Tamara Sinyavskaya Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib

img

Azərbaycana, şəxsən Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya bu heykəlin açılmasında ürəkdən iştirak etdiklərinə görə səmimi qəlbdən dərin minnətdarlığımı bildirirəm.

Bunu bu gün Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışından sonra Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya AZTV-yə müsahibəsində deyib.

T. Sinyavskaya heykəlin çox gözəl alındığını qeyd edib.

"Ömər Eldarov heykəli yüksək səviyyədə hazırlayıb. Bakılılar və şəhərə gələn qonaqlar burada qəlbən və ruhən dincələcəklər", - deyə T. Sinyavskaya əlavə edib.

Qeyd edək ki, bu gün Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Peşə etikası

Son xəbərlər