Cümə axşamı günü, 12 noyabr 2026
     

İrəvan Bakını qəzəbləndirməkdən qorxdu: TŞ katibi Xankəndiyə məzar ziyarətinə gəlibmiş...

Image


Qarabağla bağlı bütün məsələlərin Azərbaycanın daxili işi olmasını artıq Ermənistanda da qəbul edirlər. Elə bu səbəbdəndir ki, son illərdə ilk dəfə olaraq Ermənistandan rəsmi nümayəndə heyəti “Qarabağın müstəqilliyinin” elan edilməsi münasibətilə təşkil olunan tədbirlərdə iştirak etmək üçün Xankəndiyə göndərilməyib.

Erməni mediası yazır ki, bu hal Qarabağın sırf Azərbaycanın daxili işi olması ilə bağlı Bakının dediklrinin İrəvan tərəfindən qəbulunun real təzahürüdür. Bu xüsusda “Azatutyun” radiosu yazır: “Ötən il sentyabrın 2-də, Azərbaycanla 44 günlük müharibənin birinci ilində rəsmi İrəvan Qarabağa hökumət nümayəndələrini göndərməkdən yayınsa da, yenə də həmin gün vitse-spiker Ruben Rubinyanın başçılıq etdiyi parlamentin rəsmi nümayəndə heyəti Qarabağda idi. Amma bu il Ermənistan parlamentinin rəsmi nümayəndə heyəti də Qarabağa getməyib. Yalnız Ermənistan parlamentinin hər üç fraksiyası öz nümayəndə heyətini Qarabağa göndərib. Bu da rəsmi səfər deyil”. Gözlənilir ki, gələn il ümumiyyətlə Ermənistandan Qarabağa gələn olmayacaq. “Azatutyun” radiosu Ermənistanın Qarabağa rəsmi səfərlərdən imtina etməsi ilə bağlı hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Rüstəm Bakoyana sual ünvanlayıb. Parlamentin nümayəndə heyətinin bu il rəsmi səfərinin olmamasının səbəbləri ilə bağlı suala hökumətyönlü deputat belə cavab verib: “Siz mənə deyil, başqa şəxsə ünvanlanmalı olan sualı verdiniz. Bu sualı parlament spikeri Alen Simonyana verə bilərsiniz”. Radionun cəhdlərinə baxmayaraq, Ermənistan parlamentinin rəhbərliyi Qarabağa rəsmi nümayəndə heyəti göndərməkdən yayınmasının səbəblərini izah etməyib. Amma erməni mediası yazır ki, İrəvan Bakını qəzəbləndirməkdən qorxur və həm də artıq Qarabağı Azərbaycanın daxili məsələsi hesab edir. Bundan başqa, məlumdur ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın razılığı olmadan Qarabağa gəlib. Məsələyə artıq Azərbaycan Xarici İşlər Nazirliyi sərt reaksiya verib. Nazirliyin Mətbuat xidməti idarəsi Ermənistan Təhlükəsizlik Şurası katibinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərini belə şərh edib: “2 sentyabr 2022-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir. Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir. Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir. Bu, həmçinin rəsmi İrəvan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir. Ermənistan rəsmisinin təxribatçı addımını qətiyyətlə qınayır və vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımlar cavablandırılacaq”.

Ölkəmizin bu reaksiyasından sonra Armen Qriqoryan Azərbaycandan üzr istəyib. Ermənistanın  “168.am” saytının məlumatına görə,  Armen Qriqoryan üzrünü Azərbaycana çatdırıb: “Qarabağdakı qurumun “bayramı” münasibətilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağa gedib və oradan fotolar dərc edib. Qriqoryan “feysbuk”da foto paylaşaraq yazıb:  “Sentyabrın 2-də mən Xankəndidə “qardaşlıq memorial-panteonunu” ziyarət etdim və müharibə zamanı həlak olmuş “qəhrəmanların” abidəsinin podstamenti önünə gül dəstələri qoydum”. Gözlənildiyi kimi, Azərbaycan Xarici İşlər Nazirliyi bu səfərə dərhal reaksiya verib, onu kəskin şəkildə pisləyib. Armen Qriqoryan Azərbaycanın onun səfərinə reaksiyasından o qədər şoka düşüb ki, qapalı kanallar vasitəsilə Qarabağa səfərinə görə Azərbaycan tərəfindən üzr istəməyə tələsib. Armen Qriqoryan izah edib ki, Qarabağ sakinidir və Qarabağa səfəri siyasi deyil, şəxsi məqsədlər üçündür: atasının evini və atasının məzarını ziyarət etmək istəyib. Başqa sözlə, o özünə bəraət qazandırmağa çalışıb: Qarabağa dövlət xadimi kimi yox, adi bir Qarabağ sakini kimi gedib və Xankəndinin “qardaşlıq memorial-panteonunu” ziyarət etməyə bilməzdi. Və əslində, Armen Qriqoryan öz fotosunu sentyabrın 2-də dərc etsə də, “arsaxın müstəqillik gününü” qeyd etməyib. Sadəcə qeyd edib ki, Xankəndi “qardaşlıq memorial panteonunu” ziyarət edib və abidənin podstamenti önünə gül dəstələri qoyub. Bundan əlavə, bu fotoda Armen Qriqoryanı Qarabağın heç bir "rəsmisi"nin müşayiət etmədiyi də görünür”. Burada qeyd edək ki,  Qriqoryanın səfəri haqda rəsmi məlumat nə Ermənistan, nə də separatçılar tərəfindən verildi: sadəcə, özü sosial şəbəkədə bir cümlə ilə foto paylaşıb. Hesab olunur ki, əslində, Qriqoryan Qarabağdakı daxili vəziyyəti öyrənmək məqsədilə Xankəndiyə gəlib. Çünki Ermənistan Qarabağdan əlini çəkib, bunu Azərbaycanın daxili işi hesab edir. Qriqoryanın İrəvan üçün asan keçməyən Brüssel görüşündən sonra gəlməsi də xüsusi diqqət çəkir. O, həmin görüşün nəticələrinin Qarabağdakı separatçı rejim tərəfindən də qəbul edilməsini istəyir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ