Cümə axşamı günü, 12 noyabr 2026
     

“Ermənilərin illər keçdikcə xeyirlərinə nəyinsə dəyişəcəyini düşünmələri utopiyadır” - Vüqar Rəhimzadə

Image


“İki ilə yaxındır ki, torpaqlarımızın işğalından deyil, tarixi Zəfərimizdən, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində tarixi sahiblərinə qovuşmasından, həyata keçirilən nəhəng bərpa-quruculuq işlərindən, artıq start verilən Böyük Qayıdışdan bəhs edirik. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr  2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası hazırkı dövrün əsas tələbləri sırasındadır.

Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Ölkəmiz bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün üzərinə düşən öhdəlikləri zamanında və yüksək səviyyədə yerinə yetirir. Qarşı tərəfə təklif olunan sülh müqaviləsi də bunun təsdiqidir. Amma bu günümüzün əsas məsələsi Ermənistanın üzərinə düşən öhdəlikləri hansı səviyyədə yerinə yetirməsidir. Məlum olduğu kimi, qeyd olunan Bəyanatda Kəlbəcərin, Ağdamın və Laçının nəzərdə tutulduğu vaxtda boşaldılaraq Azərbaycana qaytarılması  öz əksini tapmışdır. Baxmayaraq ki, ermənilər  Kəlbəcəri 15 noyabr  2020-ci il tarixində boşaltmalı idi, amma vaxt məhdudiyyətini önə çəkərək Rusiyanın vasitəsi ilə Azərbaycan dövlətindən əlavə 10 gün vaxt istədilər. Azərbaycan yenə də humanizm siyasətinə sadiqlik nümayiş etdirərək vaxtı 25 noyabr tarixinədək uzatdı. Bu, ölkəmizin atdığı humanist addım idi. Amma ermənilər bu humanistliyi necə  dəyərləndirdi, bunu bütün dünya gördü. Evlər yandırıldı, meşələrə od vuruldu, apardıqlarını apardılar, apara bilmədiklərini yandırdılar. Bu, ermənilərə xas olan vəhşilikdir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Laçında qanunsuz məskunlaşmış ermənilərin çıxarılması ilə bağlı KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti Laçının işğalına, erməni vandalizminə yönəldərək bildirib ki, o zaman ermənilər bunu bayram kimi qeyd etdilər: “Həmin dövrə qısa nəzər salaq. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunandan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən işğalçı erməni ordusu mayın 18-də Laçını işğal etdi.  Statistik rəqəmlərə müraciət edək. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirib.”

“Təbii ki, bunları sadalamağımız səbəbsiz deyil” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistana  bu ilin avqust ayının sonuna qədər Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarması üçün vaxt vermişdir. Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər. Biz də buna razılaşdıq. Ölkə Prezidenti bir daha bəyan etdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz.  Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Baxmayaraq ki, oradan çıxmamaları ilə bağlı xəbərlər gəlir, bu mümkünsüzdür. Onlar hərbi cinayətkardırlar.

Vüqar Rəhimzadə dövlətimizin uğurlu siyasəti nəticəsində Laçına qayıdacağımızı bildirib: “Zabuxa, Susa qayıdacağıq. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin sakinləri həmin günü səbirsizliklə gözləyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan öhdəliklərə sadiqdir, Ermənistan isə ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə vaxt uzatmağa çalışır. Amma unudur ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. İldən-ilə nəyinsə dəyişəcəyini düşünəndə təbii ki, 44 günlük İkinci Qarabağ müharibəsini yada salsalar daha yaxşı olar. İllər keçdikcə işğal altında olan torpaqlarımızın unudulacağını, əbədi olaraq onlarda qalacağını düşündülər. Amma zaman göstərdi ki, Azərbaycan həyata keçirdiyi siyasətlə hər gün Zəfər doğru bir addım atdı. Ən yüksək tribunalardan bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi bəyan edən Azərbaycan dövləti  bu illər ərzində daha da gücləndi, dünyanın ən güclü ordularından birinə sahib oldu, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Döyüş meydanında qazandığımız tarixi Qələbəmizdə  beynəlxalq hüquq da əhəmiyyətli rol oynadı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni qoşunlarının qeyd-şərtsiz ərazilərimizdən çıxarılması BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində öz əksini tapmışdır. Baxmayaraq ki, maraqlar ədaləti və beynəlxalq hüququ üstələdiyi üçün bu qətnamələr kağız üzərində saralaraq icrasını gözlədi. Azərbaycan Ordusu tarixi Qələbə qazanmaqla 4 qətnaməni yerinə yetirdi, ədaləti bərpa etdi.  Bu gün də ermənilərin vaxt uzadaraq yenə də  illər keçdikcə xeyirlərinə nəyinsə dəyişəcəyini düşünmələri utopiyadır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər: “Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi və nə üçün təklənməsi ona görədir ki, onlar haqsızdırlar.”

YAP Xətai rayon təşkilatının sədri bu əsas tezisə də diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi başlandığı gündən xalqa müraciətlərində, xarici mətbuata müsahibələrində “Biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik” bəyan etdi və bunu reallıqda təsdiqlədi. Son 19 ilə yaxın dövrün reallıqlarını təhlil etdikdə ulu öndər Heydər Əliyevin siyasi kursunun dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hər dövrün öz tələbi, hədəfi qarşıya qoyuldu və buna yüksək səviyyədə nail olduq. Yeganə məsələ artıq tarixə qovuşan Qarabağ münaqişəsi idi ki, o da zamanı çatanda dövlətimizin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində həll olundu, ədalət bərpa edildi, torpaqlarımız sahibinə qovuşdu, torpaq həsrətinə son qoyuldu. Artıq Böyük Qayıdışın ilk addımı atıldı. Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı və yeni həyat başladı.

Vüqar Rəhimzadə təhlil əsasında bir daha bildirib ki, Kəlbəcərin boşaldılmasını səbəbsiz yerə xatırlatmadıq: “Vaxt bir gün, beş gün, bir ay da uzadıla bilər. Əsas olan budur ki, bir nöqtəyə vuraraq  nəticə əldə edir, hədəfə çatırıq. Baxmayaraq ki, Laçında qanunsuz məskunlaşan ermənilər də dünyanın gözü qarşısında ekoloji terror törədirlər, meşələri yandırırlar, amma torpaqlarımızı tərk edirlər. Bu torpaqlar bizimdir və əbədi olaraq bu torpaqlarda yaşayacağıq”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ