Cümə axşamı günü, 12 noyabr 2026
     

"Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur" - Vüqar Rəhimzadə

Image


“Qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi bu gün də həyata keçirilən iqtisadi siyasətin əsasında dayanır. Bu isə öz növbəsində regionların inkişafını, onların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoyur. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiqlənən Dövlət Proqramlarının, İnkişaf Strategiyasının uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir.

Diqqət çəkən əsas məqam ölkə Prezidentinin mütəmadi olaraq bölgələrə səfəri, görülən işlərlə yaxından tanış olması, ictimaiyyəti narahat edən, düşündürən məsələləri onların özündən eşitmək istəyidir. Dövlət başçısı İlham Əliyevin avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri də bu baxımdan diqqətçəkəndir. Ölkə Prezidenti səfər çərçivəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində günümüzün aktual məsələlərinə, görülən və görüləcək işlərə bir daha nəzər salaraq bu əminliyi ifadə etdi ki, gələcəyə nikbinliklə baxıram: “Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin müsahibədə diqqət göstərdiyi əsas məsələlərdən biri ərzaq təhlükəsizliyidir: “Qeyri-neft sektorunun əsas sahələrindən olan aqrar sektorun inkişafı bütün dövrlərdə əsas olub. Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya əsas hədəf kimi qoyulub. Rayonlar arasında ixtisaslaşmanın həyata keçirilməsi, bu və ya digər kənd təsərrüfatı sahəsinin inkişafına dair Dövlət proqramlarının qəbul edilməsi, həmçinin dövlət başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələrin keçirilməsi də deyilənlərin təsdiqidir. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə etmək üçün “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Ölkə Prezidentinin Fərmanı ilə iqtisadi rayonların bölgüsünün həyata keçirilməsi, onların sayının 14-ə çatdırılması, ən əsası yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da gələcəyə hesablanmış addımlar sırasındadır. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. Statistikaya müraciət etsək görərik ki, respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır. Bu aqroparklardan biri də Ağsu rayonunun Çiyni kəndində “Ağsu Aqropark” QSC tərəfindən yaradılmış aqroparkdır ki, dövlət başçısı İlham Əliyev səfər çərçivəsində onun fəaliyyəti ilə tanış yaxından oldu.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Azərbaycan öz daxili istehsalını maksimum artırır, hər hansı bir çətinlik yarananda tələbatımızı tam təmin etmək imkanına malik oluruq: “İdxaldan asılılıq maksimum dərəcədə azaldılır. Hazirki dövrdə dünyada müşahidə olunan bahalaşma fonunda Azərbaycanın idxaldan asılılığı azaltmaq üçün strategiyası var. 100 faiz əsas ərzaq məhsulları ilə özünü təmin edə bilmə strategiyası özünün uğurlu nəticəsini verir. Dövlət başçısı İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq edildi. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun əksər hissəsini özəl sektor formalaşdırır. “Biz real həyatda yaşayırıq” söyləyən ölkə Prezidenti bu mühüm çağırışı da etdi ki, özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq.”

Vüqar Rəhimzadə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində bu torpaqların iqtisadi potensialından istifadə edərək kənd təsərrüfatının inkişafına yönələn addımlara da diqqəti yönəldib. Bildirib ki, tarixi Zəfərimizdən dərhal sonra bu ərazilərdə minalardan təmizlənmə prosesi ilə yanaşı, heyvandarlığın və əkinçiliyin inkişafına yönələn işlər də diqqətdən kənarda qalmır. Ölkə Prezidenti sözügedən müsahibədə bu işlərdən geniş bəhs edərək belə bir əminliyi ifadə etdi ki, şəffaflığın təmin olunması, yeni texnologiyaların tətbiqi, bütün işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində yenidən qurulması sayəsində gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük kömək göstərəcək. Ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq.

“Dövlət başçısı İlham Əliyevin qeyd edilən müsahibəsi digər müsahibələri kimi Ermənistana ciddi mesajları və xəbərdarlıqları ilə də zəngindir. “Qisas əməliyyatı”ndan danışan ölkə Prezidenti vurğuladı ki, bu, bir daha Azərbaycanın gücünü, qüdrətini göstərdi. “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq” söyləyən Müzəffər Ali Baş Komandan əgər yenə də buna oxşar təxribat törədilərsə, cavabın da eyni olacağını bildirdi. Öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik”,-deyə Vüqar Rəhimzadə bildirib.

“Azərbaycan müstəqil siyasət yürüdür, heç bir qüvvə siyasi iradəmizə təsir etmək imkanına malik deyil” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiq etdi: “Xatırlasaq, müharibənin dayandırılması ilə bağlı dövlətimizə nə qədər təzyiq cəhdləri edilirdi. Amma hər zaman dəyişməz mövqeyini nümayiş etdirən Azərbaycan dövləti müharibəni sonadək apardı, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. “Qisas əməliyyatı”ndan sonra Prezident İlham Əliyevə dünya güclərinin rəsmiləri tərəfindən edilən zənglərə, onların ifadə etdikləri narahatlıqlara da diqqət yetirmək kifayətdir. Azərbaycan dövlətinin bu narahatlıqlara cavabı dəyişməzdir: Ermənistan üzərinə götürdüyü öhdəliklərinə əməl etməli, təxribatlara son qoymalıdır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Təbii ki, dövlət başçısı İlham Əliyevin bu kimi ciddi bəyanatları, xəbərdarlığı bir daha təsdiqləyir ki, Azərbaycan 30 ilə yaxın işğal dövrünün Azərbaycanı deyil. Bu gün diktə edən tərəf qalib Azərbaycandır. Hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Əks təqdirdə, dəfələrlə bəyan edildiyi kimi, “dəmir yumruq” yerindədir. Prezident İlham Əliyev müsahibəsində bu bəyanatı da səsləndirdi: “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir.”

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin “Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur” sözləri Ermənistana ciddi mesajdır: “Qarabağ münaqişəsi tarixə qovuşub. Danışıqlar masasında hər hansı statusdan söhbət getmir. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən gedir ki, dövlətimiz təklif etdiyi sülh təklifində bu məqamı açıqlayır ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Münasibətlərdə yeni səhifənin açılması Ermənistanın sülh danışıqlarına başlanması istiqamətində atacağı addıma bağlıdır. Prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.”




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ