Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənilər Aprel döyüşlərini “soyqırım” kimi qələmə verərək amerikanları necə aldatdı?..

Image


Ermənilər kino sahəsində elə ağılagəlməz tryüklar edirlər ki, adamın qanı quruyur. Onların uydurma mövzularda film çəkib müxtəlif kateqoriyalı beynəlxalq kino mükafatlarına təqdim etmələri, festivallara göndərmələri adi hal alıb. Təsəvvür edin ki, onlar indiyə qədər qondarma “soyqırım” barədə neçə film çəkib dünyaya yayıblar. Azərbaycana aid filmlərdə siyasi rəng  axtaranlar ermənilərin iftira, uydurma dolu filmlərinə yaşıl işıq yandırıblar.

Ermənilər həm Birinci, həm də İkinci Qarabağ müharibəsi, o cümlədən də Aprel döyüşləri barədə filmlər çəkib dünyanı aldatmaqla məşğuldur. Maraqlıdır ki, soyqırım törədən toplum olan ermənilər bu filmlərdə özlərini “soyqırıma” məruz qalan, “əraziləri” “işğal olunan” xalq kimi,  qələmə verirlər, Azərbaycanı “işğalçı” dövlət kimi tanıtmağa çalışırlar. Bir sözlə, öz adlarını bizə qoyurlar. Təsəvvür edin ki, haqlı tərəf olduğumuz halda bizim bu mövzuda bir filmimiz belə yoxdur, olar yalan-uydurma dolu filmlər çəkib yayırlar.

Dediyimiz kimi, ermənilər Aprel döyüşlərini də təhrif edirlər və konkert olaraq kinoda əks etdirirlər. Belə ki, erməni rejissor Roman Muşeqyan tərəfindən 2022-ci ildə “Bahar...” adlı film çəkilib və2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub.

Azərbaycan mediasının məlumatına görə,  ermənilərin Aprel döyüşləri haqda çəkdikləri bu uydurma film ABŞ-ın nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda əsas mükafata layiq görülüb.

Filmdə ermənilər özlərini “soyqırıma” məruz qalan tərəf kimi göstərərək, əsl həqiqətləri tamamilə uydurublar.

Filmin süjet xətti üç nəsil ata və oğul münasibətlərini əks etdirir. Baba daim uydurma “arsax” uğrunda döyüşür. Oğlu iş adamıdır və bu müharibəyə qarşıdır. Nəvə Levon isə skripka ifaçısıdır, lakin babasının təsirinə düşür və  müharibəyə gedir.

Film “Accolade Qlobal Film Yarışması”nın “Ən yaxşı şou film” kateqoriyasında qalib olub.

Qeyd edək ki, Ermənistan bu filmi dünyaya dırnaqarası erməni soyqırımı haqqında film kimi təqdim edir. Film hətta Ermənistanda “Fəxri mükafat”a layiq görülüb.

Onu da əlavə edək ki, Azərbaycan əleyhinə olan uydurma "Bahar... " filmi ötən ay ABŞ-da “Sərhədsiz Sənədlər” Beynəlxalq Film Festivalında qalib olaraq, "Mükəmməllik Mükafatı"na layiq görülüb. Bundan əlavə, film nəticələri oktyabrın əvvəlində açıqlanacaq digər Amerika festivalı "Qlendeyl Beynəlxalq Film Festivalı"nın müsabiqə proqramına daxil edilib.

Qondarma erməni soyqırımı mövzusu dünyanın bir çox ölkəsində, o cümlədən də ABŞ-da bizə qarşı siyasi təzyiq aləti kimi istifadə edilir. Əlbəttə, bu mövzuda filmin çəkilməsi və onun ABŞ-da ödülləndirilməsində təəccüblü heç nə yoxdur. Çünki o cür filmlərə “ilham verən” elə ABŞ kimi dövlətlərdir ki, onlar həmişə ermənilərin “soyqırıma” məruz qaldığını iddia edirlər. Bu gün ermənilərin Aprel döyüşlərində “soyqırıma” məruz qalmaları barədə uydurduqları nağıllara inanların olması qəribə görsənir. Aprel döyüşləri dünyanın gözü qarşısında baş verib və burada da heç bir soyqırımdan söhbət getmir. Soyqırıma məruz qalan bizik, ermənilər deyil. Amma təəssüf ki, ermənilər dünyaya bunun tam əksini göstərir, özü də kino vasitəsilə. Kinonun da təsir gücündən geniş danışmağa ehtiyac yoxdur. Ermənilər kinodan da siyasi saxtakarlıq aləti olaraq istifadə edirlər. Biz isə hələ də kino çəkmək əvəzinə ona ayrılan pulları xımır-xımır yeyirik, pullu iş adamlarımız isə şou-biznesçilərə pul yatırırlar ki, onlar üçün rahat həyatı təmin etsinlər. Məsələ budur ki, ermənilər qara qışqırıq salıb yalanlarını eşitmək istəyənlərə yalan danışırlar.

Biz nə edək ki, heç olmasa onların səsini boğa bilək, bu halın qarşısını alaq?

  • “Şübhəsiz ki, burada ABŞ-dakı erməni lobbisinin təsiri var, çünki onlar festivallara, yarışlara, müsabiqələrə müdaxilə edə bilir”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu istiqamətdə çox güclü işlər görülməlidir ki, bu saxta təbliğatın qarşısı alınsın: “Mövzu ilə bağlı düşünmək,  məkrli erməni təbliğatına qarşı nə etmək gərəkir, deyə fikirləşmək aktual olsa da çox gecdir. Bu zaman-zaman belə olub. Yadıma bir əhvalat düşdü, onu deyim, sonra münasibətini bildirərəm. 1983-cü  il idi. Qərbi Sibir hərbi dairəsibndə, Tomsk şəhərində xidmət edirdim. "Smena" jurnalında bir rəssamın əsərləri verilmişdi. Qriqoryan familiyalı rəssam haqqında Ermənistanın Qarabağ bölgəsində, Stepanakert şəhərində doğulduğu yazılırdı. Təbii mən  erməni əsgəri Potvakan Ambaryanla söhbətim zamanı o şəhərin Azərbaycana aid olduğunu dedim və o gündən də erməni zabiti Vaskanyanın qara siyahısına düşdüm, hətta qaubvaxta qədər bu davam etdi. Düzdür, buna səbəb heç də millətçilik damğası deyildi. Amma mən bilirdim ki, bu belədir. Yəni bizim yaşımızdan qabaq da erməni məkri bu qarayaxmalarla dünyaya öz çirkin varlıqlarını nümayiş etdiriblər, hətta uğur da qazanıblar. Dünyaca məşhur olan "Arşın mala alan" operasını ABŞ da öz əsərləri kimi tamaşa qoymaları və yüzlərlə bu qəbildən olan hadisələr. 

Ermənilərin Aprel döyüşləri haqda çəkdikləri film haqda məlumatlıyam. Etiraf edək ki, düşmən də olsalar öz ideologiyalarına, çirkli niyyətlərinə, qarayaxmalarına görə pis də film çəkməyiblər. Deyilənə görə bizləri “qan içən” haqsız müharibə aparan kimi verə biliblər. Film vasitəsi ilə 30 illik qəsbkarlıqları, təbliğatları, siyasi danışıqları ilə əldə edə bilmədiklərinə nail ola biliblər. Əsl həqiqətin nə olduğunu gizlədib də, dünya ictimaiyyətinə özlərini yazıq, soyqırıma məruz qalan əzabkeş millət olaraq göstərə və bizə qarşı nifrət oyada bilirlər. Bəs biz nə etməliyik? Əlbəttə, məsəl var, pazı pazla çıxararlar. Nə etmişik? Hansı filmi çəkmişik? Hanı bizim elə qurd ürəkli oliqarxımız ki, xalqdan çırpışdırdığı pulun kiçik bir hissəsini bu işə sərf etsin? Əlbəttə, hər şeyin üzərində maliyənin hökmü var. Ermənilərlə biznes qurmağa üstünlük verən iş adamlarımız olmamış olmaz, əlbəttə, hansı ki, mən bunu istəmirəm, arzulamıram. Amma müsabiqə elan edə bilərdilər, ortaya ssenari, rejissor işi qoyulardı və belə bir filmdə tərəfimizdən çəkilərdi. Bizim üçün bu çətin olmazdı, həqiqəti çəkəcəkdik. Əlbəttə, ermənilərin belə təbliğatına qarşı sərgiləyəcəyimiz mövqe həm də xarakter məsələsi olmalıdır. Kosmopolitizim, xalqlar dostluğu, xalq diplomatiyası, bunlar bir pərdədir, göz önünə tutulur. Həqiqət içdə, qəlbdə olur. Ürəyimizin səsi ilə nəfsimizə qalib gəlinməlidir. Hansısa bir səhnə ulduzuna milyonlar xərcləyən oliqarxlarımız məhz həmin paraya hansısa filmin çəkilməsində mühüm iş görmüş ola bilər. Çəkilən seriallarımıza, filimlərimizə baxdıqda insanın bədəninə üşütmə gəlir: Doğurdanmı, biz belə istedadsızıq?

Konkret olaraq demək olar ki, ermənilərin kino təbliğatına, əlbəttə, elə onların dili ilə, əməli ilə uzlaşa biləcək cavab vermək lazımdır. Həqiqətlərimizi çəkib də dünyada nümayiş etdirməli, kino festivallarına çıxarmalıyıq”.

F.Balabəyli qeyd etdi ki, onsuz da qondarma erməni soyrımı barədə filmlərin çəkilməsində, təbliğində, beynəlxalq festivallara çıxarılmasında, mükafatlara təqdim edilməsində xaricdəki erməni lobbisinin böyük dəstəyi var. O, hesab edir ki, bu gün ermənilərin əlinə fürsət düşüb və istədikləri yalanı danışırlar, təqdim edirlər. Erməni yalanların ayaq verənlərin ABŞ-da, Fransa da və başqa ölkələrdə oturduğunu deyən F.Balabəylinin fikrincə, xaricdə də Ermənistanın işğalçı, ermənilərin yırtıcı olduğunu bilirlər, sadəcə bu onlara lazım olduğu üçün susurlar: “Təəssüf ki, hələ də dünyada erməni yalanlarına, saxtakarlığına qulaq asanlar tapılır, çünki bu uydurmalar siyasi təzyiq vasitəsi kimi onlara lazımdır.  Ermənilərin Aprel döyüşləri barədə çəkdikləri film yalanlar, miflər üzərində qurulub, amma məlum maraqlar naminə film ABŞ-ın nüfuzlu yarışmasında mükafat alıb. Şübhəsiz ki, burada ABŞ-dakı erməni lobbisinin təsiri var, çünki onlar festivallara, yarışlara, müsabiqələrə müdaxilə edə bilirlər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ