Cümə axşamı günü, 12 noyabr 2026
     

Zəngəzur dəhlizi Azərbaycanın istədiyi qayda üzrə açılır

Image


Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz “teleqram” kanalında olduqca maraqlı bir məlumat yayıb. O, Rusiya Federasiyasının Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı mövqeyini açıqlayıb.

Korotçenko qeyd edir ki, Zəngəzur dəhlizində heç bir erməni sərhədçi və erməni gömrük işçisi olmayacaq: “Hətta sözdə belə ermənilərin Zəngəzur dəhlizində işi yoxdur. Dəhlizə yalnız Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti nəzarət edəcək”. Xatırladaq ki, məhz bu hal Zəngəzurun dəhliz prinsipi əsasında işləməsi deməkdir və Azərbaycanın da istədiyi məhz budur. Bu arada onu da xatırladaq ki, Zəngəzurda Mehri-Əkərək yolunda yeni nəzarət-buraxılış məntəqəsi qurulub. Yola nəzarəti Rusiya sülhməramlıları həyata keçirir.  Onlar erməniləri saxlayır, yoxlama aparır və yalnız bundan sonra onları buraxırlar. Məsələ ilə bağlı “nyus.am” portalı yazır: “Məlumata görə, təxminən 2-3 ay əvvəl bu əraziyə rus hərbçiləri yerləşdirilib, Onlar erməni avtomobillərini yoxlayırlar. Əslində biz Rusiyanın çox pis müttəfiqdən sadə işğalçıya çevrildiyi günü yaşayırıq”. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, rusların qurduğu postlar İrandan Ermənistana qanunsuz yüklərin daşınmasının qarşısını alır. Bu da erməni iş adamları arasında narazılığa səbəb olub. Elə İranda da eyni narazılıq müşahidə edilir. Erməni siyasi şərhçi Tevos Arşakyan bu xüsusda yazır ki, indi Ermənistan-İran sərhədində rus əsgərləri at oynadır: “Ermənistanın sərhədlərini qoruyan rus sərhədçilər müəyyən qədər pul müqabilində İrandan gələn narkotik trafikinə göz yumur. İrandan Ermənistan ərazisinə və oradan da başqa ölkələrə külli miqdarda narkotik keçir. Rus sərhədçilər isə buna pul müqabilində göz yumur. Bu faktı elə rusların özləri aşkar edib. Belə ki, Zəngəzurun Mehri şəhəri istiqamətində rus sülməramlıları postlar qurub və rəsmi açıqlamada İrandan Ermənistan ərazisinə qaçaqmalçılıqla keçirilən narkotiklərin izində olduqlarını bildiriblər. Bəs sülhməramlılar yaddan çıxarıb ki, elə sərhədin özündə də rus əsgərlər durur? Onlar özləri-özlərini niyə belə vururlar? Yoxsa sülhməramlılar öz paylarını istəyirlər? İndi baş verənlər İranla Ermənistanın ticarətinə öz mənfi təsirini göstərəcək. İqtisadiyyata yeni ziyanlar dəyəcək. Amma bu, rusların heç vecinə də deyil”. Bu arada o da məlum olub ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi iri idxalçılar tərəfindən əvvəlcədən hazırlanmış sxem vasitəsilə vergitutma obyektlərini və müvafiq sənədləri olmayan yanacaq tədarüklərini gizlətmək cəhdlərini aşkarlayıb. Bildirilib ki, Ermənistanı yanacaqla təmin edən təsərrüfat subyektlərində aparılan yoxlamalar nəticəsində İrandan Ermənistana böyük həcmdə benzin və dizel yanacağının tədarükünü həyata keçirən bəzi təşkilatların vergidən yayınma mexanizmləri işləyib hazırladıqları və onları həyata keçirməyə çalışdıqları barədə operativ məlumatlar əldə edilib.
Məlum olub ki, bəzi yük avtomobillərinin sürücüləri ilkin razılaşmalara əsasən yanacaq çənlərində daşınması nəzərdə tutulan həcmdən dəfələrlə artıq dizel yanacağı doldurub, müvafiq sənədləri olmadan onu Zəngəzur vilayətində fəaliyyət göstərən benzin və dizel yanacağı doldurma məntəqələrinə satırlar. Yanacaqdoldurma məntəqələri də, öz növbəsində, yanacaq partiyalarını toplayaraq, onu müvafiq qeydiyyata alınmadan Ermənistanda yanacaq tədarükü ilə məşğul olan iri təşkilatlara satırlar. Məlumata görə, iri təchizatçı şirkətlərin bəziləri müvafiq sənədləri olmadan İrandan gətirilən yanacağı Ermənistanda yenidən satıb, lakin bunu elə sənədləşdiriblər ki, guya yanacaq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılara çatdırılıb və orada satılıb. Görülən tədbirlər nəticəsində idxal və təkrar satışla məşğul olan bəzi sahibkarlıq subyektlərinin yanacağın sənədsiz tədarükü və daşınmasında qanun pozuntularına yol verməsi halları artıq qeydə alınıb. Onlara qarşı müvafiq məsuliyyət tədbirləri görüldüyü də qeyd edilir. Bütün bunlar fonunda İrandan Ermənistana qanunsuz yükdaşımalar xeyli azalıb. Erməni mediası yazr ki, qarşıdakı dövr ərzində vəziyyət daha da pisləşəcək. “İravnuk” qəzeti bu xüsusda qeyd edir: “Ruslar nəzarəti sərtləşdirir və bu, Zəngəzur dəhlizinin işə düşməsinə hazırlığın bir mərhələsidir. Dəhlizə yalnız ruslar nəzarət edəcəyindən, burada Ermənistan dövlətinə aid heç bir rəsmi qurum olmayacaq. Bununla dəhliz Azərbaycanın istədiyi formada fəaliyyət göstərəcək”. O da vurğulanır ki, İran da bunu əngəlləyə bilmir. Çünki Rusiya qəti mövqe ortaya qoyub. Rusiyalı politoloq Aleksandr Karavayev məsələ ilə bağlı bildirir ki, Zəngəzur dəhlizi Moskva üçün çox vacibdir: “Azərbaycan Rusiyanın müttəfiqləri arasında başlıca yerlərdən birini tutur. Moskvadakı erməni təbliğatının ruporları iki ölkənin müttəfiq qarşılıqlı fəaliyyətinə qarşı informasiya təxribatı həyata keçirməkdə davam edir və Azərbaycan Rusiya hakimiyyətinin diqqətini bu məsələyə tez-tez cəlb edir. Artiq nəticələr də var. Zəngəzur dəhlizinə gəlincə, bu marşrut təkcə regionda sosial və iqtisadi fəallığı stimullaşdırmayacaq, həm də Rusiyadan Fars körfəzinə qədər əlavə “böyük tranzit” kanalı təmin edəcək. Buna görə də həmin dəhliz mütləq açılacaq”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ