Ceyhun Bayramov Türkiyəyə gedir

img

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 13-cü Səfirlər Konfransında iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, səfər 8-9 avqust tarixlərində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutacaq.

Qeyd edilir ki, C.Bayramovun 13-cü Səfirlər Konfransında nitqlə çıxış etməsi planlaşdırılır.

Peşə etikası

Son xəbərlər