Tuğ kəndində aşkarlanan Ermənistana məxsus helikopterin qalıqları... - VİDEO

img

Müdafiə Nazirliyi Xocavənd dünən Xocavənd rayonunun Tuğ kəndində aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının viodegörüntülərini yayıb.

Trend-ə istinadən həmin viodegörüntüləri təqdim edirik.

Qeyd edək ki, dünən Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

Peşə etikası

Son xəbərlər