Cümə axşamı günü, 12 noyabr 2026
     

Vətənpərvər vətəndaşlar müstəqil inkişafın təməl sütunudur

Image


Vətənpərvərlik, bu ruhda gənc nəslin tərbiyə edilməsi indi hər bir ölkə üçün müasir şərtlər daxilində müstəsna əhəmiyyət kəsb edir. Bu da təsadüf hesab edilmir.

Çünki, qlobal müstəvidə geosiyasi ziddiyyətlərin dərinləşdiyi, savaşların artdığı bir vaxtda hər bir dövlətin ayaq üstdə qalmasını şərtləndirən başlıca məqamlardan biri məhz vətənpərvər nəsilə, gənclərə sahib olmasıdır. Əks halda onun başqalarının təsiri altına düşməsi qaçılmaz olur. Günümüzdə bu xüsusda misalların sayı yetərincədir.

  • Vətənpərvərlik dövlətin həyat qabiliyyətinin mənəvi əsasıdır

Birmənalı həqiqətdir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini şərtləndirən əsas məqamlardan biri vətənpərvər gənclər oldu. Məhz onlar düşmənin ərazilərimizdən qovulmasında, məhv edilməsində müstəsna rol oynadılar. Qazanılan qələbə Azərbaycan müstəqil dövlət olaraq inkişafında yeni bir mərhələnin başlanmasına gətirib çıxardı. Bu müstəvidə davamlı inkişaf yenə vətənpərvər gənclərdən, ümumiyyətlə,  vətənpərvər nəsildən bilvasitə asılıdır.

Məsələ burasındadır ki,  Vətənə məhəbbət, sədaqət doğma yurdun, ölkənin mənafeyinə xidmət etmək, bu yolda fədakarlıq deməkdir. Şəxsi səviyyədə vətənpərvərlik insanın dünya görüşündə, əxlaqi ideallarında, davranış normalarında ifadə olunan ən mühüm, sabit xüsusiyyəti kimi çıxış edir. Makro səviyyədə vətənpərvərlik öz xalqına, onun həyat tərzinə, tarixinə, mədəniyyətinə, dövlətinə, fundamental dəyərlər sisteminə münasibətdə kollektiv əhval-ruhiyyədə, hisslərdə, qiymətləndirmələrdə təzahür edən ictimai şüurun mühüm hissəsidir. Bu fonda  vətənpərvərlik insanın hərəkətlərində, fəaliyyətində özünü göstərir. Vətənə məhəbbətdən qaynaqlanan vətənpərvərlik hissləri öz yetkinləşmə yolunda bir sıra mərhələlərdən keçərək ümumxalq vətənpərvərlik özünüdərkinə, Vətənə şüurlu məhəbbətə yüksəlir. Vətənpərvərlik həmişə konkretdir, real obyektlərə yönəlib.  Vətənpərvərlik dövlətin həyat qabiliyyətinin mənəvi əsasıdır və cəmiyyətin inkişafı, fərdin fəal vətəndaş mövqeyi, Vətənə fədakar xidmətə hazır olması üçün mühüm daxili səfərbərlik resursu kimi çıxış edir. Burada o da nəzərə alınmalıdır ki, vətənpərvərlik sosial fenomen kimi hər bir xalqın və dövlətçiliyin mövcudluğunun və inkişafının möhkəmlənməsi üçün əsasdır. Eyni zamanda digər mühüm məqam odur ki, vətənpərvərlik xalqın ən yaxşı milli ənənələrini Vətənə xidmətə sədaqətlə ahəngdar şəkildə birləşdirir. Həmçinin, vətənpərvərlik millətçilik, separatizm və kosmopolitizmə yad olan beynəlmiləlçiliklə qırılmaz şəkildə bağlıdır. Təqdirəlayiq haldır ki, vətənpərvərlik Azərbaycan xalqının  milli xarakterinin ən parlaq xüsusiyyətlərindən biridir. Əslində, Azərbaycan vətənpərvərliyinin öz xüsusiyyətləri var. Əvvəla bu, Azərbaycan  vətənpərvərlik ideyasının yüksək humanist yönümüdür. Bunun xüsusiyyəti kimi dini dözümlülük, qanuna tabelik, xalqımızın kollektiv həyata davamlı meyli, doğma yurda xüsusi sevgisini qeyd etmək olar. Məhz bu fonda dövlət qarşısında duran əsas missiyalardan biri vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, bu müstəvidə resurslardan düzgün istifadə edilməsidir.

  • Vətənpərvərlik tərbiyəsi çoxşaxəli xarakterə malikdir

Real təcrübələr göstərir ki, vətənpərvərliyin ictimai şüurun ən mühüm komponenti kimi qiymətləndirilməməsi cəmiyyətin və dövlətin inkişafı üçün zəruri olan sosial-iqtisadi, mənəvi və mədəni əsasların zəifləməsinə gətirib çıxarır. Bu, Azərbaycan vətəndaşlarının ümumi təhsil sistemində vətənpərvərlik tərbiyəsinin prioritetini müəyyənləşdirir.

Düzgün vətənpərvərlik tərbiyəsi vətəndaşlar arasında sosial əhəmiyyətli əsas istiqmətlərin formalaşdırılmasını, şəxsi və ictimai maraqların ahəngdar birləşməsini, cəmiyyətə yad olan proseslərin və hadisələrin rəddini nəzərdə tutur. Bu  halda vətənpərvərlik tərbiyəsi texnologiyası Azərbaycanın bir dövlət kimi milli dirçəlişi üçün şərait yaratmağa xidmət edir. Burada vətənpərvərlik tərbiyəsinin istiqamətlərinə də xüsusi diqqət etmək lazımdır. Məsələn, məlumdur ki, vətənpərvərlik tərbiyəsinin tərkib hissəsi dövlət xidmətinin xüsusi növü kimi hərbi xidmətə hazırlığın inkişafına yönəlmiş hərbi-vətənpərvərlik tərbiyəsidir. Hərbi-vətənpərvərlik tərbiyəsi konkret diqqət, hər bir vətəndaşın Vətənə xidmətdəki rolunu və yerini dərindən dərk etməsi, hərbi xidmətin tələblərinin yerinə yetirilməsi üçün yüksək şəxsi məsuliyyət, zəruri keyfiyyət və bacarıqların inkişaf etdirilməsi zərurəti ilə xarakterizə olunur. Bu fonda ölkəmizdə hərbi qulluqçuların vətənpərvərlik tərbiyəsi  hərbi təhsilinin vahid sistemi çərçivəsində təşkil edilir və həyata keçirilir. Beynəlxalq terrorizmlə mübarizə kontekstində isə vətəndaşların vətənpərvərlik tərbiyəsi Azərbaycanın  milli maraqları ilə müəyyən olunmalı və onun təhlükəsizliyinin xarici və daxili təhdidlərdən təmin edilməsində vətəndaşların fəal iştirakını təmin etməlidir. Digər istiqamətlərdə də düzgün hədəflər müəyyən olumlaı, bu əsasda cəmiyyətdə vətənpərvərlik hisslərinin inkişafı əsas diqqət mərkəzində olmalıdır. Daha bir mühüm aspekt odur ki, vətənpərvərlik tərbiyəsinin məqsədi Azərbaycan cəmiyyətində yüksək ictimai fəallığın, vətəndaş məsuliyyətinin, mənəviyyatının inkişafı, Vətənin maraqları naminə yaradıcılıq prosesində onları təzahür etdirməyə qadir olan müsbət dəyər və keyfiyyətlərə malik vətəndaşların formalaşdırılmasıdır. Bu halda dövlət, onun həyati maraqlarıı və davamlı inkişafı təmin edilir. Cəmiyyətimizin müasir inkişaf mərhələsində bu məqsədə nail olmaq aşağıdakı vəzifələrin həlli yolu ilə həyata keçirilir: Əvvəla, cəmiyyətdə, vətəndaşların şüurunda və hisslərində sosial əhəmiyyətli vətənpərvərlik dəyərlərinin, baxış və inanclarının təsdiqi, Azərbaycanın mədəni və tarixi keçmişinə, adət-ənənələrinə hörmət, dövlətin, xüsusən də hərbi xidmətin nüfuzunun artırılması əsas diqqət mərkəzində yer alır. İkincisi, sosial-iqtisadi, mədəni, hüquqi, ekoloji və digər problemlərin həllinə vətəndaşların daha fəal cəlb edilməsi imkanlarının yaradılması və həyata keçirilməsinin təmin edilməsi digər mühüm məqam kimi çıxış edir. Üçüncüsü, vətəndaşların Azərbaycan Konstitusiyasına, qanunun aliliyinə, sosial və kollektiv həyat normalarına hörmət ruhunda tərbiyəsi, insan hüquq və vəzifələrinin, mülki, peşə və hərbi vəzifələrin həyata keçirilməsini təmin etmək üçün şəraitin yaradılması dövlətin əsas vəzifələrindən biri kimi özünü göstərir. Bundan başqa, vətəndaşlarda Azərbaycanın rəmzlərinə - Gerbinə, Bayrağına, Himninə, digər rəmzlərinə dərin hörmət və ehtiram hissi aşılamaq da vətənpərvərlik tərbiyəsində əsas şərtdir. Indiki qloballaşma şəraitində  ictimai həyatın hadisələrini işıqlandırarkən, anti-vətənpərvərliyə, informasiya ilə manipulyasiyaya, zorakılığa, təhrifə və saxtakarlığa qarşı medianın fəaliyyətində  vətənpərvərlik  məqamının ön planda tutulmasına da lazımi şərait yaradılmalıdır. İrqi, milli, dini tolerantlığın formalaşması, xalqlar arasında dostluq münasibətlərinin inkişafı da diqqət yetrilməsi vacib olan nüanslardandır. Bunlara nail olmaq üçün vətənpərvərlik tərbiyəsi ümumi təhsil prosesinin tərkib hissəsi olmaqla, yüksək vətənpərvərlik şüuruna, Vətənə sədaqət hissinə, vətəndaşlıq borcunu və konstitusiya vəzifələrini yerinə yetirməyə hazır olan vətəndaşların formalaşdırılması istiqamətində dövlət orqanlarının və ictimai təşkilatların sistemli və məqsədyönlü fəaliyyəti kimi özünü göstərməldir. Bütün bunlar göstərir ki, çoxşaxəli, genişmiqyaslı və davamlı fəaliyyət növlərindən biri kimi vətənpərvərlik tərbiyəsi sosial, məqsədyönlü, funksional, təşkilati və digər aspektləri əhatə edir, yüksək mürəkkəbliyə malikdir, öz təsiri ilə bütün nəsilləri əhatə edir, onun bütün aspektlərə nüfuz edir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ