şənbə günü, 19 sentyabr 2026
     

Türkiyə uğrunda Qərb və Rusiyanın daha kəskin rəqabəti başlanır

Image


Azərbaycanın strateji müttəfiqi olan Türkiyə Rusiya və Qərb dünyasının bu gün xüsusi diqqət mərkəzində yer alır. Belə görünür ki, istər Rusiya, istərsə də Qərb dünyası Türkiyəni öz yanında görmək istəyir. Bu məsələ Rusiya və Türkiyə arasında yeni hərbi müqavilənin imzalanmasına dair yayılan məlumatlardan sonra daha da aktuallaşıb.

Rusiya tərəfinin rəsmi məlumatına görə, Moskva və Ankara arasında Rusiya istehsalı hava hücumundan müdafiə raket sistemi S-400-ün ikinci dəstinin Ankaraya göndərilməsinə dair müqavilə imzalanıb. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev bu xüsusda bildirib: “Türkiyə Rusiya Federasiyası ilə S-400-lərin yeni partiyasının tədarükü haqqında müqavilə imzalayıb". Müqavilə sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokallaşdırılmasını nəzərdə tutur. Yəni həmin hissələr Türkiyədə istehsal ediləcək. Şuqayev müqavilənin nə vaxt imzalandığını açıqlamayıb. Rusiyanın sənaye və ticarət naziri Denis Manturov isə qeyd edib ki, yeni S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə çatdırılması ilə bağlı razılıq əldə edilib. Nazir vurğulayıb ki, Türkiyə ilə, hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, bir çox sahələrdə olan ikitərəfli əməkdaşlıq fəal şəkildə inkişaf edir. Məsələ ilə bağlı “Reuters” agentliyinin xəbərində xatırladılır ki, Türkiyə 2020-ci ildə  S-400 raket sisteminin birinci dəstini alanda ABŞ-ı və bir sıra NATO müttəfiqlərini hiddətləndirmişdi. Bunun ardınca Birləşmiş Ştatlar Ankaraya sanksiyalar tətbiqini elan etmişdi. Adının açıqlanmasını istəməyən
Türkiyə müdafiə rəsmilərindən biri agentliyə deyib ki, əslində, Ankara və Moskva arasında bu sahədə heç bir yeni müqavilə yoxdur: “Rusiyadan S-400-ün alınması barədə ilkin razılaşmada artıq söhbət iki dəstin alınmasından gedirdi. İkinci dəstin alınması birinci dəstə aid müqavilədə nəzərdə tutulmuşdu. Hazırda ikinci dəstin çatdırılmasına dair texniki danışıqlar davam etdirilir. Bura Türkiyənin bu sistemlərdəki mühəndislik payı, hansı komponentlərin Türkiyədə istehsal olunacağı da daxildir. Odur ki, bu məsələdə konkret təzə xəbərlik heç nə baş verməyib. Proses davam edir və heç bir yeni razılaşmalar yoxdur”.

“Reuters” yazır ki, Rusiya və Türkiyə arasında hər hansı yeni müdafiə müqaviləsi Rusiyanın Ukraynaya müdaxiləsinə görə onu təcrid etməyə və NATO-nun birliyini qoruyub saxlamağa çalışan Vaşinqtonun ciddi narahatlığına səbəb ola bilər. Xatırladaq ki, Türkiyə və Rusiya arasında S-400 yer-göy raketləri sisteminin alqı-satqısına dair, deyilənə görə, 2.5 milyard dollarlıq ilk müqavilə 2017-ci ildə imzalanıb. S-400 sisteminin birinci dəsti Türkiyəyə 2019-cu ildə çatdırılıb. Buna cavab olaraq Birləşmiş Ştatlar 2020-ci ilin dekabrında Türkiyənin müdafiə sənayesi üzərinə sanksiyalar qoyub və Ankara F-35 təkmil qırıcı proqramından xaric edilib. Bu proqramda Türkiyə həm alıcı, həm də istehsalçı qismində iştirak edirdi. Ankara ona qarşı sanksiyaları ədalətsiz adlandırır. Indilikdə də Türkiyə Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulmasa da, Moskva Ukraynada müharibəyə başlayandan iki vuruşan tərəf arasında vasitəçilik etməyə çalışır. Belə vasitəçiliklərdən biri Ukrayna taxılının Qara dənizlə daşınmasının bərpasına dair razılaşma ilə nəticələnib. Bu şəraitdə Türkiyənin Rusiya ilə mümkün yaxınlaşması ABŞ-ı ciddi şəkildə narahat edir. Elə bu fonda Pentaqon bəyan edir ki, Türkiyə Silahlı Qüvvələri ilə NATO  arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi ABŞ üçün prioritet olaraq qalır. Qurum Türkiyə nümayəndə heyətinin Ankaraya F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda apardığı danışıqlara dair məlumatı şərh edərkən bildirib: “Bizim siyasətimiz ondan ibarətdir ki, Konqresə rəsmi məlumat verilməyənə qədər iddia edilən hərbi transferləri açıq şəkildə şərh və ya təsdiq etmirik. ABŞ NATO müttəfiqi Türkiyə ilə tərəfdaşlığını yüksək qiymətləndirir. ABŞ və Türkiyənin müdafiə sahəsində uzun müddətli və dərin ikitərəfli əlaqələri var. Türkiyə və NATO arasında qarşılıqlı fəaliyyətin qorunması Vaşinqton üçün prioritet olaraq qalır”.  Pentaqon Türkiyə hökumətinin ABŞ-la hərbi-texniki əməkdaşlıq sahəsində gələcək niyyətlərini birbaşa Ankaradan aydınlaşdırmağı təklif edib. Xatırladaq ki, daha əvvəl Türkiyə Müdafiə Nazirliyi F-16 qırıcılarının modernləşdirilməsi və alınması məsələsini müzakirə etmək üçün nümayəndə heyətinin ABŞ-a səfər etdiyini açıqlayıb. Amma məsələ burasındadır ki, Konqres ABŞ və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafını əngəlləyir. Bu da Türkiyənin Rusiya ilə hərbi və digər müstəvilərdə daha sıx əməkdaşlığını şərtləndirir. Məsələ ilə bağlı “Financial Times” qəzeti yazır ki, Rusiya ilə Türkiyə arasında qarşılıqlı ticarətin artmasından narahat olan bəzi Avropa İttifaqı ölkələri Ankaradan Moskva ilə münasibətləri ilə bağlı izahat tələb edir. Nəşr bildirir ki, adının çəkilməsini istəməyən Avropa İttifaqı  rəsmisinin sözlərinə görə, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin artması Brüsseldə yaxşı qarşılanmayıb. Türkiyə tərəfinin statistik məlumatlarına əsasən, bu ilin may-iyul ayları arasında Türkiyənin Rusiyaya ixracı 2,04 milyard dollar təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 642 milyon dollar çoxdur. İyul ayında isə Rusiyanın ixrac həcmi əvvəlki ilə nisbətən 75% artaraq 730 milyon dollara çatıb. Başqa bir Avropa İttifaqı  rəsmisi isə proseslərə münasibət bildirərkən qurumda  hər kəsin bu və ya digər səbəbdən Türkiyəyə ehtiyacı olduğunu vurğulayıb: “Avropa İttifaqı  Ərdoğanın istedadını diqqətdə saxlamalıdır. Biz ona ancaq qaydalara əməl etməli olduğunu deyə bilərik”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ