Cümə axşamı günü, 12 noyabr 2026
     

Londonda səfirliyimizə hücumda “Gəncə izləri”...

Image


4 avqust 2022-ci il tarixində Azərbaycanın  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radikal dini dəstənin hücumuna məruz qalıb və təxribatçıları polis həbs edib. Son məlumatlara görə, hazırda Londonun hüquq-mühafizə orqanları istintaq prosesinə başlayıb.

Səfirliymizə “Mehdinin xidmətçiləri” radikal qrupu basqın edib və burada vandalizm aktı törədib, bayrağımıza qarşı əxlaqa sığmayan davranış göstəriblər. Bu qruplaşmaya da iranlı Şirazinin davamçılarından olan Yasir Əl-Həbibin rəhbərlik etdiyi rəsmən təsdiqlənib. Londonda açıq fəaliyyət göstərən dini radikal qrupun Azərbaycan səfirliyinə hansı səbəbdən basqın etdiyi hələ ki, aydın deyil, ortada kifayət qədər açıq suallar var. Hər kəs gözünü istintaqa dikib ki, görək ortaya nələr çıxacaq.

Londondakı hadisələrin arxasında İranın və başqa ölkələrin dayandığı deyilir, amma dediyimiz kimi, hələ bu təsdiq edilməyib. Bu arada mediada maraqlı fikirlər diqqəti cəlb edir. Bəzi şəxslər  Londonda baş verən hadisədə iştirak edənlərin arasında bir neçə il əvvəl  Gəncədə törədilən hadisənin iştirakçılarının olduğunu deyirlər. O radikallar ki, öz ölkələrinə xəyanət edib, ölkədə dövlət quruluşunu dəyişməyə cəhd ediblər. Lakin çirkin niyyətlərini həyata keçirə bilməyib İrana sığınıblar.

  • “Gəncədə baş verənlər onun və təmsil etdiyi radikal qruplaşmanın üzvlərinin təhriki ilə törədilib”

Tanınmış politoloq, professor Qabil Hüseynli mətbuata deyib ki, “Huseyniyyə” qrupunun üzvləri bir neçə il əvvəl Gəncədə insan tələfatı ilə başa çatan olaylarda fəallıq ediblər: “Bunlar bir sıra yerlərdə dini dövlət qurmaq iddiasına düşüblər. Bunlardan biri də səfirlik qarşısında başı əmmaməli “dirijorluq” edən Musa Əsədzadədir. Onun azərbaycanlı olduğu və İran tərəfindən bu hərakatın içinə salındığı iddia olunur. Sadəcə, bu prosesləri ümumiləşdirdikdə burada bizi İranla toqquşdurmaq istəyən dairələrin, lap İranın özünün də əli ola bilər. Bizə bir növ xəbərdarlıq edir, “Qisas” əməliyyatından sonra gözdağı vermək istəyirlər. Amma bu bir o qədər də uğurlu variant deyil. Bununla Azərbaycanı sarsıtmaq və hədəflərinə mane olmaq mümkünsüzdür”.

Bu çox maraqlı məsələdir. Bəzi müşahidələrə görə, London hadisələrində də Gəncə hadisələrinin izləri görünür. Bunun nə dərəcədə doğru, nə dərəcədə ehtimal olduğunu deyə bilmərik, sadəcə, versiya kimi diqqəti çəkir. Musa Əsədzadənin adının çəkilməsi bir məqamı yada salır. Xatirinizdədirsə, Azərbaycan Prezidenti bu ilin aprel ayının 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı “Aktau şəhərində Xəzəryanı dövlətlərin Zirvə toplantısı çərçivəsində mənim ovaxtkı Prezident Həsən Ruhani ilə görüşümdə ona 20-yə yaxın azərbaycanlıdan ibarət siyahı təqdim etdim ki, həmin şəxslər İranda yaşayır və mütəmadi şəkildə media və sosial şəbəkələr vasitəsilə təkcə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, onlar elə ifadələr işlədirlər ki, bu, normal cəmiyyətdə ədəbsizlikdir. Biz həmin şəxslərin Azərbaycana təhvil verilməsini tələb etdik, çünki həmin şəxslər Gəncə şəhərində polisə hücumda iştirak etmişlər və bizdə sübutlar var. Təəssüflər olsun ki, onların heç biri təhvil verilmədi” fikrini səsləndirmişdi.
Çox maraqlıdır, dogrudanmı radikal Musa Əsədzadə Gəncə hadisələrində iştirak edib?

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələyə bir baxış bucağından baxmaq, birrəngli təhlil vermək çox çətindir, bu, geniş təhlil tələb edən və müxtəlif tərəflərdən baxılması lazım olan bir məsələdir. “Bu bir az mürəkkəb məsələdir. Düzdür, burada hər kəs - politoloqlar, siyasi şərhçilər, din adamları fikir bildirirlər. Amma baxıram ki, bu məsələdən hardasa 80 faizin ətraflı məlumatı yoxdur. Görünən tərəfindən baxın şərh bildirirlər, bu da yanlış istiqamətə yönəlir. Çünki "Mehdinin xidmətçiləri" elə bir qruplaşmadır ki, indiyə kimi Azərbaycanda zahirən adı hallanmayıb, bunun haqda insanların o qədər də məlumatı yoxdur. Harada əmmaməli, şiə qruplaşması görürlər bunu birbaşa İrana bağlayırlar. Amma bir az fərqli nüanslar var. Məsələn, İŞİD qruplaşması vəhabi idi, Səudiyyə Ərəbistanı da vəhabidir, amma bir-biri ilə əks mövqedə olan, əqidələri eyni olsa da fikirləri, siyasi baxışları əks olan qruplar idi. Ona görə də, bu məsələni bir qədər ətraflı analiz etmək lazımdır. Qabil müəllimin fikirləri ilə mən də tanışam".

T. İrfan hesab edir ki, müəyyən qədər London və Gəncə hadisələri arasında bağın olması ehtimal edilə bilər. “London və Gəncə hadisələri arasında ideoloji baxımdan bağlılıq ehtimalı var. Bildiyim qədər, Musa Əsədzadənin Gəncə hadisələri zamanı özü orada olmayıb, amma onun insan tələfatı ilə nəticələnən təxribatı idarə etdiyi inkar edilmir. Gəncədə baş verənlər onun və təmsil etdiyi radikal qruplaşmanın üzvlərinin təhriki ilə törədilib. Bu işdə onun əli olmamış deyil. Ümumiyyətlə, “Hüseyniyyə”çilərdə  təhrik etmək kimi xüsusiyyətlər var. Ola bilsin ki, hər hansı bir hadisədə onların özləri görsənməsin, amma onlar bunu bir başqasının əli ilə gördürməyi bacarırlar. Yeri gələndə, onlar öz niyyətlərini həyata keçirmək üçün bir narkomandan belə istifadə edirlər. Yəni onlardan bu kimi hallar gözlənilir”.

London məsələsinə gəlincə, T.İrfan belə dedi: "Əvvəla, orada Musa adlı şəxsə oxşayan adam əmmaməli olan tayı deyil. Onu bir də dəqiq analiz etmək lazımdır. Orada o təxribatları istiqamətləndirən adam əmmaməli olmayandır.  Həmin şəxs İranda oturub, səhv etmirəmsə  özü də əslən Gəncədəndir və Azərbaycan dövlətinin əleyhinə müəyyən verilişlər hazırlayır, çıxışlar edir, onların, o qrupun daxilindədir. Amma onun Londonda gedib birbaşa orada o hadisələri idarə etməsi və dərhal da bir günün içində qayıtması bir az ağlabatan deyil. Amma ola bilsin ki, oradakıları bu təxribata təhrik edib. Qeyd etdiyim kimi, onların hər yerdə adamları var və bundan istifadə edirlər, bu variant da ola bilər.  Bununla belə, “Hüseyniyyə” qrupu ilə “Mehdinin xidmətçiləri” əqidə baxımından tamam fərqlidirlər, zahirən siyasi baxışları da oxşar deyil, o qruplaşma, hərçənd ki, üzdə də olsa İran rejiminin əleyhinə olan bir cərəyandır”.

T.İrfan London hadisələrini təhlil edərkən orada İranın, “Hüseyniyyə”nin əlinin olduğunun həm inandırıcı olduğunu, həm də inandırıcı olmadığını düşünür. “Yenə deyirəm, bu məsələyə gərək geniş baxasan. Tutaq ki,  İrandakı qruplar onu etmək istəsəydilər Londonda və dünyanın başqa yerlərində olan adamlarından istifadə edərdilər. Hətta Rusiyanın özündə belə İran rejiminin himayə etdiyi Tohid İbrahimbəyli, Musa Əsədzadə kimilərinin qruplarının üzvləri var. Bunu onların əli ilə də edərdi və “Mehdinin xidmətçiləri”nə ehtiyac qalmazdı.  Tutaq ki, Azərbaycanın Rusiyadakı səfirliyinə qarşı hücum  edə bilərdilər və sair.

Musa Əsədzadə İranda oturub televiziya ilə canlı yayımlar  edir. Səhv etmirəmsə, Londonda o hadisələr baş verən ərəfədə onların verilişlərinə baxırdım, həmin günlərdə onlar İranda canlı yayım açıb  Azərbaycan dövlətinin əleyhinə çıxışlar edirdilər. Hərçənd, mən bunu tam istisna etmirəm, ola da bilər ki, Əsədzadənin Londondakı hdisələrdə uzaqdan da olsa iştirakı var, radikalları bu işə təhrik edə bilər. Bu istisna deyil".

T. İrfan onu da vurğuladı ki, bununla belə, müəyyən fərqlilikləri nəzərə alsaq  yenə də Əsədzadənin Londonda peyda olması və olayı idarə etməsi o qədər də ağlabatan deyil.

T. İrfan hesab edir ki, orada idarəçilik etməyə Yasir Əl-Həbibinin də özünün kifayət qədər adamları var. "Yasir Əl-Həbibinin Londondan yayımlanan "Fədək" telekanalının portalındakı bəyanatda birbaşa qeyd olunur ki, o hadisələr birbaşa Yasir Əl-Həbibinin özünün şəxsi idarəçiliyi ilə həyata keçirilib. Amma Gəncə hadisələrində məhz İranın yox, Şirazinin, “Britaniya şiəliyinin" əlinin olmasını ortaya atanlar bu işdə İranı sudan quru çıxarmağa çalışanlardır. Yaxşı, Britaniya məsələsini bildik ki, burada zahiri baxışla baxanda İranın barmağı olmaya bilər, çünki bu guya İrana əks olan bir qrupun fəaliyyətinin nəticəsidir. Amma Gəncə hadisələrini gətirib bura bağlamaq artıq İranı "təmizə çıxarmğaq" cəhdidir. Bu məsələ də var”.

Ekspert deyir ki, London və Gəncə hadisələrini şərh edənlər məsələnin dini və başqa görünməyən tərəflərini bilmədikləri üçün bəzən qeyri-məntiqi şərhlər verirlər. O deyir ki, şiə qrupu, yaxud "Ya Hüseyn" deyənlərin hamısının İrana bağlanması düzgün deyil. Əslində isə bunun tam fərqli məsələ olduğunu deyən ekspert vurğulayır ki, burada iki istiqamət var, onlar tam araşdırılarsa həqiqət ortaya çıxar. T.İrfanın sözlərinə görə, bu istiqamətdə ən müxtəlif fikirlər var, müzakirələr gedir, amma bütün bunlar öz yerində, hadisə ilə bağlı ən dəqiq məlumat istintaq zamanı üzə çıxacaq. Ekspert hesab edir ki, istintaq ədalətli gedərsə, biz qısa müddət ərzində hadisənin baş vermə səbəbi, sifarişçinin kimliyi, onların arxasında kimlərin durduğunu öyrənə biləcəyik.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ