Heç bir yerdə işləməyən Zaur Əkbər 300 dollarlıq köynəyi necə alıb?

img

Heç bir yerdə işləməyən Zaur Əkbər 300 dollarlıq köynəyi necə alıb?

Trend xəbər verir ki, “Müdafiə xətti” hüquq-müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbərin mətbuat konfransında geyindiyi “Moncler” markasından olan köynəyin qiyməti 300 ABŞ dollarıdır.

Rəsmən heç bir yerdə işləməyən şəxsin belə bahalı köynəyi hansı pullar hesabına alması çox maraqlıdır. Yəqin ki, xaricdən aldığı qrant hesabına alıb.

Azərbaycanda guya insan haqlarının addımbaşı pozulması, demokratiyanın yoxluğunu car çəkənlərə hansı dairələrin qrant ayırmasını isə kiçikdən böyüyə hamı bilir. Yox əgər, Zaur bəyin köynəyini “Moncler” markasını kopyalamış hansısa Çin şirkəti hazırlayıbsa, onda onun dedikləri də köynəyi kimi feykdir.

Peşə etikası

Son xəbərlər