Cümə axşamı günü, 12 noyabr 2026
     

Prezidentdən Azərbaycan vətəndaşlığı xahiş edən məşhur erməni blogerə nə cavab verək?

Image


Məlum olduğu kimi, erməni fəalı, bloger İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət hazırlayaraq, həmin müraciəti Ermənistan vətəndaşlarına da ünvanlayıb. Oxu.az-a müsahibəsində İşxan Verdyan izah edib ki, Ermənistan artıq beynəlxalq hüquqa hörmət etməyə başlamalıdır, çünki ölkə sivil inkişafı kursunu müəyyənləşdirib.

“Mən Ermənistanın gələcəyini Skandinaviya modeli ilə yaradılmış bir ölkə kimi görürəm və bu arzumdan əl çəkməyə hazır deyiləm. Nədənsə, buna görə bəziləri məni satqın hesab edir, amma nə baş verirsə-versin, xalqımla tam səmimi olmaq istəyirəm. Həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalmayan ermənilər Azərbaycan vətəndaşlığını alıb Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilməli olacaqlar. Və fikrimi dəyişmirəm… Göstərmək istəyirəm ki, ermənilər Qarabağda təhlükəsiz və hətta gözəl şəkildə yaşaya bilərlər. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirəm: Hörmətli cənab Prezident, Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşayıb işləməyə icazə verəsiniz”, – deyə İşxan Verdyan bildirib.

Verdyan erməni xalqına müraciətində isə bunları deyib: “Hörmətli xalqım, Ermənistan vətəndaşları! Mən həmişə demişəm ki, Qarabağ Azərbaycandır, bunu beynəlxalq hüquqla əsaslandırmışam. Ermənilərin heç biri mənim bu fikrimi heç vaxt təkzib etməyiblər, heç kim mənimlə bu mövzuda debata girməyib, heç kim qanuni olaraq mənim haqsız olduğumu sübut edə bilməyib”.

Prezidentdən Azərbaycan vətəndaşlığı xahiş edən məşhur erməni blogerə nə cavab verək?

  • Azər Həsrət: “Əgər o bloger Azərbaycanda doğulubsa və doğuşdan onun burada yaşamaq hüququ varsa, əlbəttə, dövlətimiz onun bu istəyini gerçəkləşdirməlidir, müsbət cavab verməlidir”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilər tədricən belə təşəbbüslər irəli sürəcəklər: “Düşünürəm ki, hətta bu cür təşəbbüslərdə bir az gecikiblər. Çünki ermənilərin içində olan ağlı başında insanlar, həqiqətən də irəlini görməyi bacaran, dinc yanaşı yaşamağı bacara biləcəyini düşünən hər kəs bu cür addım atmalıdır. Adı çəkilən bu şəxsin vətəndaşlığı ilə bağlı məlumatım yoxdur. Əgər o Azərbaycan ərazisində-Qarabağda doğulubsa, burada yaşayıbsa, əlbəttə, Azərbaycan dövləti ona normal şəkildə pasport verəcək. O, Azərbaycan pasportu ilə hara istəsə gedə, dünyanı gəzə-dolaşa, ölkəmizdə də yaşaya biləcək. Bu normal bir şeydir. Çünki Qarabağdakı ermənilərə zatən Azərbaycan pasportu veriləcək. Yəni bu görsənişin özü əslində müsbət görsənişdir. Eyni zamanda bu onun xəbərçisidir ki, sadə ermənilər, yaxud ağlı başında olan ermənilər bu düşmən münasibətlərin əbədi davam edə bilməyəcəyinin fərqindədirlər. Onlar başa düşürlər ki, Azərbaycanla düşmənlik etmək lazım deyil, dost olmaq, dinc yanaşı yaşamağı öyrənmək lazımdır. Ona görə də bu bloger Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Dediyim kimi, əgər o bloger Azərbaycanda doğulubsa və doğuşdan onun burada yaşamaq hüququ varsa, əlbəttə, dövlətimiz onun bu istəyini gerçəkləşdirməlidir, müsbət cavab verməlidir. Yox, əgər o Ermənistan, yaxud başqa ölkənin vətəndaşıdırsa Azərbaycan dövləti izah etməlidir ki, indiki şəraitdə ona birbaşa vətəndaşlıq verilə bilməz. Amma mənə elə gəlir ki, onun istədiyi vaxt Azərbaycana gəlib-getməsinə şərait yaradılmalıdır. Əslində bu cür adamlar bizim həyat tərzimizi görməlidir, Azərbaycanı görməlidir, Bakını, bölgələrimizi gəzməlidir və gedib ermənilərə, Ermənistana izah etməlidirlər ki, baxın, bizim törətdiyimiz müharibə üzündən Ermənistan nə gündədir, hələ bizim onlara vurduğumuz zərbəyə baxmayaraq Azərbaycan nə qədər inkişaf edir, nə qədər irəli gedir. Bu fürsətdir və mənə elə gəlir ki, bundan yararlanmaq lazımdır. Eyni zamanda onu da qeyd edək ki, əslinə qalanda Qarabağdakı ermənilərə yavaş-yavaş izah edilir ki, bu məsələ mütləq şəkildə ya onların Azərbaycan vətəndaşı kimi yaşaması ilə, ya da ki, Azərbaycan torpaqlarını tərk edib getməklə nəticələnəcək. Ona görə də, təsadüfi deyildi ki, iki gün əvvəl Rusiya sülhməramlı kontingenti ictimai fəallarla və müxalif ermənilərlə görüşərkən masanın üzərinə məhz Azərbaycanın bayrağını da qoyublar. Yəni ermənilərə artıq bir növ mesajlar ötürülüb ki, bu bayraq altında danışacağıq, bu bayraq altında yaşayacaqsınız, ümumiyyətlə,  bu bayraq sizin bayraqdır. Orada separatçıların qondarma bez parçası masanın üzərində yox idi. Bu özü də bir mesajdır. İşxan adlı blogerin də çağırışı bənzər mesajardan biridir. Mənə elə gəlir ki, yaxın zamanlarda bu cür təzahürlər, görsənişlər çoxalacaq”. 

  • Akif Nağı: “Erməni blogerin Azərbaycan Prezidentinə müraciət etməsi və vətəndaşlıq verilməsi xahişi irəli sürməsi təbii qarşılanmalıdır”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da erməni blogerin Azərbaycan Prezidentinə müraciətini müsbət bir hal kimi qiymətləndirir. “Ermənilər artıq başa düşürlər ki, həmin ərazilər birmənalı şəkildə Azərbaycan əraziləridir, Azərbaycan hakimiyyəti orda bərpa olunmalıdır. Orada yaşamaq üçün artıq Azərbaycan Prezidentindən icazə istəyirlər. Digər tərəfdən,  bu illər ərzində bütün dünya erməniləri özlərini aldatdılar ki, guya həmin ərazilərdə ermənilərin hansısa bir qurumu yaranıb, ora Ermənistanın nəzarətində olacaq. Artıq xam xəyallara düşdüklərini anlayırlar, çünki bu fikirlər real deyil. Kimsə qanunsuz olaraq Xankəndiyə, ətraf ərazilərə gəlirdisə özünü təhlükəsiz şəraitdə hiss etmirdi. Yəni orada ermənilərin işğalçı rejimi vardı, bu separatçı rejim də heç nəyə təminat vermirdi. İnsanların çoxu ordan çıxıb gedirdi. İndi tendensiya başlayıb ki, Xankəndi və digər ərazilərin təhlkəsizliyi Azərbaycan hakimiyyəti ilə bağlıdır. Yüz il bundan əvvəl də ermənilər baş qaldırdılar, nəsə etmək istədilər, amma sonra başa düşdülər ki, burada əmin-amanlıq içində yaşamaq üçün ancaq Azərbaycan hakimiyyətini tanımalıdırlar, qəbul etməlidirlər, Azərbaycan qanunlarına tabe olmalıdılar. İndi də eyni səhvi etdilər, Azərbaycana qarşı çıxdılar, qətillər törətdilər, özlərini aldatdılar ki, guya nəyəsə nail olublar, məsələni “həll ediblər”. Amma Azərbaycan inamlı şəkildə öz siyasətini həyata keçirdi, əhalimiz çox əziyyət çəkdi, 1 milyondan çox əhalimiz qaçqın-köçkün vəziyyətinə düşdü. Amma nə dövlətimizin, nə də xalqımızın iradəsini sındıra bildilər. Biz vəziyyəti əvvəlki şəkildə bərpa etdik. İndi ermənilər arasında yeni tendensiya başlayır ki, onlar Azərbaycan dövlətini, Azərbaycan qanunlarını tanıyırlar. Bilirlər ki, orada yalnız Azərbaycan hakimiyyətinin icazəsi ilə, nəzarəti altında yaşaya bilərlər. Bu proses gedir. Bu baxımdan, erməni blogerin Azərbaycan Prezidentinə müraciət etməsi və vətəndaşlıq verilməsi xahişi irəli sürməsi təbii qarşılanmalıdır”.

Bununla belə, A.Nağı hesab edir ki, ermənilərin vətəndaşlıqla bağlı müraciətinə yanaşmada Azərbaycan dövləti, qurumlarımız ehtiyatlı olmalıdır. Onun sözlərinə görə, bu müraciətlərin arxasında təxribatçılıq məqamları da ola bilər. A.Nağı deyir ki, sadə ermənilər Azərbaycan vətəndaşı kimi yaşamaq istəyir, amma onlarla yanaşı bura təxribat məqsədilə gəlmək istəyənlər də istisna deyil. Onun qeyd etdiyinə görə, bu gün Ermənistanın siyasəti ona yönəlib ki, ermənilərin siyasi mövcudluğunu hansısa formada Qarabağın bir hissəsində qoruyub saxlasınlar.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ