Çavuşoğlu son günlər Qarabağdakı gərginlikdən danışdı

img

Son günlər bölgədə yaşanan gərginlik mövcud atəşkəsin nə qədər həssas olduğunu təkrar göstərdi.

Trend-in məlumatına görə, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Ermənistanla Türkiyənin xüsusi nümayəndələrinin görüşləri davam edir.

"Bunu Azərbaycan və Ermənistan arasındakı proseslərdən və əsas məqsədimiz olan bütün bölgədə normallaşma və əməkdaşlıq səylərimizdən ayrı düşünmürük. Son günlər bölgədə yaşanan gərginlik mövcud atəşkəsin nə qədər həssas olduğunu təkrar göstərdi. Bu müddət ərzində Azərbaycanla həmrəyliyimiz davam edəcək", - deyə M. Çavuşoğlu əlavə edib.

Peşə etikası

Son xəbərlər