Türk Dövlətləri Təşkilatı Londondakı Azərbaycan səfirliyinə hücumu pislədi

img

Türk Dövlətləri Təşkilatı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilmiş hücumu pisləyib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın "Twitter" səhifəsinə yazılıb.

"Türk Dövlətləri Təşkilatının təsisçi üzü Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplar tərəfindən törədilən hücumu pisləyirik. Bu insanlıqdan kənar aksiyanın ətraflı şəkildə araşdırılmasını tələb edirik", - bəyanatda deyilir.

Xatırladaq ki, səfirliyə bir qrup şəxsə tərəfindən hücum ötən gün qeydə alınıb. Hücuma görə London polisi 8 nəfərin saxlandığını bildirib.

Peşə etikası

Son xəbərlər