Cümə axşamı günü, 12 noyabr 2026
     

Türkiyənin Rusiya siyasəti Qərbi çılğına çevirib…

Image


Türkiyə və Rusiya arasında genişlənən əməkdaşlıq  Qərb dünyasında daha çox narahatlığa yol açmaqdadır. Elə bu fonda Türkiyəyə qarşı Qərb sanksiyalarının tətbiqi ABŞ və Avropada  yenidən müzakirə predmetinə çevrilib.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi “Politiko” qəzetinə bildirib ki, Ankara ilə Moskva arasında münasibətlər və rəsmi iqtisadi tərəfdaşlıq möhkəmlənərsə, Vaşinqton Qərb şirkətlərinə Türkiyə ilə iqtisadi əlaqələrini kəsməyi və ya azaltmağı tövsiyə edə bilər: “Biz Türkiyənin biznes və kapital axını üçün qlobal bir məkana çevrilməli olduğuna düşünürük. Amma Rusiya ilə daha sıx münasibətlər Türkiyənin bütün dünya ilə inteqrasiyasına risqlər yarada bilər”. Adının çəkilməsini istəməyən türk rəsmisi isə Ankaranın ikinci dərəcəli sanksiyalar risqindən xəbərdar olduğunu və bəzi ölkələrin, xüsusilə də ABŞ-ın həddini aşdığını deyib: “Türk şirkətləri bundan zərər görərsə, biz əlbəttə reaksiya verəcəyik. Bu isə onlar üçün səmərəsiz olacaq”. Baş verənlərə nəzər salan “Financial Times” qəzeti isə Türkiyənin Rusiyaya ixracının son 3 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz artdığını və bu vəziyyətin Qərb ölkələrini narahat etdiyini yazıb. Qəzetin Ticarət Nazirliyi və Türkiyə Statistika Qurumunun tərtib etdiyi ixrac məlumatlarına görə, may-iyul dövründə Türkiyənin Rusiyaya ixracı 2 milyard dolları keçib. Təkcə iyul ayında Rusiyaya ixrac əvvəlki ilin eyni ayına görə yüzdə 75 artaraq 730 milyon dollara çatıb. İyulda Türkiyənin ümumi ixracatında Rusiyanın payı əvvəlki ilə nisbətən 2,6 faizdən 3,9 faizə yüksəlib. Türkiyə İxracatçılar Məclisinin məlumatları göstərir ki, Rusiyaya ixracda artımda tekstil, elektrik enerjisi və mebel, kimya məhsulları, təzə meyvə-tərəvəz və digər ərzaq məhsulları üstünlük təşkil edir: “Ticarət həcmi Türkiyənin Rusiyadan enerji baxımından yüksək idxalı ilə müqayisədə nisbətən kiçik qalsa da, iki ölkə arasında artan ticarət, Ankara ilə iqtisadi əməkdaşlığın dərinləşməsindən narahat olan Qərb rəsmilərini narahat edir”. Qəzetə danışan iki Avropa İttifaqı (Aİ) rəsmisi bildirib ki, üzv dövlətlər Türkiyənin Rusiya ilə artan ticarətinin Avropa ilə ticarəti əvəzləyəcəyi ehtimalından getdikcə daha çox narahatdırlar. Rəsmilərdən biri deyib: “İzləyirik. Bu xoş deyil və Aİ tərəfindən yaxşı qarşılanmır. Narahatıq”. “Financial Times” bəzi Aİ ölkələrinin Türkiyədən Rusiya ilə əlaqələri haqqında məlumat istədiklərini yazıb. Qəzetin yazdığına görə, Qərb rəsmiləri Ankaranın Ukraynaya qarşı apardığı müharibəyə görə Putini cəzalandırmaq üçün tədbirlər görməyəcəyini artıq  qəbul ediblər. Türkiyə Ticarət Nazirliyinin sözçüsü qəzetə Rusiya ilə ticarətin həcmində diqqətçəkən dəyişiklik olmadığını deyib, lakin təfərrüatları açıqlamayıb. Amma nəqliyyat naziri Adil Karaismailoğlu Rusiya ilə dəniz yolu ilə avtomobil ticarətinin son 3 ayda ilin ilk 4 ayı ilə müqayisədə 58 faiz artmasının açıq dənizdə Türkiyənin liderliyini göstərdiyini bildirib: “Prezident Rəcəb Tayyib Ərdoğan iki həftə əvvəl Rusiyanın istirahət mərkəzi olan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb və görüş 4 saat davam edib. Görüşdən sonra enerji və ticarət sahəsində əməkdaşlığın artırılacağı açıqlanıb. Bu da Qərbin Rusiyaya qarşı sanksiyalarının effektini azaldır.

“Financial Times” yazır ki, bəzi Qərb rəsmiləri Ankaranın Qərb şirkətlərinin Rusiyadan getməsini türk şirkətlərinin onları əvəzləməsi üçün bir fürsət hesab etməsindən narahatdırlar: “Ukraynanın işğalından sonra Aİ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir. Buraya yüksək səviyyəli elektronika və proqram təminatı, maşın və nəqliyyat avadanlığı, neft emalı, enerji, aerokosmik və aerokosmik sənayelər tərəfindən istifadə edilən mal və texnologiyaların ixracına qadağalar daxildir. Avropa Komissiyasının sözçüsü Peter Stano bildirib ki, Avropa Ukraynaya qarşı təcavüzünə cavab olaraq Rusiya ilə əlaqələri azaldarkən Moskva ilə əlaqələri və ya qarşılıqlı əlaqəni artırmaq məqsədəuyğun deyil”. Bununla yanaşı, “Financial Times”ə Türkiyənin güclü və təsirli NATO üzvü olduğunu və təxminən 4 milyon suriyalıya ev sahibliyi etdiyini xatırladıb:  “Qərb rəsmiləri Ərdoğanın Putinlə danışıqlar aparmaq qabiliyyətinin dəyərli olduğunu başa düşürlər, bunu Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Ukraynaya dəniz yolu ilə taxıl ixracına yenidən başlamağa imkan verən son razılaşma nümayiş etdirdi. Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən Avropa rəsmisi  qeyd edib: “Türkiyədən danışırıq, Avropada hər kəsin  bu və ya digər səbəbdən onlara ehtiyacı var. Aİ Türkiyənin imkanlarından xəbərdar olmalıdır... Biz sadəcə Ərdoğana bizim qaydalarımıza əməl etməli olduğunu deyə bilmərik”. Qeyd edilənləri şərh edən türkiyəli ekspert Rəcəb Erçin bildirir ki, Aİ-nin Türkiyə-Rusiya iqtisadi yaxınlaşmasından narahatlığı sadəcə şou məqsədi daşıyır: “Əgər onları bu həqiqətən narahat etsəydi, Rusiyadan təbii qaz almazdılar. Aİ ABŞ-ın təşviqilə Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Lakin Türkiyə bu sanksiyalara qatılmayacaq və tərəf tutmayacaq”. O qeyd edib ki, ölkələrin təbii qaz ticarəti müəyyən hallarda Türkiyə üzərindən də davam edir: “Körfəz vasitəsilə Rusiyaya pul axınının geri döndüyü məlumdur. Onların Rusiyaya qarşı ciddi sanksiya qərarı olsaydı, bunu daha sərt şəkildə həyata keçirərdilər. Sadəcə, onlar Türkiyəni bu görünən sanksiyaları həyata keçirməyə dəvət etməklə ölkə iqtisadiyyatını çətinləşdirmək, Avropa bazarına möhtac və dəyər zəncirindən asılı vəziyyətə salmaq istəyirlər”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ