Cümə axşamı günü, 12 noyabr 2026
     

Erməni müxalifəti terrorla hakimiyyəti qəsb etməyə çalışır...

Image


Rusiya və Ermənistan arasında münasibətlərin yenidən kifayət qədər gərgin həddə olması müşahidə olunmaqdadır. Düzdür, rəsmi səviyyədə hansısa gərginlikdən bəhs edilimir, münasibətlərin qaydasında olduğu iddia edilir. Lakin İrəvandakı “Sürməli” topdansatış bazarında baş vermiş partlayışdan sonra baş verənlər münasibətlərdəki gərginliyin artıq rəsmi etirafı kimi də dəyərləndirilə bilər.

Qeyd edək ki, partlayış avqustun 14-də yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirir. Hadisə zamanı 16 nəfərin öldüyü, 3 nəfərin itkin düşdüyü məlumdur. Baş verənlərdən sonra Ermənistanda hadisənin rus xüsusi xidmət orqanları tərəfindən törədilməsi ilə bağlı iddialar səslənir. Elə bundan sonra Rusiyanın Ermənistandakı səfirliyi “Sürməli” topdansatış bazarında baş vermiş partlayışda əli olması ilə bağlı Rusiya strukturlarına qarşı saxta ittihamlarla əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. Rusiya diplomatik missiyasının mətbuat xidməti bu xüsusda aşağıdakı məlumatı yayıb: “Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”. Ittihamlarla bağlı səfirlik onu da vurğulayır ki, bu, Rusiya strukturlarının “Sürməli” topdansatış bazarında  fövqəladə vəziyyətin tətbiqində iştirakı ilə bağlı saxta ittihamları özündə əks etdirən rüsvayçı bəyanatlardan başqa bir şey deyil. Elə bu fonda  Rusiya Ermənistanın siyasi qüvvələrini “Rusiya-Ermənistan münasibətlərini pozmağa yönəlmiş birbaşa təxribatda” ittiham edir. Amma səfirliyin bu açıqlamasına rəğmən,  “Sürməli” topdansatış bazarında baş verənlərə görə Rusiyaya qarşı ittihamlar artır. Məsələn,  Ermənistan hökumətinə yaxın “Baqramyan 26” teleqram kanalı Rusiya səfirliyini Ermənistan hakimiyyətini gözdən salmağa çalışmaqda ittiham edib. İrəvanda açıq şəkildə deyilir ki, Ermənistanda  insan tələfatı ilə nəticələnən faciədən rus təbliğatçıları Ermənistan əhalisi arasında panika yaratmaq üçün istifadə edirlər. Bu işdə erməni jurnalist Mika Badalyan və onun şəriki, İkinci Qarabağ müharibəsindən və Donbasdakı cəbhə xəttindən tanınan Semyon Peqov xüsusilə fərqlənir. Badalyan və Peqov ölənlərin sayı ilə bağlı yalan məlumat yayaraq, xüsusən də partlayış nəticəsində beş yaşlı qızın öldüyünü qeyd ediblər. Bununla paralel olaraq, erməni blogerləri partlayışın özündən bir neçə saat əvvəl Rusiya mediasının faciə ilə bağlı xəbər yayması barədə məlumat verib. Sonradan məlumat təkzib olundu, lakin İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən faciədə Rusiyanın iştirakı ilə bağlı versiyanın sosial şəbəkə istifadəçiləri tərəfindən bu qədər maraqla qarşılanması faktının özü Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini və Putinə qarşı ab-havanı açıq şəkildə nümayiş etdirir. Bu yanaşma, cəmiyyətlə yanaşı, bu gün Ermənistanın hakim elitasında da üstünlük təşkil edir.  Hesab edilir ki, bu məsələdə Ermənistan hakimyyətində yer alan sorosçular da xüsusi fəallıq edir.

İndilikdə “Sürməli” ticarət mərkəzində baş verən partlayış Ermənistan üçün ən ciddi hadisə hesab olunur. Ekspertlər diqqəti ona yönəldirlər ki, baş verənlər ermənilərdə şok effekti yaradıb. O da bəllidir ki, bütün ölkələrdə bu tip hadisələrdən sonra həm hüquq-mühafizə orqanları, həm də digər dövlət qurumları partlayışın qəsdən və ya ehtiyatsızlıq ucbatından yarandığına dair bir neçə versiya üzərində işləyir. Ermənistanda da bu gün həmin vəziyyət hökm sürür. Digər maraqlı nüans odur ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlər nə qədər gərgin olsa da, bu versiyalar içində hadisənin ölkəmiz tərəfindən törədildiyinə dair düşüncə belə yoxdur. Bu hadisənin yerli müxalifətin, Rusiya Xüsusi Xidmət orqanlarlarının köməyi ilə törədildiyi bildirilir. Bu versiyanın irəli sürülmə səbəbi isə may ayından etibarən Ermənistan müxalifəti tərəfindən iqtidara qarşı mitinqlərin keçirilməsi ola bilər. Təbii, bu mitinqlərin əsas səbəbi insanları hakimiyyətə qarşı qaldırmaq idi, lakin heç bir nəticə olmadı. Buradan qaynaqlanaraq Ermənistanın hüquq-mühafizə orqanları, versiya olaraq, partlayışda müxalif qüvvələrinin əli olduğunu  iddia edir. Hesab edilir  ki, Rusiya tərəfinin göstərişi əsasında müxaliflər, o cümlədən “Qarabağ klanı” belə addımlar atır. Məqsəd ölkədə xaos yaradıb hakimiyəti devirməkdir. Təsadüfi deyil ki, elə indi də Ermənistanda müxtəlif ünvanlara, o cümlədən metro stansiyalarına, hava limanlarına bomba qoyulması ilə bağlı vaxtaşırı müvafiq dövlət qurumlarına məlumatlar daxil olur. “Sürməli” ticarət mərkəzində baş verənlərdən sonra Ermənistan Fövqəladə Hallar Nazirliyinə Şirak hava limanının və Gümrü dəmir yolu  stansiyasının minalanması barədə siqnal daxil olub. Hər iki məntəqədə insanlar təxliyə edilib. Bu prosesdə Ermənistan radikal müxalifətinin, o cümlədən “Qarabağ klanı”nın əlinin olması istisna edilmir. Müxalifət terror və xaos ab-havası yaradaraq indiki hakimiyyəti əvəzləməyi düşünür. Rusiyada müəyyən qüvvələrin onlara dəstəyi də istisna edilmir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ