Cümə axşamı günü, 12 noyabr 2026
     

Radikal islamçıları İngiltərədəki Azərbaycan səfirliyinə hücuma kim yönəldib - pərdəarxası təhlil...

Image


Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin radikal dini dəstənin hücumuna məruz qaldığı məlumdur. Səfirliyin binasına daxil olaraq vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.

Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Britaniyanın Azərbaycandakı səfirliyi  Azərbaycanın London səfirliyinə daxil olan “etirazçıların” hərəkətlərini pisləyib. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “bir qrup radikal dini dəstə”nin hücumu və “vandalizm aktı” kimi qiymətləndirib.

Səfirliyinə hücum edənlərin artıq kimliyi də məlum olub. Bunlar  “The Mahdi Servants Union” (“Mehdinin Xidmətçiləri”) adlı radikal dini qruplaşmanın üzvləridir.

Məlumata görə, bu, Londonda yerləşən şiə müsəlman təşkilatıdır və öz internet saytlarında “sivilizasiya hökmranlığı” qurmaq istədiklərini bildirir. 

Mətbuatda qeyd olunub ki, qruplaşmanın lideri Yasir Əl-Həbibdir: “Sosial şəbəkələrdə yayılan görüntülərdə qruplaşma üzvləri Azərbaycanın Londondakı  səfirliyinin eyvanından öz bayraqlarını dalğalandırıb, divara ərəbcə şüarlar vurub və Azərbaycan bayrağını endiriblər (artıq səfirliyimizdə Azərbaycan bayrağı dalğalanır-İ.S)”.

Yayılan xəbərdə, eyni zamanda, təşkilatın lideri Yasir Əl-Həbibin mübahisəli bir “din xadimi” olduğu da vurğulanıb. Bildirilib ki, onun “Cənnət xanımı” filmi islam tarixinin şərhinə görə bəzi sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində Britaniyada prokatdan yığışdırılıb.  Məlumatlarta  görə, Yasir Əl Həbib Küveytdə anadan olub. Qumda dini təhsil alıb. Daha sonra İran və İraqda fəaliyyət göstərib. Cəfəri şiələrindən olan Həbib həm də şirazi hərəkatındandır. Həbib 2005-ci ildə Britaniyada sığınacaq alır və burada daha sonra “Khoddam Al-Mahdi” anti sünni təşkilatını yaradır. Onun şiə təbliğatı aparan “Fadak” adlanan kanalı var. Bu kanal sünnilərə qarşı təbliğatlarına görə sünnilərin etirazından sonra Britaniyada qadağan edilib. “Khoddam Al-Mahdi” təşkilatının mərkəzi qərargahı Londondadır.

Radikal dini qruplaşmanın Azərbaycanın Britaniyadakı səfirliyinə hücum etməkdə  məqsədi nə olub? Niyə məhz Britaniyadakı səfirlik seçilib? Radikal islamçıları İngiltərədəki Azərbaycan səfirliyinə hücuma  kim yönəldib? Pərdəarxasında hansı qüvvələr dayanır? Pərdəarxasını necə təhlil edərsiz?

  • Abutalıb Səmədov: “Aydın olmayan kifayət qədər suallar var və bu suallara da cavab verəcək qurum Böyük Britaniyanın hüquq-mühafizə orqanlarıdır”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın Londondakı səfirliyinə basqın edən və orada dini bayraqlar qaldıran təşkilat barədə çox məhdud məlumatlar var. “Bu, “Mehdinin Xidmətçiləri” adlandırılan radikal dini qruplaşmadır. Bundan əvvəl 2018-ci ildə İran səfirliyinə qarşı eyni hərəkəti ediblər. Yəni İran səfirliyinə daxil olublar və orada da dini bayraqları qaldırıblar. Ancaq həmin dövrdə onlar bunu Şirazinin həbsinə etiraz məqsədi ilə ediblər. Ancaq indi bu dini radikal təşkilat nə üçün bu hərəkəti edib, Azərbaycanın Londondakı səfirliyinə basqın edib, bu məlum deyil. Niyə Azərbaycan səfirliyi seçilib? Çox güman ki, şiə müsəlmanlarının böyük əksəriyyət təşkil etdiyinə görə səfirliyimiz seçilib, yaxud ola bilsin, səfirlik yaxşı qorunmadığı üçün Azərbaycan səfirliyi seçilib və  bununla da özlərinə diqqəti yönəltmək istəyirlər. Bütün hallarda, səfirlik bu cür qorunmamlıdır. Üstəlik, əgər 2018-ci ildə belə bir hadisə baş veribsə Böyük Britaniya hüquq-mühafizə orqanları bundan nəticə çıxarıb və səfirliklərin daha yaxşı qorunması üçün tədbirlər görməli idilər. Ancaq görməyiblər. Azərbaycanda belə bir hadisə baş versəydi qalxan hay-küyü təsəvvür etmək çətin deyil. Ancaq 30 ildir Azərbaycanda, müstəqillik dövrümüzdə  belə bir hadisə olmayıb. Böyük Britaniyada son 5 ildə bu ikinci hadisədir. Hüquq-mühafizə orqanları təhqiqat, araşdırma aparırlar. Onların araşdırmasından sonra bu dini radikal qrupun məqsədinin nədən ibarət olduğu, yəqin ki, aydınlaşacaq. Pərdəarxasında kimlər dayanır, əslinə qalanda aydındır, bu təşkilat haqda kifayət qədər məlumat var. İrana qarşı düşmən mövqeyində dayanan bir təşkilatdır. İran idarəçiliyini, İran dindarlarını, onların dini liderini qəbul etməyən bir təşkilatdır. Ancaq aydın olmayan kifayət qədər suallar var və bu suallara da cavab verəcək qurum Böyük Britaniyanın hüquq-mühafizə orqanlarıdır”.

  • Tural İrfan: “Bu radikal-dini qruplaşma Britaniya hökuməti tərəfindən geniş himayə olunur”

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Tural İrafanın isə mövqeyi belədir: “Əvvəla, Milli Cəbhə Partiyası olaraq Britaniyadakı səfirliyimizin binasına dini radikalların təşkil etdiyi hücumu və bayrağımızın təhqir olunmasını, orada müxtəlif təxribat cəhdlərinin baş verməsini kəskin şəkildə pisləyirik. Bu bütün hallarda dövlətimizin inkişafına, milli birliyimizə qarşı xarici qüvvələr tərəfindən yönələn bir təxribatdır. Ümidvarıq ki, Britaniya hökuməti təcavüzkarların səfirliyimizə basqın etdiyi zaman susqun qaldığı kimi hərəkət etməyəcək və sonrakı araşdırma proseslərində də bu cür ədalətsizliyə yol verməyərək obyektiv şəkildə nəinki ora hücum edənləri, təşkilatçılarını və pərdəarxasında olan fiqurları da araşdırıb üzə çıxaracaq. O ki, qaldı o qruplaşmanın arxa fonuna. Sözügedən qruplaşmanın baş rəhbəri Ayətullah Sadiq Şirazi adlı bir iranlı farsdır. Bildiyiniz kimi, İranda mövcud olan Ayətullahlıq məktəbinin  üzvlərindən biridir. Ancaq hərçənd ki, o, İran siyasi hökumətinə və inqilabına zidd mövqedə duran bir adamdır. Bu adam həqiqətənmi zidd mövqedədir, yoxsa bunu görüntü üçün əvvəlcədən proqramlaşdırıblar, bu artıq bəlli deyil. Çünki İran elə bir sistem üzərində bərqərar olub ki, bu tam teokratik də deyil. Təqiyyə deyilən bir özünü gizlətmə sisteminə dayanan dini sistemdir. Ona görə də müxtəlif fiqurları, siyasiləri, dini rəhbərləri hətta özlərinə ziddmiş kimi zahirən göstərərək xarici dövlətlərdə, əsasən də Avropa dövlətlərində yerləşdirmək üçün bu cür addımlara da rəvac verə bilirlər. Şirazinin Küveyt əsilli Yasir Əl-Həbib adlı bir nümayəndəsi, qardaşı Müctəba Şirazi, Mürtəza Şirazi-bunlar hamısı ayətullahlardır. Bunların Suriyada da məktəbləri olub. Bizim Azərbaycandan da həmin məktəbi oxuyub bitirən və hazırda Azərbaycanda məscid imamı olaraq məshəblərarası intriqanı alovlandıran şəxslər var. Dünyanın istənilən müsəlman ölkələsində bunların nümayəndələri mövcuddur. Bu radikal qruplaşmanı Britaniya kəşfiyyatının ələ alıb, onların radikal və xurafatçı fikirlərini islamın parçalanmasında, digər müsəlman ölkələrinə təzyiq göstərilməsində, islam ölkələrində mövcud hakimiyyətlərə qarşı çaxnaşma yaradılmasında istifadə etmək Britaniya hökuməti üçün çox əlverişlidir və uzun müddətdir onları himayə edir . “Əl-Fədək” (Fədək) adlı məşhur telekanalları və Britaniyada bu qruplaşmanın 30-a yaxın telekanalı, fondları var. Bu radikal-dini qruplaşma Britaniya hökuməti tərəfindən geniş himayə olunur. Hətta Yasir Əl-Həbib Britaniya kraliçasını “Əhli beytdən” adlandırıb. Deilənə görə, karliçanın ana tərəfdən ərəblərə soy qarşılığı var. Bu baxımdan bu da bir az irəli gedərək onu Peyğəmbər Əhli beytindən hesab edib. Yəni bunların fikirləri daha xurafatçıdır. Bir cümlə ilə ifadə etsək, vəhabilik sünniliyin radikal və dağıdıcı qruplaşmasıdırsa, Britaniya tərəfindən necə yetişdirilibsə, Şirazilikçilik də bu məktəb də şiəliyin daxilində Britaniya tərəfindən himayə olunan şiə vəhabiliyidir. Yəni bu cür radikallıqlarına görə buna “ingilis şiəliyi”, “şiə vəhabiliyi” də deyirlər. Onlar mötədil şiələri belə tənqid edirlər. Hətta İran hökumətinə ona görə düşməndirlər ki, “siz sünni ölkələrlə niyə müttəfiq olursuz, Fələstini müdafə edirsiz, onlar sünnidir” və sair. Onlar sünni müsəlmanlara qarşı qəddar və amansızdırlar, onları “kafir” hesab edirlər. Hətta sünnilərlə vəhdətdə, barışdırıcı mövqe də olan şiə alimlərini lənətləməkdən, onlara qarşı terror aktları törətməkdən çəkinmirlər. Eyni zamanda qatı şəkildə xurafatçıdırlar, onlar İmam Hüseyni bir növ “Allah” hesab edirlər, məhərrəmlikdə baş yarmayanı “kafir” hesab edirlər. Yəni bunların  çox çirkin və radikal bir mövqedə duran fikirləri var. Bunun siyasi tərəflərinə gəlincə, burada bir çox məqamlar ola bilər. Həmin Şirazinin hazırda İranla da bağlılığı var, Britaniya tərəfindən də himayə olunur. Burada şübhələr yaranır ki, bunlar zahirdə, üzdə İran hökuməti, İran inqilabı ilə guya bir-birinə düşməndirlər. Amma heç vaxt onlar İran tərəfindən çıxdaş edilməyib. Səhv etmirəmsə, onların rəhbərləri Sadiq Şirazi elə İranda yaşayır, 80-ə yaxın yaşı var. Amma oğlu, tələbələri digər ölkələrdə, o cümlədən də Britaniyada yaşayırlar. Azərbaycanda İran tərəfindən qaynaqlanan “Kərimə dövləti” və başqa şüarlar səsləndirilməyə cəhdlər oldu, Zəngəzur dəhlizinin açılması, Qarabağ məsələsinin kökündən həll olunması məsələsini İran böyük narahatlıqla qarşılayır. Bilirsiz ki, İranın ən ciddi müttəfiqlərindən biri ermənilərdir. Söhbət dünyada yaşayan ermənilərdən gedir. Həmin dini qruplaşmalar ermənilərlə İran vasitəsi ilə daim əlaqədədir. Bilirsiz ki, ASALA terror təşkilatı və Livan tərəfdə yerləşən terror təşkilatlarının hamısı ilə İran əlaqəlidir. Həmişə bu kimi məsələlərdə İranın adı hallanırdı. Ona görə, İran bu dəfə başqa bir taktika işlətdi: özü tərəfindən yox,  guya zahirdə İranın əleyhinə olan, İran hakimiyyəti ilə barışmayan bir müctəhidin, şiə dini liderlərinin tərəfdarları bu işi gördü. Amma istər İraqda Sistani, istər Britaniyada Şirazi, istərsə də İrandakı ayətullalar olsun, bunlar dövlətçilikləri, ideologiyaları naminə həmişə daxilən bir olurlar. Ola bilsin, üzdə ittifaqda olduqlarını göstərməsinlər. Yenə də bu məsələnin kökü gedib İran ideologiyasına dayanacaq. Hərçənd ki, Şirazi  farsdır, şirazlıdır, məqsəd isə Azərbaycanın inkişafına mane olmaq, Ermənistanla sülh müqaviləsini puç etməkdir...”

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ