Daşaltı kəndində yenidənqurma və bərpa işləri ilə bağlı baş planın hazırlanması son mərhələdədir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, plan tamamlandıqdan sonra kənddə yenidənqurma işlərinə başlanılacaq.
A.Kərimov, həmçinin, Daşaltı kəndinin böyük turizm potensialı olduğunu vurğulayıb.