Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan müsəlmançılığına İrandan növbəti təfriqəçilik - azərbaycanlı olmaq Hüseynə aid olmaq deməkdir?

Image


İran ayətullahları Azərbaycandan əl çəkmək istəmirlər, hər gün bir yeni iftira, hər gün bir yeni qeyri-real fikirlər açıqlayırlar. Müstəqil, tolerant Azərbaycan onların və qulluq etdikləri rejimin yuxusunu qaçırıb desək, daha doğru olardı. İranın dini rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Həsən Ameli belələrindəndir, hər xütbəsində Azərbaycana qarşı bir iftira atır.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu İranın dini rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Həsən Ameli cümə namazı xütbələrində deyib:“Şah İsmayıl Səfəvinin məqbərəsindən İmam Hüseyni, onun Əhli-beyti və səhabələrini sevən və əzadarlıq edən bütün dünya azərbaycanlılarına təşəkkür edirəm. Dünya azərbaycanlılarının kimliyi sırf İmam Hüseynə aid olmaqdan ibarətdir”.

Azərbaycan mediasının sözügedən kanala istinadən yazdığına görə, azərbaycanlıları qərəzli şəkildə “azərilər” adlandıran əyalət mollası İranın dünyadakı bütün azərbaycanlılara “hərəkət istiqaməti” müəyyən edəcəyini iddia edib: “Azərilər İmam Hüseyn ilə tanınır və “azəri” dili də mərsiyə dilidir. Sionist rejimlə problemi olmayan hər hansı bir azəri şiəsinin qətiyyən şiə kimliyi yoxdur”.

Bu kimi əsassız iddialar, fikirlər səsləndirən Ameli həmişəki kimi təhdid səsləndirməkdən də çəkinməyib və Azərbaycana qarşı hədyanlar yağdırıb: “İsrailə qarşı öz ölkəsindəki şiələrin nifrətinin ifadəsi ilə mübarizə aparan və uşaq qatili rejimi dəstəkləyən müsəlman dövlətlərinin liderləri yəhudilərin taleyindən dərs almalıdırlar”.

  • “Dünya Azərbaycanlılarının hansısa “Azəri” adı altında İmam Hüseynlə tanınmasını iddia etmək cəfəngiyatdan başqa bir şey deyil”

Amelinin yeni anti-Azərbaycan “xütbəsini” və onun səsləndirdiyi cəfəngiyatları şərh edən AMEA-nın Sosiologiya və Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli bildi ki, Amelinin cümə namazı xütbəsində azərbaycanlılara yönəlik fikirləri nəinki cəfəngiyat, eyni zamanda ciddi təxribatdır: “Xüsusən də bu təxribat Azərbaycan dövlətinə və qüzey Azərbaycan vətəndaşlarına yönəlib. Təbii ki, bu birbaşa həzrəti Əliyə, həzrəti Hüseynə sevgi bəsləyən inanclı insanlara qarşı yönələn təxribatdır. Ameli bu cəfəng fikirləri ilə ölkəmizdəki inanclı insanları təxribata çəkir. Düzdür, bir tərəfdən Həsən Ameli Şah İsmayıl Səfəvinin və onun tərəfdarlarının düşüncələrini, fikirlərini öz maraqlarına yönəltməyə çalışır. Halbuki, Şah İsmayıl Səfəvi bütün hallarda bir türk övladı idi və türk dövləti qurub. Ancaq Həsən Ameli məhz Səfəviləri də, Şah İsmayılı da, onun qurduğu dövləti də bu və digər şəkildə indiki İranın maraqları ilə uzlaşdırmağa çalışır. Əlbəttə, bütün bunlar təsadüfi deyil. O, açıq-aşkar bizim ölkəmizdəki şiə inanclı insanları İranın ətrafında birləşməyə və bu ölkənin sözü ilə oturub-durmağa səsləyir. Şübhəsiz ki, Amelinin bu çağırışları, fikirləri qətiyyən qəbuledilməzdir. Onun “Azəri” adlandırdığı kəsim indiki İran adlanan ölkədə kiçik  bir qrup ola bilər, amma bütövlükdə azərbaycanlılar, Dünya Azərbaycanlıları Azərbaycan türkləridir. Azərbaycan türkləri olan azərbaycanlılar da qədim xalqdır. Dünya Azərbayanlılarının hansısa “Azəri” adı altında İmam Hüseynlə tanınmasını iddia etmək cəfəngiyatdan başqa bir şey deyil. “Azəri” dili deyilən bir dil yoxdur, Azəbaycan türkcəsi, türk dili var. Bunu hər kəs bilir. Bu mənada onun dilimizi “Azəri dili” adlandırılması da qəbuledilməzdir. Qətiyyən şübhə etmirəm ki, Azərbaycanımızın Güneyində olan soydaşlarımız bu məsələyə ciddi şəkildə reaksiya verəcəklər. Çünki Ayətullah Həsən Ameli bizim milli kimliyimizi və ana dilimizi hədəfə alıb, aşağılamağa çalışıb. Bu qəbuledilən bir hal deyil. Digər tərəfdən də, dilimizi, milli kimliyimizi hədəfə alarkən İsraili də bir bəhanə, vasitə kimi göstərməyə çalışıb. Yəni Ameli iddia edir ki, guya İsraillə əlaqəsi olmayanlar şiə kimliyində qalıblar, İsraillə əlaqəsi olanlar isə şiə kimliyindən uzaqlaşıblar. Bütün bunlar hamısı qondarma, təxribatçı fikirlərdir. Azərbaycanlıların əksəriyyəti, təbii ki, islam dininə tapınır və islam dininə tapınan Dünya Azərbaycanlıları arasında müxtəlif məhzəblərə tapınanlar ola bilər. Amma bunu Həsən Amelinin belə cəfəng şəkildə izah etməsi açıq-aşkar Azərbaycanın dövlətçiliyinə qarşı yönəlib. O, Azərbaycan Respublikasındakı şiə inanclı insanları açıq-aşkar təxribata çəkir, üsyana, itaətsizliyə təşviq edir. Mənə elə gəlir ki, Azərbaycan Respublikası vətəndaşları bu məsələyə çox həssas yanaşmalıdır. Onlar imamlara, yaxud Əhli-Beytə olan sevgisini hər hansısa bir anlamda Həsən Ameli kimilərinin təxribatları ilə uzlaşdırmamalıdırlar, onlardan yan qaçmalıdırlar. Bu çox vacib məsələsidir. Açıq-aşkar İran adlanan ölkənin məmurları, ayətullahları Azərbaycanı hədəfə alıb. Azərbaycan dövləti gücləndikcə, regionda öz gücünü artırdıqca, torpaqlarının bütövlüyünü təmin edib ərazilərinə nəzarət etməyə nail olduğu bir zamanda Amelinin fikirləri təsadüfi hesab edilə bilməz. Bütün bunlar onu göstərir ki, Ameli kimilərinin məqsədi islam dini və şiəlik deyil, məhz Azərbaycan dövlətinin güclənməsi və güneydəki soydaşlarımızın da güclənən Azərbaycanla bir olması fikri İranı çox ciddi şəkildə narahat edir. Onlar burada sadəcə Əhli-Beyt, şiə faktorundan sui-istifadə edirlər və inanclı şəxsləri dövlətimizə, dövlətçiliyimizə qarşı çıxmağa səsləyirlər”.

F.Ələkbərli hesab edir ki, ölkəmizdəki şiə inanclı insanlar öz dövlətçiliyinə sadiq qalacaq və Ameli kimilərinin təxribatlarına uymayacaqlar və uymamalıdırlar da: "Çünki Dünya Azərbaycanlılarının bir dövləti var, o da Azərbaycan Respublikasıdır. Bizim dilimiz Azərbaycan türkcəsidir, Azərbaycan dilidir, onun çox böyük və zəngin tarixi var. Bizim milli kimliyimiz də, dilimizin adı da, tarixi də məlumdur. Milli kimliyimizə, dilimizə, ideologiyamıza bu cr böhtanlar artıb, təxribatlar törədən Ameili kimiləri heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan daha da güclənəcək, öz gücünü, qüdrətini ortaya qoyub və yenə də qoyacaqdır. Bu cür təxribatlar güclənən Azərbaycanın qarşısını ala bilməz. Hər halda o ayatullahlar bu kimi bəyanatlar, qondarma fikirlər irəli sürməkdənsə Ermənistanla münasibətlərə fikir bildirməlidirlər. Necə ola bilər ki, rəsmi Tehran Ermənistanla yüksək münasibətlər qurur, hər cür iş birliyinə gedir? Bu zaman nə üçün o ayətullahların səsi çıxmır? Bunlar onu göstərir ki, bu ayətullahlar nə islam dini, nə də şiəlik məsələsində səmimidir. Məqsədləri yalnız güclənən Azərbaycana zərbə vurmaqdır, hansısa təxribatlara rəvac verməkdir. Bütün bunlar uğursuz olacaq. Artıq güclənən bir Azərbaycan var. Türkiyə ilə müttəfiqlik sayəsində nəinki regionda, eləcə də dünyada da öz sözünü deyə biləcək güclü bir birlik var. Bu birliyin, güclənən Azərbaycanın qarşısında da İran və onun uzantıları heç bir şey edə bilməyəcək, Böyük Azərbaycan dövləti də qurulacaq”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ