
     

Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 il əvvəl hansı zərurətdən yaradıldı...

Image


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyidir. BAMF olduqca mürəkkəb və ağır şəraitdə, özü də belə bir təşkilatın doğulmasına zərurət olduğu bir dövrdə yaradılıb. 30 illik şərəfli yol keçən BAMF sözün həqiqi mənasında tarix yaradıb, geridə çox zəngin, mənalı və səmərəli səhifələr buraxıb. Elə bir sahə yoxdur ki, orada bu qurumun izi, dəst-xətti olmasın.

30 yaşlı Beynəlxalq Avrasiya Mətbuat Fondu hansı zərurətdən yarandı? Bu ideya necə doğuldu?  BAMF tərəfindən beynəlxalq miqyasda Azərbaycanın dövlətçilik mənafeyi naminə hansı işlər görülüb? Qurum mediamızla bağlı hansı fəaliyyətə imza atıb? Bu barədə “Bakı-Xəbər”ə  Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev danışdı.

  • “Biz istədiyimizə nail olduq”

“Deyim ki, biz bilərəkdən bu işlərin hamısına birdən başladıq, yox. 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki vəziyyət hamıya məlumdur. Azərbaycan yenicə dövlət müstəqilliyini əldə etmişdi. Bu dövr doğurudan da çox mürəkkəb bir dövr idi. Bir tərəfdən, soydaşlarımız Ermənistandan deportasiya edildi, digər tərəfdən Ermənistanın torpaqlarımıza təcavüz etməsi, ərazilərimizin qarış-qarış  işğal olunması, başqa bir tərəfdən regionumuzla bağlı çox böyük dezinformasiyanın, məlumatsızlığın olması halları mövcud idi. Bilirsiz ki, o dövr üçün bütün məlumatlar Kremlin flitirindən keçiriləndən sonra yayımlanırdı. O vaxt internet, sosial şəbəkələr yox idi. O dövrün informasiya ötürücüsü ən yaxşı halda fakslar idi. Çox böyük çətinliklər mövcud idi. Bir Azərbaycan ziyalısı olaraq məni Azərbaycanda baş verənlərlə bağlı obyektiv informasiyanın yayılmasına necə nail olmaq olar sualı düşündürürdü. Ona görə də, biz daha çox ölkəmizlə bağlı məlumatların doğru-dürüst yazılaması, yayılması üçün postsovet məkanında, Baltikyanı ölkələrdə, Avropa ölkələrində olan dostlarımızı Azərbaycana səfər etməyə dəvət edirdik. Onlar gəlib baş verənlərə şahid olurdular.  Sonra düşündük ki, nədən bu fəaliyyətləri sistemli şəkildə həyata keçirməyək. Bunun üçün də bir təşkilatın yaranmasına zərurət yarandı. Bu ideya prosesin içində meydana gəldi. Mən Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışam. Əsasən burada təhsil alan əcnəbi dostlarımızla birlikdə 1992-ci ilin iyul ayının 22-də  Moskvada Beynəlxalq Avrasiya Mətbuat Fondununun təsis yığıncağı oldu. Həmin ilin sentyabr ayının 4-də isə BAMF dövlət qeydiyyatına alındı. Sağlıq olsun, oktyabrın ortalarında 30 illik yubileyimizi qeyd edəcəyik. Qeyri-təvəzökarlıq olmasın, arxaya boylananda, fəaliyyətimizi incələyəndə, arxivimizə nəzər salanda görürük ki, bu 30 ildə kifayət qədər böyük fəaliyyətimiz var”.

BAMF-ın tərcümeyi-halının kifayət qədər mənalı və zəngin olduğuna diqqət çəkən U.Mirzəyev vurğuladı ki, bu mənada alnı açıq üzü ağdırlar və nə lazımdırsa, nəyi etmək mümkündürsə hamısını ediblər. Təşkilatın nizamnaməsində əsas prioritet məsələ, məqsəd Qarabağ haqqında obyektiv informasiyanın yayılması və bu problemin çözülməsinə dəstək olmaq olduğunu deyən U.Mirzəyevin sözlərinə görə, fəaliyyətə başladıqdan sonra Çeçenistana, Baltikyanı ölkələrə, bir sözlə, postsovet məkanında harada konflikt ocağı olubsa BAMF həmin dövrdə o yerlərə səfərlər edib.  “Amma bu ideyanın təşəbbüskarı, təşkilatçısı mən olduğuma görə daha çox əksər böyük səfərlər Qarabağa, Azərbaycana oldu. Fəaliyyətimiz daha çox Azərbaycanla bağlı olduğu üçün fəaliyyətimizin əsas hissəsini Qarabağ haqqında obyektiv informasiyaların yayılması və o problemin çözülməsinə dəstək olmaq idi. Biz bu 30 ildə müxtəlif məzmunda, müxtəlif istiqamətlərdə yüzlərlə layihə icra etdik, peşəkar bir komanda formalaşdırmağa nail olduq. Bizim müxtəlif layihələrimizdə bu gün aşağı-yuxarı 200-dən çox adam çalışır.

Xatırlayıram ki, 1993-cü ildə “Mayak” radiosunda çıxış edərkən aparıcı mənə onun baş qərargahının nədən Bakıda olması ilə bağlı sual ünvanladı. Mən dedim, artıq zaman gəlib ki, bu cür beynəlxalq təşkilatların baş qərargahları Parisdə yox, Moskvada yox, məhz Bakıda olsun. O vaxt “Mayak” radisonun aparıcısına belə bir cavab verdim. Demək olar ki, biz istədiyimizə nail olduq. Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyanın aparıcı beynəlxalq təşkilatlarının ya üzvüdür, ya onlarla birbaşa əlaqələri var, onların tərəfdaşıdır. Biz bu gün BMT-nin General Statusunu qazanan bir təşkilatıq. 2013-cü ilin sonu 2014-cü ilin əvvəlində biz bu statusu qazandıq. Bu BMT-də ən yüksək statusdur. Bu status BMT auditoriyasının Nyu-Yorkda, Cenevrədə və Vyanada olan qapılarını birbaşa bizim üzümüzə açır. Yeri gəlmişkən, bu gün (6 sentyabr-İ.S) səfərə gedirəm. BMT-in Baş Assambleyasının sessiyası başlayacaq. Bundan başqa, ABŞ-da 4 yığıncaqda iştirak etməliyəm, hamısına dəvətliyəm. Beynəlxalq Mətbuat İnstitutunun dünya konqresinə dəvətliyəm. Eyni zamanda “Sülhün Kökləri” təşkilatının 25 illik yubileyinə qatılacağam. Orada Azərbaycanla bağlı bir filmin göstəriləcək, Azərbaycanın mina problemi ilə bağlı bir film təqdim edəcəyik. O yubiley tədbirlərində də çox yüksək çinli qonaqlar iştirak edəcək. Bu tədbir Azərbaycanın mina probleminin təbliği üçün çox önəmli bir platformadır. BMT-nin Baş Assambleyasında görüşlərimiz var. Vaşinqtonda da görüşmüz olacaq. Eyni zamanda səfər çərçivəsində başqa bir neçə görüşümüzün baş tutmasını da planlaşdırırıq. Deyə bilərəm ki, BAMF on ildən artıq əməkdaşlıq etdiyi Əl-Cəzirə televiziyası ilə bu ilin martında birbaşa əməkdaşlıq memerandumu imzaladıq. Bu da ölkəmiz, regionumuz, BAMF-ın tərcümeyi-halı üçün çox ciddi hadisədir. Əl-Cəzirdə Azərbaycanla bağlı çoxsaylı reportajların, verilişlərin hazırlanmasında, yayılmasında BAMF olaraq birbaşa qatqımız var. 44 günlük müharibə zamanı mən özüm Əl-Cəzirənin əsas ingilisdilli qrupu ilə iki ay ərzində (sentyabrın 27-dən noyabrın 27-nə qədər-U.M) birgə olduq və bu müddət ərzində ölkəmizlə bağlı ingilis dili seqmentində 42 reportaj hazırlandı. Bilirsiz ki, ölkəmizin ən böyük problemlərindən biri mina problemi ilə ilə bağlıdır. Biz dünyanın ən ciddi təşkilatlarından biri olan “Sülhün Kökləri” təşkilatı ilə mart ayında əməkdaşlıq memerandumu imzaladıq. İndi onların tədbirinə qatılmağa gedirəm. Bu təşkilat da Azərbaycanın mina problemini ən yüksək səviyyədə gündəmə gətirir, dünyanın bu problemə diqqət ayırması üçün öz sözünü deyir. Ümumiyyətlə, 20-dən çox işbirliyində olduğumuz təşkilat var, onlar dünyanın çox nüfuzlu təşkilatlarıdır”.

Dörd il Beynəlxalq Mətbuat İnstitutunun direktorlar şurasının üzv olduğunu deyən U.Mirzəyev vurğuladı ki, təşkilat dünyanın aparıcı, qlobal media qurumlarından biridir. Pandemiyadan sonra bu təşkilatda da fəaliyyətlərini daha da aktivləşdirməyi düşünən U.Mirzəyevin sözlərinə görə, 10 il əvvəl sözügedən təşkilatla Azərbaycanda “Neft, Qaz və Media” adlı çox möhtəşəm tədbir keçiriblər. Dünyanın aparıcı jurnalistlərinin Azərbaycana gəldiyini qeyd edən müsahibimizin bildirdiyinə görə, Azərbaycana başqa düşüncə ilə gələn jurnalistlər ölkəmizdən gedərkən fərqli bir düşüncə ilə gediblər, əldə etdikləri obyektiv informasiyaya görə köhnə təsəvvürləri dəyişib: “İnsanlar bəzən oxuduqları, sosial şəbəkələrdə gördüklərinə istinadan ölkələr barəsidə fikir yürüdürlər. Bizim əsas missiyamızdan biri regionumuzla, Azərbaycanla bağlı  obyektiv informasiyanın yayılması olduğu üçün bu 30 ildə ölkəmizə müxtəlif ölkələrdə çalışan jurnalistlərin, parlamentariləri, xalq diplomatlarının, nüfuzlu insanların  səfərlərini təşkil etmişik. Bunların arasın birinin adını çəkməyimiz kifayət edər. Biz 2016-cı ildə Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu Azərbaycana səfərini təşkil etdik. Onu ölkə başçısı qəbul etdi. Onunla ADA Universitetində, Dövlət İqtisad Universitetində, 4 nazirlikdə ən yüksək səviyyədə görüş təşkil olundu. Azərbaycanda sosial biznesin inkişafı ilə bağlı Dövlət İqtisad Universiteti və BAMF-la birgə Sosial Biznes Mərkəzi yaradıldı...

Mən bu fəaliyyətimiz barədə ona görə ətraflı danışa bilirəm ki, arxada gördüyümüz çoxlu işlər var. Bu işlər hamısı əsaslı işlərdir, görülən işlərdir, zəhmətə qatlaşdığımız işlərdir. Bu barədə kifayət qədər danışmaq olar. Amma hesab edirəm ki, təşkilatımız barədə təsəvvür yaratmaq üçün bu 30 ilə qısa ekuskrusiya etdik. “Bakı-Xəbər” qəzetinə təşəkkür edirəm ki, bizim fəaliyyətimizə diqqət ayırıb”.

Biz də “Bakı-Xəbər” ailəsi olaraq BAMF-ı 30 illik yubileyi münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ