Azərbaycan XİN-dən ermənilərin Laçın şəhəri, Zabux və Susda meşələri yandırmasına reaksiya - "Ermənistan sülhə belə hazırlaşır?!”

img

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərində meşələri yandırmasına münasibət bildirib.

Bu barədə nazirliyin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

“Görün, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandırlır. Meşələr yanır, flora və faunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazırlaşır?!”, - L.Abdullayeva paylaşımda qeyd edib.

Peşə etikası

Son xəbərlər