Ermənistan səfiri Azərbaycana iki böhtanı birdən atdı... - Aydın QULİYEV yazır...

img

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev “Facebook” səhifəsində Ermənistanın Ukraynadakı səfiri Karapetyanın son müsahibəsini şərh edib.

Şərhi təqdim edirik:

Ukraynadakı Ermənistan səfiri Karapetyan İctimai TV-yə müsahibə verib. Deyib ki, bizim Azərbaycana verdiyimiz minalı ərazilərin xəritəsi dəqiqdir və bu xəritələri verəndən sonra Azərbaycanda cəmi 1-2 bədbəxt hadisə olub.

Böhtana bizim şərh - Bütün dünya bilir ki, Ermənistanın üç partiyada verdiyi xəritələrin heç 25 faizi də dəqiq deyil. Bizim Prezident beynəlxalq auditoriya üçün bunu o qədər inandırıcı şəkildə sübut edib ki, şübhə edən yoxdur. Dünya onu da bilir ki, 240-a yaxın vətəndaşımız minalardan yaralanıb və ya həlak olub. Bu deyir cəmi 1-2 bədbəxt hadisə olub.

Səfirin ikinci yalanı isə guya Azərbaycanın hələ də saxladığı hərbi əsirlərlə bağlıdır. Deyib ki, Azərbaycan özü 38 hərbi əsirin olduğunu etiraf etsə də, daha 26 nəfər hərbi əsir var.

Bizim şərh - Yalana baxın. Azərbaycan heç vaxt 38 nəfərin, ümumən hərbi əsirin olduğunu etiraf etməyib. Olmayan şeyi necə etiraf etmək olar?!

Bizim Prezident mötəbər informasiya mənbəyi olaraq bunun da ən doğru məzmununu hələ Vətən müharibəsindən dərhal sonra dünyaya açıb. Söhbət 2020-ci il dekabrın 11-də, yəni atəşkəs razılaşmasından bir ay sonra Ermənistanın Qarabağa göndərdiyi və ifşa etdiyimiz terrorçulardan gedir. Bunlar isə hərbi əsirlər deyil.

Yalan danışmaq səfirə yaraşmaz...

Peşə etikası

Son xəbərlər