Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanın dağılmış ordusunda yalnız kasıblar xidmət edəcək…

Image


Ermənistan hökumətinin Müdafiə Nazirliyi tərəfindən hazırlanmış və məcburi hərbi xidmətin əvəzinin pulla ödənilməsi imkanını təklif edən yeni qanun layihəsini təsdiqləməsi bu ölkədə növbəti qarşıdurmaya rəvac verib. Müxalif qüvvələr hesab edir ki, bu, sosial ədalətsizlikdən ordu üçün dağıdıcı nəticələrə qədər gətib çıxaracaq  bir layihədir.

Layihə büdcəyə 24 milyon dram (təxminən 60 min dollar) ödənilməsi halında hərbi xidmətdən vaxtından əvvəl azad olunma imkanı verir. Parlament müxalifətinin “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan bildirib ki, bunun dağılan ordu üçün məhvedici nəticələri yüksək olacaq: “Bu qanun layihəsi ilə indiki hökumət müəyyən edir ki, yalnız sosial səbəblərdən on minlərlə dollar ödəyə bilməyən şəxslər Ermənistan Respublikasında iki illik məcburi hərbi xidmət keçməlidir. Hazırda dövriyyədə olan bu qanun layihəsi Ermənistan Respublikasının bütün vətəndaşları arasında bərabərsizliyi, sinfi, sosial, maliyyə və ümumiyyətlə hər cür bərabərsizliyi müəyyən edir”. O hesab edir ki, varlı insanlar pul verib ordudan azad olunduğu halda, kasıb təbəqənin təmsilçiləri hərbi xidmətlərini davam etdirmək məcburiyyətində qalacaq ki, bu da orduda mənəvi-psixoloji duruma mənfi müstəvidə ciddi təsir edəcək. Müdafiə Nazirliyinin fikrincə isə, belə yanaşma düz deyil. “Hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin rəsmi əsaslandırılmasına əsasən, bir nəfərin 24 milyon dram müqabilində hərbi xidmətdən azad edilməsi müqavilə əsasında işləyən bir hərbi qulluqçuya 5 il ərzində ayda 400 min dram (təxminən min dollar) maaş almağa imkan verəcək. Nazirlik bildirir ki, bu, peşəkar hərbi xidmət sisteminin tətbiqinin ən vacib motivasiya komponentidir. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, parlamentin müdafiə məsələləri üzrə daimi komissiyasının üzvü Armen Xaçatryan isə qeyd edir ki, istənilən layihəni tənqid etmək olar, lakin layihə qəbul olunarsa, o zaman podratçıların maaşının xeyli artacağı göz qabağındadır: “Əgər sağlamlıq imkan verirsə, bütün insanlar istənilən halda Ermənistan Respublikasının ordusunda xidmət etməli, ehtiyatda olmalı və lazım gələrsə, döyüş əməliyyatlarında iştirak etməlidirlər, yəni hərbi bilet alacaqlar və əsgərlərin hərbi xidmət üçün lazım olan bacarıqlarına sahib olacaqlar. Xidmət etmək istəmilərsə,  müəyyən məbləğ ödəməklə xidmətdən azad ola bilərlər. Məbləğ elə hesablanıb ki, bir neçə podratçı bu məbləğlə dolansın və çox yüksək maaş ala bilsin, nə az, nə çox 400 min dram. Bu, məncə, ordunun inkişafına şərait yaradan bir vəziyyətdir və bizdə yaxşı maaşlı müqaviləli əsgərlər olacaq, həm də insanlar ordudan qurtulmaq üçün dolayı yollar axtarmayacaqlar. İstənilən layihənin tənqidi var, elə bir layihə yoxdur ki, tənqidsiz qalsın”. İqtidaryönlü deputat müzakirəyə açıq olduqlarını və həmkarlarının təkliflərini dinləməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Qarabağda 44 günlük müharibədən əvvəl iqtidaryönlü deputat Hayk Sarkisyan da analoji təşəbbüslə çıxış edib. Lakin 2019-cu ildə David Tonoyanın rəhbərlik etdiyi Müdafiə Nazirliyi belə bir layihəyə mənfi rəy verib. Qarabağdakı separatçı rejimin “ordu”sunun keçmiş “mətbuat katibi” Senor Hasratyan da indiki gedişlə erməni ordusunun məhv olacağını bildirib: “Vətənin müdafiəsini sosial müdafiəsiz təbəqə üçün pullu xidmətə çevirməyə üstünlük verən ölkələr gec-tez tarix səhnəsini tərk etdilər... Bütün bunların nəticəsində nə baş verəcəyini bilməmələri deyil, mükəmməl məlumatlı olduqları üçün ölkənin müdafiəsi ilə bağlı hər şeyi dağıdıb məhv edirlər. Qədim zamanlardan hərbi xidmət həmişə şərəf məsələsi olub. Üstəlik, bəzi ölkələrdə bu, hətta ən yüksək sinifin vəzifəsi, bəzi ölkələrdə isə zadəganların monopoliyası hesab olunurdu... İndiyədək bir çox ölkələr var ki, yüksək dövlət vəzifələri qanuna görə, orduda xidmət etməyən vətəndaşlar üçün əlçatmaz qalır. Bu ənənənin gücü ilə yaşayıb-yaşayan, əsasən öz ölkələrini yaradan və gücləndirən xalqlar və Vətənin müdafiəsini sosial müdafiəsiz təbəqənin pullu xidmətinə çevirməyi üstün tutanlar gec-tez tarix səhnəsindən silinirlər. Bütün bunlardan sonra hərbi xidmətdən azad olunma haqqında qanun layihəsini təsdiqləyən, yarımçıq müharibə şəraitində yaşayan bir ölkənin hökumətinə hansı tərif verilməlidir?”. Ermənistan ordusunun keçmiş qərargah rəisi general-polkovnik Movses Akopyan “news.am” portalına açıqlamasında qeyd edib ki, bu qanun layihəsi onun üçün qəbuledilməzdir: “Mənim münasibətim mənfidir, çünki düşünürəm ki, sosial statusundan asılı olmayaraq, hər kəs Vətənə xidmət etməlidir”. General-polkovnikin sözlərinə görə, bu layihə ordunun mənəvi-psixoloji durumuna da təsir edəcək. “Bu, təkcə orduya deyil, ailələrə də təsir edəcək, çünki oğul atasına deyəcək: sən necə valideynsən ki, məni əsgərlikdən azad edə bilməmisən, o biri valideyn borc alıb, kredit götürüb oğlunu ordudan azad edib”. Layihəyə görə, bir şəxs orta hesabla dörd ay yarım olan hərbi xidmətin hazırlıq mərhələsi başa çatdıqdan sonra pul ödəyib azad ola bilər. Bununla bağlı Akopyan qeyd edib ki, dörd ay yarım müddətin müəyyən edilməsi də problemlidir: “Təlim mərhələsi 6 ay olduğu halda niyə 4,5 ay təyin etdilklərini də  bilmirəm. Qanun elə qəbul edilsə ki, hamı 6 ay xidmət edib tərxis olunsa, ordu müqaviləli əsgərlərlə doldurulsa, insan resursları imkan verirsə, bu məqbul variantdır, çünki bu halda hər kəs hərbi xidmətə cəlb olunur, hərbçi peşəsinə yiyələnir. Amma bu formada qanun layihəsi mənim üçün qəbuledilməzdir”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ