Cümə axşamı günü, 12 noyabr 2026
     

İranlı Seyid Amili indi də Azərbaycanın siyasət və media adamlarını hədəfə aldı...

Image


“Azərbaycanda bir neçə siyasətçini və qəzeti satın ala bilərsiniz, amma buna əmin olun ki, o diyarın Əli şiələrı alınıb-satıla bilən deyil. Azərbaycanın dəyərli xalqından soruşmaq istəyirəm ki, ölkənizdəki anti-İran kampaniyasının kimin əli ilə idarə olunduğu haqda düşünürsünüz?”

Azərbaycan mətbuatı yazır ki, bunu İranın dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və imam cüməsi Seyid Həsən Amili cümə namazının xütbəsində deyib.

“Heç düşünmüsünüz ki, onların bu kampaniyanı aparmaqda məqsədi nədir və heç düşünmüsünüzmü, niyə dünyanın hər bir yerində, Azərbaycandan başqa, yaxşılığın cavabı yaxşılıqla verilir?” – deyə Amili vurğulayıb.

O, Laçının və Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılması münasibətilə Azərbaycan xalqını təbrik edərək deyib:“Allahdan arzum budur ki, Azərbaycanın işğal olunmuş bütün əraziləri tez bir zamanda Azərbaycana qaytarılsın”.

Ekspertlər hesab edirlər ki, Amili əslində bu təbrikində belə səmimi deyil və bunu özünü səmimi göstərmək üçün deyib.

Göründüyü kimi, Amili indi də siyasətçilərimizə və mediamıza şər atır, siyasət və media adamlarımızı hədəfə alıb. Nə baş verir, Amilinin məqsədi nədir? Bizim mediamızın və siyasilərimizin fəaliyyəti onu niyə narahat edir?

  • “...İran hakimiyyəti azad sözdən və azad fikirdən narahatdır”

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə bildirdi ki, bu şəxs həmişə Azərbaycana qarşı bu cür çıxışlar edib: “Bu Ərdəbilin imam cüməsi, yaxud İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi höccətülislam Seyid Həsən Amilinin Azərbaycan Respublikasına  qarşı ilk iftira dolu çıxışı deyil.  Özünü din xadimi, nə bilim, regional din lideri sayan bu şəxs həmişə yalan danışır,  iftira atır, şər-böhtan deyir. Əvvəllər belə olub. Məsələn, guya Azərbaycanda məscidlər bağlanır, dindarlara “təzyiqlər olunur” tipli çıxışları çox olub. Son zamanlar da yeni üsullara əl atırlar. İranın Azərbaycana yönəlik pozuculuq siyasətinə qarşı çıxışları guya Azərbaycanda İsrail təşkil edir. Bu kökündən yanlışdır. Azərbaycanda mətbuat orqanlarına, ayrı-ayrı ictimai-siyasi xadimlərə qarşı çıxışlar da ilk deyil. Xatirinizdədirsə, Sabir Rüstəmxanlıya qarşı fitva verildi ki, guya onu “edam etmək” lazımdır. Bunların hamısını İranın ali rəhbərləri, ayətullahları, ayrı-ayrı din xadimləri edib. Yaxud rəhmətlik Rafiq Tağı barəsində oxşar fikirlər səsləndirilirdi və sair. Amili də həmin o tipli din xadimlərindən sayılır ki, Azərbaycana  qarşı ağzı, dili, fikri heç cür dürüst çıxışlar etmir”.

Bizim  bunu 44 günlük müharibə dövründə də gördüyümüzü deyən S.Soltanın sözlərinə görə, Amili müharibədən əvvəl də cümə namazlarından birindəki çıxışında “Azərbaycanda torpaqları azad etmək üçün qeyrətli insanlar yoxdur” deyirdi. “Amma torpaqlarımız azad olunandan sonra Azərbaycana qarşı hədyan çıxışlar etməyə başladılar. O çıxışları edənlərdən biri də Amili idi. Yaxud sonrakı dövrdə İranın indiki ali rəhbəri Seyid Əli Xamneyinin guya torpaqların azad olunması ilə bağlı fitva verməsi barədə Allahşükür Paşazadənin verdiyi yalan informasiyanı Amili də ifadə etdi. Halbuki, Seyid Əli Xamneyi heç bir zaman Qarabağın işğaldan azad olunması ilə bağlı fitva verməyib. Yəni bu Amili Azərbaycana qarşı yalan, saxta, iftira dolu çıxışlar edən və özünü din xadimi sayan İranın siyasi adamlarındandır. Mənə elə gəlir ki, bir çox hallarda onun çıxışlarına əhəmiyyət vermək lazım deyil. Çünki o artıq bu şəkildə danışmağa, bəyanatlar verməyə adət edib. Ona görə də, onun dediklərini Jirinovskinin Azərbaycan barədə dedikləri ilə müqayisə edirəm. Jirinovsi bir neçə gün dalbadal Azərbaycan barədə ağlına gələn iftiraları deyirdi, bir neçə gün sonra Azərbaycanı tərifləməyə başlayırdı, yaxud Azərbaycan liderlərinin yanında başını aşağı salıb müticəsinə durub qulaq asırdı. Amili də Jirinovskiyə oxşar siyasilərdəndir. Odur ki, onun çıxışlarına çox da əhəmiyyət verməyə ehtiyac yoxdur. Bütün hallarda, İran hakimiyyəti azad sözdən və azad fikirdən narahatdır. Azərbaycan mətbuatı İranın regionda göstərdiyi pozuculuq fəaliyyətini dilə gətirməklə onu ölkə və dünya ictimaiyyətinə çatdırır. Azərbaycan mediası bildirir ki, İran işğalçı Ermənistana daim yardım edib və bu gün də o yardımları davam etdirməkdədir. Məsələn, Azərbaycan mediası çatdırır ki, Təbriz universitetdində ermənişünaslıq fakültəsi, şöbəsi açlır. Təbrizdə, Güney Azərbaycanda Azərbaycan türkcəsində bir sinif, bir məktəb olmadığı halda Təbriz Universitetində ermənişünaslıq şöbəsinin açılması Azərbaycan üçün heç də xoşagələn hadisə deyil. Kənardan ilk baxışdan məsələyə baxanda “burada nə var ki” deyib ötmək olar, amma məsələnin kökündə daha dərin mətləblər dayanır. İran hakimiyyəti bununla Azərbaycanı, dünya Azərbaycan türklərini aşağılamağa, onlara özünəməxsus “dərs verməyə” çalışır. Azərbaycan mətbuatı bunu yazıb göstərir ki, Ermənistan və İran Azərbaycana qarşı birlikdə fəaliyyət göstərir. Ayətullah Seyid Əli Xamneyinin Ermənistan-İran münasibətlərini kimsənin poza bilməyəcəyini deməsi, Zəngəzur dəhlizinə qarşı İran rəsmiləri tərəfindən açıq-aşkar çıxışlar göstərir ki, İran heç də Azərbaycana münasibətdə, bir sıra rəsmilərin bəyan etdiyi kimi, xoşməramlı deyil. Azərbaycan mediası da bunu açıb göstərir. Ona görə də İran hakimiyyəti, yaxud Amili kimilər İrandakı rejimin iç üzünü Azərbaycan ictimaiyyətinə göstərən medianı sevmir və onu guya kiminsə tapşırığını “icra edən” orqan kimi təqdim etməyə çalışır. Bu, İranda adətdir. İranın özündə də doğru sözü deyənlər ya ingilis, ya İsrail, ya da Amerika adamı adlandırılır ki, Amili də həmin təbliğatın, həmin şantajın aparıcılarındandır”-deyə S.Soltan vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ