.jpg)
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Baş nazir Əli Əsədova zəng edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.