Cümə axşamı günü, 12 noyabr 2026
     

Prezident İlham Əliyev 4-cü “ADEX” və 13-cü “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTO/YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış olub.

Əvvəlcə dövlətimizin başçısı Bakı Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış oldu.

Müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev və Türkiyənin Baş qərargah rəisi Yaşar Güler dövlətimizin başçısına sərgi haqqında məlumat verdilər.

Bildirildi ki, builki sərgidə dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Müasir silah və texnikanın nümayiş etdirildiyi bu genişmiqyaslı tədbir pandemiyanın yaratdığı məcburi fasilədən sonra yenidən keçirilir. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil olunur. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunur.

Qeyd edildi ki, “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. İlk dəfə İordaniyadan olan şirkətlər də sərgiyə qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər.

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı. Milli Təhlükəsizlik Qüvvələrinin ehtiyaclarını ödəmək üçün müdafiə təyinatlı məmulatların, döyüş sursatlarının, zirehli hərbi texnikanın və digər vasitələrin yaradılması, istehsalı, təkmilləşdirilməsi, təmiri, utilizasiyası, idxalı/ixracına və xarici bazarlarda satışına cavabdeh olan nazirliyin pavilyonlarında son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Döyüş kəşfiyyat texnikası, çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar, mühəndislik texnikaları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasındadır.

Türkiyə Respublikası sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Müdafiə sənayesində ən müasir və qabaqcıl texnologiyalardan geniş istifadə edən qardaş Türkiyə sərgidə 42 şirkət ilə təmsil olunub. Bu şirkətlərdən biri olan “HAVELSAN” 1982-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun tərkibində yaradılıb. Şirkət təkcə müdafiə, təhlükəsizlik və İT sahələrində texnologiyaları inkişaf etdirməklə kifayətlənmir, həm də özünün yüksək texnologiyalı proqram həllərini hazırlayır və simulyatorlar istehsal edir. “HAVELSAN”, həmçinin yeni nəsil texnologiyalar, xüsusilə də süni intellektlə əlaqəli məhsullar, layihələr və sistemlər hazırlayır. Prezident İlham Əliyev şirkətin məhsulları ilə tanış oldu.

Türkiyəni təmsil edən “Roketsan” şirkəti 1988-ci ildə qurulub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının pavilyonları ilə də tanış oldu. Bildirildi ki, ölkəmizlə hərbi əməkdaşlıq edən Pakistanda istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün istiqamətlərini əhatə edir. Bildirildi ki, “Pakistan Ordnance Factories” (POF) şirkəti beynəlxalq standartlara uyğun geniş çeşiddə silah-sursat istehsal edən ən böyük dövlət müdafiə sənayesi kompleksidir. Pakistan Silahlı Qüvvələrinin və hüquq-mühafizə orqanlarının aparıcı təchizatçısı olmaqla yanaşı, POF dünyanın bir çox ölkəsinə məhsul ixrac edir. POF-un törəmə şirkətləri məhsullarına görə yüksək nüfuza malikdir. “Pakistan Ordnance Factories” şirkəti ISO-9001, ISO-14001, ISO-17025 vǝ OHSAS 18001 kimi beynəlxalq keyfiyyət sertifikatlarını əldə edib.

Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) şirkəti çoxşaxəli hərbi tətbiqlər üçün məhsullar təklif etməklə, ölkənin ən böyük müdafiə istehsalat bölmələrini, əsas tədqiqat və inkişaf fəaliyyətlərinin mərkəzini təmsil edən Pakistanın dövlətə məxsus ilk müdafiə konqlomeratıdır. GIDS şirkəti tədqiqat və inkişaf fəaliyyətlərinə böyük məbləğdə sərmayə yatırır, Pakistanı yüksək texnologiya sahələrində aparıcı investor edir.

Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı olan “Lentatek” pilotsuz sistemlər sahəsində uğurlar əldə etmiş şirkətlərdən biridir. Dövlətimizin başçısına şirkətin istehsalı olan pilotsuz uçuş aparatları, hidrogen və yanacaq texnologiyaları, kosmik texnologiyalar və digər istehsalat sahələri barədə məlumat verildi.

“Dearsan” gəmiqayırma və gəmi təmiri zavodu inşa edildiyi 1980-ci ildən Türkiyənin ən mühüm müəssisələri arasındadır. “Dearsan” dəstək gəmisi, korvet (gözətçi) tipli gəmilər, patrul gəmiləri, çevik hərəkət qayıqları, desant gəmiləri, hidroqrafiya və okeanoqrafiya elmi tədqiqat gəmiləri, minaaxtaran gəmilər, özü idarəolunan qayıqlar, mülki nəqliyyat gəmiləri və həmçinin gəmiqayırma zavodunun tikintisi və ya modernləşdirilməsi, dəniz su sərhədlərinin mühafizə sistemləri, sursat istehsalı zavodu kimi müxtəlif mürəkkəb hərbi platformaların tikintisi üzrə ixtisaslaşıb.

Dövlətimizin başçısı İspaniyanın sərgidəki pavilyonu ilə tanış oldu. Pavilyonda bu ölkəni “Indra” şirkəti təmsil edir. Şirkət dünyanın aparıcı mühəndislik şirkətlərindən biridir və rəqəmsal sənayedə liderdir. Radar, elektron müdafiə, idarəetmə və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış şirkət öz sistemlərində süni intellekt və virtual reallıqdan istifadə edir. “Indra” şirkəti Avropanın ən böyük və ən qabaqcıl müdafiə proqramı olan FCAS-ın İspaniyadakı milli sənaye koordinatorudur.

Maşınqayırma və kimya sənayesi müəssisəsi yüksək texnologiya və təcrübəyə üstünlük verən Türkiyənin müdafiə sənayesində lider qurumlardan biridir. Müəssisənin məhsulları yüksək keyfiyyəti ilə seçilir. Bu müəssisə müştərilərə hərbi sursatlar - raketlər, silahlar, partlayıcı maddələr, barıt, pirotexnika və qaz maskaları kimi geniş çeşiddə məhsullar təklif edir.

“Turkish Aerospace” sabit və hərəkətli hava platformalarından pilotsuz uçuş aparatı və peyklərə qədər inteqrasiya olunmuş aerokosmik sistemlərin dizaynı, işlənib hazırlanması, müasirləşdirilməsi, istehsalı, inteqrasiyası və istifadə dövründə dəstək sahəsində Türkiyənin texnologiya mərkəzidir. Aerokosmik və müdafiə sahəsində ən yaxşı yüz qlobal şirkət arasında yer alan “Turkish Aerospace” tərəfindən dizayn və istehsal edilən bütün məhsullar üçün inteqrasiya olunmuş logistika xidməti də göstərilir.

Türkiyənin müdafiə sənayesini sərgidə təmsil edən daha bir şirkət isə “ASSAN”dır. Şirkət silah və döyüş sursatlarının, o cümlədən onların tərkib hissələrinin, yarımbloklarının, ləvazimatlarının və ehtiyat hissələrinin qabaqcıl texnologiya ilə müasir müəssisələrdə beynəlxalq standartlara uyğun dizaynı, layihələndirilməsi və istehsalı imkanlarına malikdir.

Prezident İlham Əliyev İran İslam Respublikasının pavilyonuna da baxdı. Qeyd olundu ki, İran Aviasiya Sənaye Təşkilatı (IAIO) bu ölkənin mülki və hərbi aviasiya sənayesini planlaşdırmaq, nəzarət və idarə etmək məqsədilə 1966-cı ildə yaradılmış dövlət korporasiyasıdır. Şirkət təyyarə və aerokosmik məhsullar istehsal edir.

Pakistan Aeronavtika Kompleksinin stendində təyyarə və aviasiya sistemləri üçün texniki xidmət vasitələri, simulyatorlar və təlim sistemləri nümayiş olunur.

Məlumat verildi ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi müdafiə təyinatlı məmulatların - pilotsuz uçuş aparatlarının, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi, seriyalı istehsalın təşkili və ixracı istiqamətində fəaliyyət göstərir.

Azərbaycan Prezidentinə məlumat verildi ki, Türkiyənin “Aselsan” şirkəti artıq dördüncü dəfədir “ADEX” sərgisində iştirak edir. Şirkətin təqdim etdiyi məhsullar maraqla qarşılanır. Fəaliyyətinə radiorabitə cihazı ilə başlayan şirkət bu gün müdafiə və təhlükəsizlik sahəsində 500-dən çox adda məhsul istehsal edir.

İsrailin milli pavilyonlarında nümayiş edilən eksponatlarla tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müdafiə, aerokosmik və kommersiya bazarlarında lider olan İsrail Aerokosmik Sənayesi milli müdafiə və təhlükəsizlik problemlərini həll etmək üçün ən müasir texnologiyadan və onilliklər ərzində sübut edilmiş döyüş təcrübəsindən istifadə edir.

“RAFAEL Qabaqcıl Müdafiə Sistemləri” MMC İsraildə 70 ildən artıqdır ki, hava, quru, dəniz və kosmos üçün kibertəhlükəsizlik sistemlərinin yaradılması ilə məşğuldur. Şirkət təyyarə və aviasiya vasitələri, raket və kosmik qurğular üçün sistem və komplekslər, zirehli döyüş maşınları, radioelektron, peyk, GPS və GSM sistemləri üzrə fəaliyyət göstərir.

Sərgidə İsrailin “Plasan” şirkəti də öz məhsullarını təqdim edir. Şirkət təkərli və tırtıllı döyüş maşınları üçün geniş çeşiddə robot texnologiyaları üzrə ixtisaslaşıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də sərgidə fəal iştirak edir. Fəaliyyət illəri ərzində ANAMA ölkə daxilində və xaricində bir sıra layihələr həyata keçirib. Agentlik hazırda işğaldan azad edilən Qarabağda mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları həyata keçirilir.

Dövlətimizin başçısı, həmçinin Qazaxıstanın Sənaye İnfrastrukturunun İnkişafı Nazirliyinin pavilyonu ilə də tanış oldu.

Rusiya Federasiyasını “ADEX-2022” sərgisində 13 şirkət təmsil edir. “Rosoboronexport” Rusiyanın müdafiə sahəsi ilə bağlı məhsulların, xidmətlərin və texnologiyaların tam çeşidinin ixracı üzrə yeganə dövlət agentliyidir. Qlobal silah bazarında liderlərdən biri olan “Rosoboronexport” Rusiyanın bu sahədə məhsul ixracının 85 faizdən çoxunu təşkil edir. Agentlik Rusiyanın müdafiə sənayesi üzrə 700-dən çox müəssisə və təşkilatı ilə əməkdaşlıq edir.

Bolqarıstan Respublikasının pavilyonu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “Transmobil” şirkəti 1990-cı ildə Sofiya şəhərində yaradılıb. Şirkət yüksəksürətli kinetik sursatların, kumulyativ-termobarik qumbaraatanların, yüksək effektivliyə malik artilleriya sursatlarının və minaatanların istehsalı üzrə fəaliyyət göstərir.

Sərgidə Ukraynanı təmsil edən “Motor Sich” Açıq Səhmdar Cəmiyyəti hərbi texnika üzrə layihələndirmə, təkmilləşdirmə, istehsal, əsaslı təmir və texniki dəstək sahəsində ixtisaslaşmış çoxşaxəli müəssisədir. ASC-nin istehsal etdiyi məhsullar dünyanın 100-dən çox ölkəsində uğurla istifadə olunur.

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sərgidəki pavilyonunda da oldu. Məlumat verildi ki, bu ölkəni təmsil edən “CETC International Co. Ltd” “Çin Elektron Texnologiyalar Qrupu Şirkəti”nin (CETC) beynəlxalq biznes və əməkdaşlıq üzrə əsas platformasıdır. CETC 2021-ci ildə “Fortune Global 500” sıralamasında 354-cü yerdə qərarlaşıb.

Dövlətimizin başçısı Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “AZAD Sistemlər” müəssisəsinin istehsal etdiyi hərbi texnika ilə tanış oldu.

Sonra Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxdı.

Qeyd edək ki, “ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərinin minalardan təmizlənməsi, pilotsuz sistemlərinin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və digər aktual mövzular üzrə sessiyalar keçiriləcək.

Beləliklə, IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ