Qarabağ Azadlıq Təşkilatı partiyaya çevrilir

Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə heyətinin qərarına uyğun olaraq təşkilatın partiyaya çevrilməsi üçün qurultay çağırılıb.
QAT Mətbuat Xidmətindən verilən xəbərə görə, QAT-ın yenidən təşkilinə dair qurultay 17 avqust 2022-ci il tarixində, saat 11.00-da Bakı şəhəri Badamdar qəsəbəsi Mədəniyyət Evinin iclas zalında işinə başlayacaq. Qurultay nümayəndələrinin qeydiyyatı saat 10.00-da başlayacaq.
Ünvan: Bakı şəhəri, Badamdar qəsəbəsi, Məktəbli küçəsi, 1a.
Qurultay KİV nümayəndələri üçün açıqdır.