Ərdoğan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə baş vermiş hücumu pisləyib.

Trend-in məlumatına görə, o, bunu Rusiyadan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycanın Londondakı səfirliyinə hücumu qəbulolunmaz hesab edirk. Bu hadisənin ciddi və ətraflı şəkildə araşdırılaraq təqsirkarların layiqli cəzalarını alacağına ümid edirik", - Türkiyə prezidenti deyib.

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.

Peşə etikası

Son xəbərlər